Səhih MuslimNamaz kitabı

Kitab 5

Namaz kitabı

كِتابُ الصَّلاَةِ

326

hədis

Fəsil 1

Azanın başlanması

باب بَدْءِ الأَذَانِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكْرٍ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالاَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ح وَحَدَّثَنِى هَارُونُ بْنُ عَبْدِ اللَّهِ - وَاللَّفْظُ لَهُ - قَالَ حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ قَالَ قَالَ ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى نَافِعٌ مَوْلَى ابْنِ عُمَرَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّهُ قَالَ كَانَ الْمُسْلِمُونَ حِينَ قَدِمُوا الْمَدِينَةَ يَجْتَمِعُونَ فَيَتَحَيَّنُونَ الصَّلَوَاتِ وَلَيْسَ يُنَادِى بِهَا أَحَدٌ فَتَكَلَّمُوا يَوْمًا فِى ذَلِكَ فَقَالَ بَعْضُهُمُ اتَّخِذُوا نَاقُوسًا مِثْلَ نَاقُوسِ النَّصَارَى وَقَالَ بَعْضُهُمْ قَرْنًا مِثْلَ قَرْنِ الْيَهُودِ فَقَالَ عُمَرُ أَوَلاَ تَبْعَثُونَ رَجُلاً يُنَادِى بِالصَّلاَةِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا بِلاَلُ قُمْ فَنَادِ بِالصَّلاَةِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Müsəlmanlar Mədinəyə gəldikləri vaxt yığışıb namazların vaxtını təyin edirdilər, heç kim namaz üçün çağırış etmirdi. Bir gün bu haqda danışdılar. Bəziləri belə dedi: “Xristianlar kimi iri zəng çalaq”. Başqaları dedilər: “Yəhudilərin borusu kimi bir boru olsun”. Ömər dedi: “Bəlkə namaza çağırmaq üçün bir kişi göndərəsiniz?” Allah Elçisi ﷺ buyurdu: “Ey Bilal, dur namaza çağır”.”

Abdullah ibn Ömər
SəhihMuslim, 863 (Namaz, 1)

Fəsil 2

Azan cüt kəlmələrlə, iqamə isə tək kəlmələrlə verilir

باب الأَمْرِ بِشَفْعِ الأَذَانِ وَإِيتَارِ الإِقَامَةِ

حَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ جَمِيعًا عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ أُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَيُوتِرَ الإِقَامَةَ. زَادَ يَحْيَى فِى حَدِيثِهِ عَنِ ابْنِ عُلَيَّةَ فَحَدَّثْتُ بِهِ أَيُّوبَ فَقَالَ إِلاَّ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bilala azanı cüt kəlmələrlə, iqaməni isə tək kəlmələrlə oxumaq əmr olundu”. Ravi Yəhya digər ravi İbn Uleyyədən rəvayət etdiyi bu hədisi Əyyuba danışdıqda Əyyub dedi: “Yalnız iqamə sözü istisnadır”.”

Ənəs
SəhihMuslim, 864 (Namaz, 2)

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِىُّ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ ذَكَرُوا أَنْ يُعْلِمُوا وَقْتَ الصَّلاَةِ بِشَىْءٍ يَعْرِفُونَهُ فَذَكَرُوا أَنْ يُنَوِّرُوا نَارًا أَوْ يَضْرِبُوا نَاقُوسًا فَأُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَيُوتِرَ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Səhabələr bildikləri bir şey ilə camaatı namaza çağırmaq haqda danışırdılar. Kimisi od atmağı, kimisi də zəng çalmağı təklif etdi. Sonra Bilala azanı cüt kəlmələrlə, iqaməni isə tək kəlmələrlə oxumaq əmr olundu”.”

Ənəs ibn Malik
SəhihMuslim, 865 (Namaz, 3)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ بِهَذَا الإِسْنَادِ لَمَّا كَثُرَ النَّاسُ ذَكَرُوا أَنْ يُعْلِمُوا. بِمِثْلِ حَدِيثِ الثَّقَفِىِّ غَيْرَ أَنَّهُ قَالَ أَنْ يُورُوا نَارًا.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə deyilir: “Müsəlmanların sayı çoxalınca namaz vaxtını bildirmək haqda danışdılar”. Həmçinin “kimisi od atmağı” kəlməsi qeyd edilməmişdir.”

Ənəs ibn Malik
SəhihMuslim, 866 (Namaz, 4)

وَحَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ وَعَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْمَجِيدِ قَالاَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ أُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَيُوتِرَ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bilala azanı cüt sayda kəlmələrlə, iqaməni isə tək sayda kəlmələrlə oxumaq əmr edildi”.”

Ənəs
SəhihMuslim, 867 (Namaz, 5)

Fəsil 3

Azanın vəsfi

باب صِفَةِ الأَذَانِ

حَدَّثَنِى أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ مَالِكُ بْنُ عَبْدِ الْوَاحِدِ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَبُو غَسَّانَ حَدَّثَنَا مُعَاذٌ وَقَالَ إِسْحَاقُ أَخْبَرَنَا مُعَاذُ بْنُ هِشَامٍ صَاحِبِ الدَّسْتَوَائِىِّ وَحَدَّثَنِى أَبِى عَنْ عَامِرٍ الأَحْوَلِ عَنْ مَكْحُولٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُحَيْرِيزٍ عَنْ أَبِى مَحْذُورَةَ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَّمَهُ هَذَا الأَذَانَ « اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ - ثُمَّ يَعُودُ فَيَقُولُ - أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ حَىَّ عَلَى الصَّلاَةِ - مَرَّتَيْنِ - حَىَّ عَلَى الْفَلاَحِ - مَرَّتَيْنِ ». زَادَ إِسْحَاقُ « اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ».

“Əbu Məhzura ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ ona azanı belə deməyi öyrətmişdir: “Alla:hu Əkbər, Alla:hu Əkbər (Allah ən Böyükdür), Əşhədu ən lə ilə:hə illəllah, Əşhədu ən lə ilə:hə illəllah (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur), Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, Əşhədu ənnə Muhəmmədən Rasu:lullah (Şəhadət edirəm ki, Muhəmməd Onun elçisidir)”. Sonra qayıdıb belə deyir: “Əşhədu ən lə ilə:hə illəllah, Əşhədu ən lə ilə:hə illəllah və Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah, iki dəfə “Həyyə əlas-salə:t” (Namaza tələsin), iki dəfə “Həyyə əlal-fələ:h” (Xilas olmağa tələsin)”. Ravi İshaq belə əlavə etdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Lə: ilə:hə illəllah”.”

Əbu Məhzura
SəhihMuslim, 868 (Namaz, 6)

Fəsil 4

Bir məsciddə iki müəzzinin olmasının müstəhəbliyi

باب اسْتِحْبَابِ اتِّخَاذِ مُؤَذِّنَيْنِ لِلْمَسْجِدِ الْوَاحِدِ

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ كَانَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُؤَذِّنَانِ بِلاَلٌ وَابْنُ أُمِّ مَكْتُومٍ الأَعْمَى.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ iki müəzzini var idi: biri Bilal, biri də gözləri kor olan İbn Ummu Maktum”.”

İbn Ömər
SəhihMuslim, 869 (Namaz, 7)

وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا عُبَيْدُ اللَّهِ حَدَّثَنَا الْقَاسِمُ عَنْ عَائِشَةَ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Ömər
SəhihMuslim, 870 (Namaz, 8)

Fəsil 5

Yanında gözləri görən olduğu halda kor kişinin azan verməsinin icazəli olması

باب جَوَازِ أَذَانِ الأَعْمَى إِذَا كَانَ مَعَهُ بَصِيرٌ

حَدَّثَنِى أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ الْهَمْدَانِىُّ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ مَخْلَدٍ - عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ ابْنُ أُمِّ مَكْتُومٍ يُؤَذِّنُ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ أَعْمَى.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “İbn Ummu Maktum Allah Elçisinin ﷺ müəzzini idi və o, kor idi”.”

Aişə
SəhihMuslim, 871 (Namaz, 9)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ يَحْيَى بْنِ عَبْدِ اللَّهِ وَسَعِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ هِشَامٍ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 872 (Namaz, 10)

Fəsil 6

Aralarında azan səsi eşidildikdə küfr diyarında olan qövmə hücum etməkdən çəkinmək

باب الإِمْسَاكِ عَنِ الإِغَارَةِ عَلَى قَوْمٍ فِى دَارِ الْكُفْرِ إِذَا سُمِعَ فِيهِمُ الأَذَانُ

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ - عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ حَدَّثَنَا ثَابِتٌ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُغِيرُ إِذَا طَلَعَ الْفَجْرُ وَكَانَ يَسْتَمِعُ الأَذَانَ فَإِنْ سَمِعَ أَذَانًا أَمْسَكَ وَإِلاَّ أَغَارَ فَسَمِعَ رَجُلاً يَقُولُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « عَلَى الْفِطْرَةِ ». ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَرَجْتَ مِنَ النَّارِ ». فَنَظَرُوا فَإِذَا هُوَ رَاعِى مِعْزًى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ sübh vaxtı hücum edərdi. Dayanıb azanı gözləyərdi, əgər azan səsini eşidərdisə, o yerə hücum etməzdi, əks halda hücum edərdi. Bir dəfə bir kişinin “Allahu Əkbər, Allahu Əkbər” dediyini eşitdi və dedi: “O, fitrət üzərindədir”. Sonra həmin kişi: “Əşhədu ən lə: ilə:hə illəllah, əşhədu ən lə: ilə:hə illəllah” dedikdə, Allah Elçisi ﷺ buyurdu: “Cəhənnəmdən qurtuldun”. Sonra baxıb gördülər ki, o kişi çobandır”.”

Ənəs ibn Malik
SəhihMuslim, 873 (Namaz, 11)

Fəsil 7

Azanı eşidən kimsəyə müəzzinin söylədiklərini söyləməsi, sonra Peyğəmbərə ﷺ salavat deməyin və “vəsilə” məqamını istəməyin müstəhəb olması

باب اسْتِحْبَابِ الْقَوْلِ مِثْلَ قَوْلِ الْمُؤَذِّنِ لِمَنْ سَمِعَهُ ثُمَّ يُصَلِّى عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَسْأَلُ اللَّهَ لَهُ الْوَسِيلَةَ

حَدَّثَنِى يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا سَمِعْتُمُ النِّدَاءَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ الْمُؤَذِّنُ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azanı eşitdikdə müəzzinin dediyini təkrar edin”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 874 (Namaz, 12)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْمُرَادِىُّ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ حَيْوَةَ وَسَعِيدِ بْنِ أَبِى أَيُّوبَ وَغَيْرِهِمَا عَنْ كَعْبِ بْنِ عَلْقَمَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ جُبَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا سَمِعْتُمُ الْمُؤَذِّنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ ثُمَّ صَلُّوا عَلَىَّ فَإِنَّهُ مَنْ صَلَّى عَلَىَّ صَلاَةً صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرًا ثُمَّ سَلُوا اللَّهَ لِىَ الْوَسِيلَةَ فَإِنَّهَا مَنْزِلَةٌ فِى الْجَنَّةِ لاَ تَنْبَغِى إِلاَّ لِعَبْدٍ مِنْ عِبَادِ اللَّهِ وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ فَمَنْ سَأَلَ لِىَ الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ ».

“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Müəzzinin səsini eşitdikdə onun dediyini təkrar edin, sonra mənə salavat və salam deyin. Kim mənə bir salavat və salam desə, Allah ona on salavat və salam deyər. Sonra Allahdan mənim üçün “vəsilə” istəyin, çünki o, Cənnətdə elə bir yerdir ki, ona yalnız Allahın bəndələrindən olan bir kimsə layiqdir. Allahdan o kəsin mən olmasını diləyirəm. Kim mənim üçün Allahdan “vəsilə” (məqamını) diləsə, mənim şəfaətimə nail olar”.”

Abdullah ibn Amr ibn əl-As
SəhihMuslim, 875 (Namaz, 13)

حَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ أَخْبَرَنَا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ جَهْضَمٍ الثَّقَفِىُّ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ عَنْ خُبَيْبِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسَافٍ عَنْ حَفْصِ بْنِ عَاصِمِ بْنِ عُمَرَ بْنِ الْخَطَّابِ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عُمَرَ بْنِ الْخَطَّابِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَالَ الْمُؤَذِّنُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. فَقَالَ أَحَدُكُمُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. ثُمَّ قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ثُمَّ قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ. قَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ. ثُمَّ قَالَ حَىَّ عَلَى الصَّلاَةِ. قَالَ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ. ثُمَّ قَالَ حَىَّ عَلَى الْفَلاَحِ. قَالَ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ. ثُمَّ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ. ثُمَّ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ. مِنْ قَلْبِهِ دَخَلَ الْجَنَّةَ ».

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə sizdən biriniz “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Əşhədu ən lə ilə:hə illəllah” dedikdə, o da “Əşhədu ən lə ilə:hə illəllah”- deyərsə; müəzzin: “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- dedikdə, o da “Əşhədu ənnə Muhəmmədən Rasu:lullah”- deyərsə; sonra müəzzin: “Həyyə aləs-saləh”- dedikdə, o: “Lə həulə va lə quvvətə illə billəh” deyərsə; sonra müəzzin: “Həyyə aləl-fələh”- dedikdə, o: “Lə həulə va lə quvvətə illə billəh”- deyərsə; sonra müəzzin: “Alla:hu Əkbər, Alla:hu Əkbər”- dedikdə, o da “Alla:hu Əkbər, Alla:hu Əkbər”- deyərsə; sonra müəzzin: “Lə ilə:hə illəllah” dedikdə, o da ürəkdən “Lə ilə:hə illəllah”- deyərsə, Cənnətə girər”.”

Ömər ibn əl-Xattab
SəhihMuslim, 876 (Namaz, 14)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنِ الْحُكَيْمِ بْنِ عَبْدِ اللَّهِ بْنِ قَيْسٍ الْقُرَشِىِّ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنِ الْحُكَيْمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ عَامِرِ بْنِ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ رَضِيتُ بِاللَّهِ رَبًّا وَبِمُحَمَّدٍ رَسُولاً وَبِالإِسْلاَمِ دِينًا. غُفِرَ لَهُ ذَنْبُهُ ». قَالَ ابْنُ رُمْحٍ فِى رِوَايَتِهِ « مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ وَأَنَا أَشْهَدُ ». وَلَمْ يَذْكُرْ قُتَيْبَةُ قَوْلَهُ وَأَنَا.

“Səd ibn Əbu Vəqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim müəzzini eşidərək: “Əşhədu ən lə ilə:hə illəlla:hu vahdəhu lə şəri:kə ləhu və ənnə Muhəmmədən abduhu va rasu:luhu, radi:tu billə:hi Rabbən və bi Muhəmmədin rasu:lən, va bil-İslə:mi di:nən!”- deyərsə, günahları bağışlanar”. Ravi İbn Rumhun rəvayətində: “Kim müəzzini eşidərək: “Mən də...” desə də, ravi Quteybə öz rəvayətində bunu qeyd etməmişdir”.”

Səd ibn Əbu Vəqqas
SəhihMuslim, 877 (Namaz, 15)

Fəsil 8

Azanın fəziləti və şeytanın onu eşitdikdə qaçması

باب فَضْلِ الأَذَانِ وَهَرَبِ الشَّيْطَانِ عِنْدَ سَمَاعِهِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا عَبْدَةُ عَنْ طَلْحَةَ بْنِ يَحْيَى عَنْ عَمِّهِ قَالَ كُنْتُ عِنْدَ مُعَاوِيَةَ بْنِ أَبِى سُفْيَانَ فَجَاءَهُ الْمُؤَذِّنُ يَدْعُوهُ إِلَى الصَّلاَةِ فَقَالَ مُعَاوِيَةُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « الْمُؤَذِّنُونَ أَطْوَلُ النَّاسِ أَعْنَاقًا يَوْمَ الْقِيَامَةِ ».

“Təlhə ibn Yəhya əmisinin ﵀ belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Müaviyə ibn Əbu Sufyanın yanında idim. Müəzzin gəlib onu namaza çağırdıqda o, belə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Qiyamət günü müəzzinlər insanların ən hündürboylusu olacaqlar”.”

Təlhə ibn Yəhya əmisindən
SəhihMuslim, 878 (Namaz, 16)

وَحَدَّثَنِيهِ إِسْحَاقُ بْنُ مَنْصُورٍ أَخْبَرَنَا أَبُو عَامِرٍ حَدَّثَنَا سُفْيَانُ عَنْ طَلْحَةَ بْنِ يَحْيَى عَنْ عِيسَى بْنِ طَلْحَةَ قَالَ سَمِعْتُ مُعَاوِيَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Müaviyə
SəhihMuslim, 879 (Namaz, 17)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ الشَّيْطَانَ إِذَا سَمِعَ النِّدَاءَ بِالصَّلاَةِ ذَهَبَ حَتَّى يَكُونَ مَكَانَ الرَّوْحَاءِ ». قَالَ سُلَيْمَانُ فَسَأَلْتُهُ عَنِ الرَّوْحَاءِ. فَقَالَ هِىَ مِنَ الْمَدِينَةِ سِتَّةٌ وَثَلاَثُونَ مِيلاً.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, şeytan namaz üçün verilən azanı eşitdikdə, “ər-Ravha” deyilən yerə çatana qədər gedər”. Ravi Süleyman “ər-Ravha” haqda sual verdikdə, Əbu Süfyan dedi: “Bu, Mədinədən otuz altı mil uzaqlıqdadır”.”

Cabir
SəhihMuslim, 880 (Namaz, 18)

وَحَدَّثَنَاهُ أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir
SəhihMuslim, 881 (Namaz, 19)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لِقُتَيْبَةَ - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ الشَّيْطَانَ إِذَا سَمِعَ النِّدَاءَ بِالصَّلاَةِ أَحَالَ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ صَوْتَهُ فَإِذَا سَكَتَ رَجَعَ فَوَسْوَسَ فَإِذَا سَمِعَ الإِقَامَةَ ذَهَبَ حَتَّى لاَ يَسْمَعَ صَوْتَهُ فَإِذَا سَكَتَ رَجَعَ فَوَسْوَسَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, şeytan namaz üçün azanı eşitdikdə azanın səsini eşitməmək üçün səsli yel buraxa-buraxa qaçar. Müəzzin susduqda qayıdar və vəsvəsə verməyə başlayar. İqamə verildikdə yenə müəzzinin səsini eşitməmək üçün gedər. Müəzzin susduqdan sonra qayıdar və vəsvəsə verməyə başlayar”.”

Əbu Hureyra
SəhihMuslim, 882 (Namaz, 20)

حَدَّثَنِى عَبْدُ الْحَمِيدِ بْنُ بَيَانٍ الْوَاسِطِىُّ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ عَبْدِ اللَّهِ - عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَذَّنَ الْمُؤَذِّنُ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ حُصَاصٌ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin azan verdikdə şeytan səslə yel buraxaraq qaçar”.”

Əbu Hureyra
SəhihMuslim, 883 (Namaz, 21)

حَدَّثَنِى أُمَيَّةُ بْنُ بِسْطَامَ حَدَّثَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - حَدَّثَنَا رَوْحٌ عَنْ سُهَيْلٍ قَالَ أَرْسَلَنِى أَبِى إِلَى بَنِى حَارِثَةَ - قَالَ - وَمَعِى غُلاَمٌ لَنَا - أَوْ صَاحِبٌ لَنَا - فَنَادَاهُ مُنَادٍ مِنْ حَائِطٍ بِاسْمِهِ - قَالَ - وَأَشْرَفَ الَّذِى مَعِى عَلَى الْحَائِطِ فَلَمْ يَرَ شَيْئًا فَذَكَرْتُ ذَلِكَ لأَبِى فَقَالَ لَوْ شَعَرْتُ أَنَّكَ تَلْقَى هَذَا لَمْ أُرْسِلْكَ وَلَكِنْ إِذَا سَمِعْتَ صَوْتًا فَنَادِ بِالصَّلاَةِ فَإِنِّى سَمِعْتُ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّ الشَّيْطَانَ إِذَا نُودِىَ بِالصَّلاَةِ وَلَّى وَلَهُ حُصَاصٌ ».

“Rəvayət edilir ki, Ravh ibn Suheyl ﵀ demişdir: “Atam məni Bəni Harisə tayfasına göndərdi. Yanımda bizim uşaqlardan biri və ya bizim dostumuz var idi. Kimsə bir bağçadan onu adı ilə çağırdı. Yanımdakı dostum bağça tərəfə baxdı, lakin heç kimi görmədi. Mən bu hadisəni atama danışdıqda atam dedi: “Sənin belə bir şey ilə qarşılaşacağını bilsəydim, səni göndərməzdim. Bundan sonra bir səs eşitsən, namaza verilən azan kimi azan ver, çünki mən Əbu Hureyranın Allah Elçisindən ﷺ belə rəvayət etdiyini eşitmişəm: “Müəzzin azan verdikdə şeytan səslə yel buraxaraq qaçar”.”

Əbu Hureyra
SəhihMuslim, 884 (Namaz, 22)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْمُغِيرَةُ - يَعْنِى الْحِزَامِىَّ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نُودِىَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ فَإِذَا قُضِىَ التَّأْذِينُ أَقْبَلَ حَتَّى إِذَا ثُوِّبَ بِالصَّلاَةِ أَدْبَرَ حَتَّى إِذَا قُضِىَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطِرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ لَهُ اذْكُرْ كَذَا وَاذْكُرْ كَذَا لِمَا لَمْ يَكُنْ يَذْكُرُ مِنْ قَبْلُ حَتَّى يَظَلَّ الرَّجُلُ مَا يَدْرِى كَمْ صَلَّى ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Namaza azan verildiyi zaman şeytan azanı eşitməmək üçün çevrilib yel buraxaraq qaçar. Azan bitdikdə geri dönər. Namaza çağırıldıqda (iqamə verildikdə) yenə qaçar, namaza verilən iqamə bitdikdən sonra geri qayıdaraq insanın qəlbinə girər və ona vəsvəsə edib: “Bunu xatırla, bunu xatırla” deyərək öncə düşünmədiyi şeyləri xatırladar. Beləcə, insan neçə rükət qıldığını bilməz”.”

Əbu Hureyra
SəhihMuslim, 885 (Namaz, 23)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ غَيْرَ أَنَّهُ قَالَ « حَتَّى يَظَلَّ الرَّجُلُ إِنْ يَدْرِى كَيْفَ صَلَّى ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin sonda belə deyilir: “Ta ki, adam necə namaz qıldığını bilməz”.”

Əbu Hureyra
SəhihMuslim, 886 (Namaz, 24)

Fəsil 9

Namaza başladıqda, rukuya getdidə və rukudan qalxdıqda əllərin çiyinlər səviyyəsinə qədər qaldırılmasının müstəhəbliyi, səcdədən qalxarkən bunun edilməməsi

باب اسْتِحْبَابِ رَفْعِ الْيَدَيْنِ حَذْوَ الْمَنْكِبَيْنِ مَعَ تَكْبِيرَةِ الإِحْرَامِ وَالرُّكُوعِ وَفِى الرَّفْعِ مِنَ الرُّكُوعِ وَأَنَّهُ لاَ يَفْعَلُهُ إِذَا رَفَعَ مِنَ السُّجُودِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ وَسَعِيدُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَابْنُ نُمَيْرٍ كُلُّهُمْ عَنْ سُفْيَانَ بْنِ عُيَيْنَةَ - وَاللَّفْظُ لِيَحْيَى قَالَ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا افْتَتَحَ الصَّلاَةَ رَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِىَ مَنْكِبَيْهِ وَقَبْلَ أَنْ يَرْكَعَ وَإِذَا رَفَعَ مِنَ الرُّكُوعِ وَلاَ يَرْفَعُهُمَا بَيْنَ السَّجْدَتَيْنِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisini ﷺ namaza başladıqda, rukudan qabaq və rukudan sonra əllərini çiyinləri səviyyəsinə qədər qaldırdığını gördüm. İki səcdə arasında isə əllərini qaldırmadı”.”

Səlim atasından
SəhihMuslim, 887 (Namaz, 25)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ حَدَّثَنِى ابْنُ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ ابْنَ عُمَرَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ لِلصَّلاَةِ رَفَعَ يَدَيْهِ حَتَّى تَكُونَا حَذْوَ مَنْكِبَيْهِ ثُمَّ كَبَّرَ فَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ فَعَلَ مِثْلَ ذَلِكَ وَإِذَا رَفَعَ مِنَ الرُّكُوعِ فَعَلَ مِثْلَ ذَلِكَ وَلاَ يَفْعَلُهُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisinin ﷺ namaza durduqda əllərini çiyin səviyyəsinə qədər qaldırar, sonra təkbir edərdi. Ruku etmək istədikdə eyni şeyi edərdi. Rukudan dikəldikdə də eyni şeyi edərdi. Başını səcdələrdən qaldırdıqda isə belə etməzdi”.”

İbn Ömər
SəhihMuslim, 888 (Namaz, 26)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا حُجَيْنٌ - وَهُوَ ابْنُ الْمُثَنَّى - حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ ح وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ قُهْزَاذَ حَدَّثَنَا سَلَمَةُ بْنُ سُلَيْمَانَ أَخْبَرَنَا يُونُسُ كِلاَهُمَا عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ كَمَا قَالَ ابْنُ جُرَيْجٍ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ لِلصَّلاَةِ رَفَعَ يَدَيْهِ حَتَّى تَكُونَا حَذْوَ مَنْكِبَيْهِ ثُمَّ كَبَّرَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir: “Allah Elçisi ﷺ namaza durduqda əllərini çiyin səviyyəsinə qədər qaldırar, sonra təkbir edərdi”.”

İbn Ömər
SəhihMuslim, 889 (Namaz, 27)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ أَبِى قِلاَبَةَ أَنَّهُ رَأَى مَالِكَ بْنَ الْحُوَيْرِثِ إِذَا صَلَّى كَبَّرَ ثُمَّ رَفَعَ يَدَيْهِ وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ رَفَعَ يَدَيْهِ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَ يَدَيْهِ وَحَدَّثَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُ هَكَذَا.

“Xalid ﵀ rəvayət edir ki, Əbu Qilabə Malik ibn əl-Huveyrisin namaz qılacağı zaman təkbir etdiyini, əllərini qaldırdığını, ruku etmək istədikdə yenə əllərini qaldırdığını, rukudan dikəldikə yenə əllərini qaldırdığı görmüşdür. O, Allah Elçisinin ﷺ də belə etdiyini söyləmişdir.”

Xalid
SəhihMuslim, 890 (Namaz, 28)

حَدَّثَنِى أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ نَصْرِ بْنِ عَاصِمٍ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا كَبَّرَ رَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِىَ بِهِمَا أُذُنَيْهِ وَإِذَا رَكَعَ رَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِىَ بِهِمَا أُذُنَيْهِ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ فَقَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». فَعَلَ مِثْلَ ذَلِكَ.

“Malik ibn əl-Huveyris ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda təkbir etdikdə əllərini qulaqları səviyyəsinə qədər qaldırardı. Ruku etdikdə əllərini qulaqları səviyyəsinə qədər qaldırardı. Rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” deyərək eyni hərəkəti edərdi.”

Malik ibn əl-Huveyris
SəhihMuslim, 891 (Namaz, 29)

وَحَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ بِهَذَا الإِسْنَادِ أَنَّهُ رَأَى نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ حَتَّى يُحَاذِىَ بِهِمَا فُرُوعَ أُذُنَيْهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “Allahın Peyğəmbərini ﷺ görmüş və demişdir: “Əllərini qulaqlarının üst hissəsinə qədər qaldırardı”.”

Malik ibn əl-Huveyris
SəhihMuslim, 892 (Namaz, 30)

Fəsil 10

Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək

باب إِثْبَاتِ التَّكْبِيرِ فِى كُلِّ خَفْضٍ وَرَفْعٍ فِى الصَّلاَةِ إِلاَّ رَفْعَهُ مِنَ الرُّكُوعِ فَيَقُولُ فِيهِ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُصَلِّى لَهُمْ فَيُكَبِّرُ كُلَّمَا خَفَضَ وَرَفَعَ فَلَمَّا انْصَرَفَ قَالَ وَاللَّهِ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Əbu Hureyra namaz qılarkən namazda bütün əyilib durmalarda təkbir etdi və namazdan sonra dedi: “Allaha and olsun ki, aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihMuslim, 893 (Namaz, 31)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ أَبِى بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ثُمَّ يَقُولُ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». حِينَ يَرْفَعُ صُلْبَهُ مِنَ الرُّكُوعِ ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ « رَبَّنَا وَلَكَ الْحَمْدُ ». ثُمَّ يُكَبِّرُ حِينَ يَهْوِى سَاجِدًا ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ثُمَّ يَفْعَلُ مِثْلَ ذَلِكَ فِى الصَّلاَةِ كُلِّهَا حَتَّى يَقْضِيَهَا وَيُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الْمَثْنَى بَعْدَ الْجُلُوسِ ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda qiyamda təkbir edərdi. Sonra rukuya gedərkən təkbir edərdi. Rukudan belini qaldırarkən “Səmi Alla:hu limən həmidəh”, tam dikəlib durduqda isə “Rabbənə və ləkəl həmd” deyərdi. Sonra təkbir edib səcdəyə gedərdi. Sonra səcdədən dikələrək təkbir edərdi. Sonra yenə təkbir edib səcdəyə gedərdi. Sonra yenə də səcdədən dikələrək təkbir edərdi. Sonra namazı bitirənə kimi belə edərdi. İkinci rükətdə oturduqdan sonra qalxdıqda da təkbir edərdi”. Sonra Əbu Hureyra belə buyurdu: “Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”

Əbu Hureyra
SəhihMuslim, 894 (Namaz, 32)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا حُجَيْنٌ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ بِمِثْلِ حَدِيثِ ابْنِ جُرَيْجٍ وَلَمْ يَذْكُرْ قَوْلَ أَبِى هُرَيْرَةَ. إِنِّى أَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda təkbir edər...” hədis yuxarıdakı kimi qeyd edilmişdir, lakin “Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır” hissəsi qeyd edilməmişdir.”

Əbu Hureyra
SəhihMuslim, 895 (Namaz, 33)

وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ - حِينَ يَسْتَخْلِفُهُ مَرْوَانُ عَلَى الْمَدِينَةِ - إِذَا قَامَ لِلصَّلاَةِ الْمَكْتُوبَةِ كَبَّرَ. فَذَكَرَ نَحْوَ حَدِيثِ ابْنِ جُرَيْجٍ وَفِى حَدِيثِهِ فَإِذَا قَضَاهَا وَسَلَّمَ أَقْبَلَ عَلَى أَهْلِ الْمَسْجِدِ قَالَ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Mərvan Əbu Hureyranı Mədinəyə vali təyin etdiyi dövrdə vacib bir namazı qıldıqda təkbir etmiş... və yuxarıdakı hədis qeyd edilmişdir, lakin bu rəvayətdə deyilir: “Əbu Hureyra namazı bitirib salam verdikdə camaata tərəf çevrilib dedi: “Canım Əlində Olana and olsun ki, həqiqətən, aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”

Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihMuslim, 896 (Namaz, 34)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ الرَّازِىُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ أَبِى سَلَمَةَ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُكَبِّرُ فِى الصَّلاَةِ كُلَّمَا رَفَعَ وَوَضَعَ. فَقُلْنَا يَا أَبَا هُرَيْرَةَ مَا هَذَا التَّكْبِيرُ قَالَ إِنَّهَا لَصَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Əbu Sələmə ﵀ rəvayət edir ki, Əbu Hureyra namazda hər dəfə əyilib-qalxdıqda təkbir edirdi. Biz ona dedik: “Ey Əbu Hureyra, bu təkbirlər nədir?” O dedi: “Həqiqətən, Allah Elçisinin ﷺ namazı budur”.”

Əbu Sələmə
SəhihMuslim, 897 (Namaz, 35)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - يَعْنِى ابْنَ عَبْدِ الرَّحْمَنِ - عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ كَانَ يُكَبِّرُ كُلَّمَا خَفَضَ وَرَفَعَ وَيُحَدِّثُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُ ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ hər dəfə namazda əyilib-qalxdıqda təkbir edər və Allah Elçisinin ﷺ də belə etdiyini deyərdi.”

Əbu Hureyra
SəhihMuslim, 898 (Namaz, 36)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَخَلَفُ بْنُ هِشَامٍ جَمِيعًا عَنْ حَمَّادٍ - قَالَ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ - عَنْ غَيْلاَنَ عَنْ مُطَرِّفٍ قَالَ صَلَّيْتُ أَنَا وَعِمْرَانُ بْنُ حُصَيْنٍ خَلْفَ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ فَكَانَ إِذَا سَجَدَ كَبَّرَ وَإِذَا رَفَعَ رَأْسَهُ كَبَّرَ وَإِذَا نَهَضَ مِنَ الرَّكْعَتَيْنِ كَبَّرَ فَلَمَّا انْصَرَفْنَا مِنَ الصَّلاَةِ - قَالَ - أَخَذَ عِمْرَانُ بِيَدِى ثُمَّ قَالَ لَقَدْ صَلَّى بِنَا هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. أَوْ قَالَ قَدْ ذَكَّرَنِى هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Mutarrif ﵁ demişdir: “Mən və İmran ibn Husayn Əli ibn Əbu Talibin arxasında namaz qıldıq. O, səcdə etdikdə, səcdədən dikəldikdə, iki rükət qıldıqdan sonra qalxanda da təkbir edirdi. Namazı bitirdikdən sonra İmran əlimdən tutub: “And içirəm ki, o bizə namazı Muhəmmədin ﷺ namazı kimi qıldırdı” və ya “o, mənə Muhəmmədin ﷺ namazını xatırlatdı” dedi”.”

Mutarrif
SəhihMuslim, 899 (Namaz, 37)

Fəsil 11

Hər rükətdə “əl-Fatihə” surəsini oxumağın vacibliyi, “əl-Fatihə” surəsini oxuya bilməyənin və öyrənə bilməyənin başqa bir surə oxuması

باب وُجُوبِ قِرَاءَةِ الْفَاتِحَةِ فِى كُلِّ رَكْعَةٍ وَإِنَّهُ إِذَا لَمْ يُحْسِنِ الْفَاتِحَةَ وَلاَ أَمْكَنَهُ تَعَلُّمُهَا قَرَأَ مَا تَيَسَّرَ لَهُ مِنْ غَيْرِهَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ جَمِيعًا عَنْ سُفْيَانَ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنِ الزُّهْرِىِّ عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ ».

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) oxumayanın namazı yoxdur”.”

Ubadə ibn əs-Samit
SəhihMuslim, 900 (Namaz, 38)

حَدَّثَنِى أَبُو الطَّاهِرِ حَدَّثَنَا ابْنُ وَهْبٍ عَنْ يُونُسَ ح وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْتَرِئْ بِأُمِّ الْقُرْآنِ ».

“Rəvayət edilir ki, İbadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumayanın namazı yoxdur”.”

Ubadə ibn əs-Samit
SəhihMuslim, 901 (Namaz, 39)

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ مَحْمُودَ بْنَ الرَّبِيعِ الَّذِى مَجَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى وَجْهِهِ مِنْ بِئْرِهِمْ أَخْبَرَهُ أَنَّ عُبَادَةَ بْنَ الصَّامِتِ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْرَأْ بِأُمِّ الْقُرْآنِ ».

“İbn Şihab ﵀ rəvayət edir ki, Allah Elçisinin ﷺ öz quyularından üzünə su püskürtdüyü Mahmud ibn ər-Rabi Ubadə ibn əs-Samitdən rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumayanın namazı yoxdur”.”

İbn Şihab
SəhihMuslim, 902 (Namaz, 40)

وَحَدَّثَنَاهُ إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ وَزَادَ فَصَاعِدًا.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Şihab
SəhihMuslim, 903 (Namaz, 41)

وَحَدَّثَنَاهُ إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ صَلَّى صَلاَةً لَمْ يَقْرَأْ فِيهَا بِأُمِّ الْقُرْآنِ فَهْىَ خِدَاجٌ - ثَلاَثًا - غَيْرُ تَمَامٍ ». فَقِيلَ لأَبِى هُرَيْرَةَ إِنَّا نَكُونُ وَرَاءَ الإِمَامِ. فَقَالَ اقْرَأْ بِهَا فِى نَفْسِكَ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « قَالَ اللَّهُ تَعَالَى قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ وَلِعَبْدِى مَا سَأَلَ فَإِذَا قَالَ الْعَبْدُ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ}. قَالَ اللَّهُ تَعَالَى حَمِدَنِى عَبْدِى وَإِذَا قَالَ {الرَّحْمَنِ الرَّحِيمِ}. قَالَ اللَّهُ تَعَالَى أَثْنَى عَلَىَّ عَبْدِى. وَإِذَا قَالَ {مَالِكِ يَوْمِ الدِّينِ}. قَالَ مَجَّدَنِى عَبْدِى - وَقَالَ مَرَّةً فَوَّضَ إِلَىَّ عَبْدِى - فَإِذَا قَالَ {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}. قَالَ هَذَا بَيْنِى وَبَيْنَ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. فَإِذَا قَالَ {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ}. قَالَ هَذَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ ». قَالَ سُفْيَانُ حَدَّثَنِى بِهِ الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ دَخَلْتُ عَلَيْهِ وَهُوَ مَرِيضٌ فِى بَيْتِهِ فَسَأَلْتُهُ أَنَا عَنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim namaz qıldıqda “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumazsa, namazı naqisdir, namazı naqisdir, namazı naqisdir! Tamam deyil”. Əbu Hureyraya belə dedilər: “Biz namazda imamın arxasında oluruq, onda necə olsun?” Əbu Hureyra dedi: “Onu (“əl-Fatihə” surəsini) özündə oxu, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm və ona istədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Uca Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Uca Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulum üçündür, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
SəhihMuslim, 904 (Namaz, 42)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ سَمِعَ أَبَا السَّائِبِ مَوْلَى هِشَامِ بْنِ زُهْرَةَ يَقُولُ سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
SəhihMuslim, 905 (Namaz, 43)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ أَنَّ أَبَا السَّائِبِ مَوْلَى بَنِى عَبْدِ اللَّهِ بْنِ هِشَامِ بْنِ زُهْرَةَ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ صَلَّى صَلاَةً فَلَمْ يَقْرَأْ فِيهَا بِأُمِّ الْقُرْآنِ ». بِمِثْلِ حَدِيثِ سُفْيَانَ وَفِى حَدِيثِهِمَا « قَالَ اللَّهُ تَعَالَى قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ فَنِصْفُهَا لِى وَنِصْفُهَا لِعَبْدِى ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namaz qıldıqda “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumazsa...” sonra yuxarıdakı hədis qeyd edilir, lakin bu hədisdə deyilir: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur...”.”

Əbu Hureyra
SəhihMuslim, 906 (Namaz, 44)

حَدَّثَنِى أَحْمَدُ بْنُ جَعْفَرٍ الْمَعْقِرِىُّ حَدَّثَنَا النَّضْرُ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا أَبُو أُوَيْسٍ أَخْبَرَنِى الْعَلاَءُ قَالَ سَمِعْتُ مِنْ أَبِى وَمِنْ أَبِى السَّائِبِ وَكَانَا جَلِيسَىْ أَبِى هُرَيْرَةَ قَالاَ قَالَ أَبُو هُرَيْرَةَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ صَلَّى صَلاَةً لَمْ يَقْرَأْ فِيهَا بِفَاتِحَةِ الْكِتَابِ فَهْىَ خِدَاجٌ ». يَقُولُهَا ثَلاَثًا بِمِثْلِ حَدِيثِهِمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazda “Kitabın Fatihəsini” (“əl-Fatihə” surəsini) oxumazsa, onun namazı tam deyil”. O bunu yuxarıdakı hədislərdə olduğu kimi üç dəfə təkrar etdi”.”

Əbu Hureyra
SəhihMuslim, 907 (Namaz, 45)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ حَبِيبِ بْنِ الشَّهِيدِ قَالَ سَمِعْتُ عَطَاءً يُحَدِّثُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ صَلاَةَ إِلاَّ بِقِرَاءَةٍ ». قَالَ أَبُو هُرَيْرَةَ فَمَا أَعْلَنَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَعْلَنَّاهُ لَكُمْ وَمَا أَخْفَاهُ أَخْفَيْنَاهُ لَكُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Quran oxumadan namaz yoxdur”. Əbu Hureyra dedi: “Allah Elçisinin ﷺ aşkarda oxuduğunu biz də aşkar oxuduq, gizlində oxuduğunu biz də gizlin oxuduq”.”

Əbu Hureyra
SəhihMuslim, 908 (Namaz, 46)

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ - وَاللَّفْظُ لِعَمْرٍو - قَالاَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ عَنْ عَطَاءٍ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ فِى كُلِّ الصَّلاَةِ يَقْرَأُ فَمَا أَسْمَعَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ وَمَا أَخْفَى مِنَّا أَخْفَيْنَا مِنْكُمْ. فَقَالَ لَهُ رَجُلٌ إِنْ لَمْ أَزِدْ عَلَى أُمِّ الْقُرْآنِ فَقَالَ إِنْ زِدْتَ عَلَيْهَا فَهُوَ خَيْرٌ وَإِنِ انْتَهَيْتَ إِلَيْهَا أَجْزَأَتْ عَنْكَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər namazda qiraət (Quran oxunuşu) var. Allah Elçisinin ﷺ eşitdiklərini biz də sizə eşitdiririk. Bizdən gizlətdiklərini biz də sizdən gizlədirik”. Bu vaxt bir nəfər Əbu Hureyraya dedi: “Bəs “Quranın Anasından” (əl-Fatihə” surəsindən) bir şey oxumasam, necə?” Əbu Hureyra dedi: “əl-Fatihə” surəsindən əlavə bir şey oxusan, bu sənə daha xeyirli olar. Oxumasan, sənə bu da kifayət edər”.”

Əbu Hureyra
SəhihMuslim, 909 (Namaz, 47)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - عَنْ حَبِيبٍ الْمُعَلِّمِ عَنْ عَطَاءٍ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ فِى كُلِّ صَلاَةٍ قِرَاءَةٌ فَمَا أَسْمَعَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ وَمَا أَخْفَى مِنَّا أَخْفَيْنَاهُ مِنْكُمْ وَمَنْ قَرَأَ بِأُمِّ الْكِتَابِ فَقَدْ أَجْزَأَتْ عَنْهُ وَمَنْ زَادَ فَهُوَ أَفْضَلُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər namazda qiraət var. Allah Elçisi ﷺ bizə nəyi eşitdiribsə, biz də sizə onu eşitdiririk. Bizdən nəyi gizlədisə, biz də onu sizdən gizlədirik. Kim namazda “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) oxuyarsa, bu ona kifayət edər. Kim də əlavə edərsə, bu daha fəzilətli olar”.”

Əbu Hureyra
SəhihMuslim, 910 (Namaz, 48)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ فَدَخَلَ رَجُلٌ فَصَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّلاَمَ قَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ». فَرَجَعَ الرَّجُلُ فَصَلَّى كَمَا كَانَ صَلَّى ثُمَّ جَاءَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمَ عَلَيْهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَعَلَيْكَ السَّلاَمُ ». ثُمَّ قَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ». حَتَّى فَعَلَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ فَقَالَ الرَّجُلُ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَ هَذَا عَلِّمْنِى. قَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ثُمَّ افْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə daxil oldu, onun ardınca bir kişi məscidə gələrək namaz qıldı, sonra gəlib Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ onun salamını alıb ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Kişi qayıdıb namazını eynilə əvvəl qıldığı kimi qıldı, sonra gəlib Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ ona: “Sənə də salam olsun” dedi, sonra isə: “Get namaz qıl, çünki sən namaz qılmadın” deyə buyurdu. Bunu üç dəfə təkrarladıqdan sonra kişi belə dedi: “Səni haqq din ilə göndərənə and olsun ki, bundan başqasını bacarmıram, mənə öyrət”. Allah Elçisi ﷺ buyurdu: “Namaza durduqda təkbir et, Qurandan bildiyini oxu və ruku et. Rukuda tam rahatlaşana kimi qal. Sonra tam düz dayanana kimi qalx, səcdə et və səcdədə tam rahatlaşana kimi qal. Sonra qalx və tam rahat otur. Bütün namazlarında belə et”.”

Əbu Hureyra
SəhihMuslim, 911 (Namaz, 49)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ وَعَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى قَالاَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ سَعِيدِ بْنِ أَبِى سَعِيدٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ فَصَلَّى وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَاحِيَةٍ وَسَاقَا الْحَدِيثَ بِمِثْلِ هَذِهِ الْقِصَّةِ وَزَادَا فِيهِ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَأَسْبِغِ الْوُضُوءَ ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi məscidə daxil oldu və namaz qıldı. Allah Elçisi ﷺ məscidin bir kənarında idi... Sonra yuxarıdakı hədis qeyd edilir, lakin bu hədisdə belə bir əlavə var: “Namaz qılmaq istədikdə gözəl şəkildə dəstəmaz al, sonra qibləyə yönəl və təkbir et”.”

Əbu Hureyra
SəhihMuslim, 912 (Namaz, 50)

Fəsil 12

İmam qiraətini səsli etdikdə imama tabe olanın səsli oxumasının qadağan olması

باب نَهْىِ الْمَأْمُومِ عَنْ جَهْرِهِ بِالْقِرَاءَةِ خَلْفَ إِمَامِهِ

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ كِلاَهُمَا عَنْ أَبِى عَوَانَةَ قَالَ سَعِيدٌ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ زُرَارَةَ بْنِ أَوْفَى عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الظُّهْرِ - أَوِ الْعَصْرِ - فَقَالَ « أَيُّكُمْ قَرَأَ خَلْفِى بِسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى ». فَقَالَ رَجُلٌ أَنَا وَلَمْ أُرِدْ بِهَا إِلاَّ الْخَيْرَ. قَالَ « قَدْ عَلِمْتُ أَنَّ بَعْضَكُمْ خَالَجَنِيهَا ».

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Zöhr və ya Əsr namazını qıldırdı, sonra dedi: “Mənim arxamda “Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!” (əl-Aləq, 1) surəsini oxuyan kim idi?” Bir kişi dedi: “Mən idim, lakin bunu etməkdə xeyirdən başqa bir şey qəsd etmədim”. Allah Elçisi ﷺ buyurdu: “Bəzilərinizin bunu mənim ağzımdan götürdüyünü anladım”.”

İmran ibn Husayn
SəhihMuslim, 913 (Namaz, 51)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ قَالَ سَمِعْتُ زُرَارَةَ بْنَ أَوْفَى يُحَدِّثُ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ فَجَعَلَ رَجُلٌ يَقْرَأُ خَلْفَهُ بِسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى فَلَمَّا انْصَرَفَ قَالَ « أَيُّكُمْ قَرَأَ » أَوْ « أَيُّكُمُ الْقَارِئُ » فَقَالَ رَجُلٌ أَنَا. فَقَالَ « قَدْ ظَنَنْتُ أَنَّ بَعْضَكُمْ خَالَجَنِيهَا ».

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazını qıldırdı. Bir kişi də onun arxasında “Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!” (əl-Aləq, 1) oxuyurdu. Allah Elçisi namazı bitirəndən sonra dedi: “Oxuyan kim idi?” Həmin kişi dedi: “Mən idim”. Allah Elçisi ﷺ buyurdu: “Bəzilərinizin bunu mənim ağzımdan götürdüyünü zənn etdim”.”

İmran ibn Husayn
SəhihMuslim, 914 (Namaz, 52)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ كِلاَهُمَا عَنِ ابْنِ أَبِى عَرُوبَةَ عَنْ قَتَادَةَ بِهَذَا الإِسْنَادِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ وَقَالَ « قَدْ عَلِمْتُ أَنَّ بَعْضَكُمْ خَالَجَنِيهَا ».

“Qatədə ﵀ eyni isnadla rəvayət etmişdir ki, Allah Elçisi ﷺ Zöhr namazını qıldırdı və buyurdu: “Bəzilərinizin bunu mənim ağzımdan götürdüyünü anladım”.”

Qatədə
SəhihMuslim, 915 (Namaz, 53)

Fəsil 13

“Bəsmələ” kəlməsini səssiz deyənin dəlili

باب حُجَّةِ مَنْ قَالَ لاَ يَجْهَرُ بِالْبَسْمَلَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ كِلاَهُمَا عَنْ غُنْدَرٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسٍ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ فَلَمْ أَسْمَعْ أَحَدًا مِنْهُمْ يَقْرَأُ {بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ}.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ, Əbu Bəkr, Ömər və Osman ilə namaz qıldım, lakin onlardan heç birinin “Bismillə:hir-Rahmə:nir-Rahi:m!” kəlməsini səsli dediyini eşitmədim”.”

Ənəs
SəhihMuslim, 916 (Namaz, 54)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا أَبُو دَاوُدَ حَدَّثَنَا شُعْبَةُ فِى هَذَا الإِسْنَادِ. وَزَادَ قَالَ شُعْبَةُ فَقُلْتُ لِقَتَادَةَ أَسَمِعْتَهُ مِنْ أَنَسٍ قَالَ نَعَمْ نَحْنُ سَأَلْنَاهُ عَنْهُ.

“Rəvayət edilir ki, Şubə ﵀ demişdir: “Mən Qatədəyə dedim: “Sən bunu Ənəsdən eşitmisən?” O da: “Bəli, bu hədisi ondan biz soruşmuşduq”- dedi”.”

Şubə
SəhihMuslim, 917 (Namaz, 55)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ الرَّازِىُّ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ عَبْدَةَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ كَانَ يَجْهَرُ بِهَؤُلاَءِ الْكَلِمَاتِ يَقُولُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ تَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ. وَعَنْ قَتَادَةَ أَنَّهُ كَتَبَ إِلَيْهِ يُخْبِرُهُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ حَدَّثَهُ قَالَ صَلَّيْتُ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ فَكَانُوا يَسْتَفْتِحُونَ بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} لاَ يَذْكُرُونَ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ فِى أَوَّلِ قِرَاءَةٍ وَلاَ فِى آخِرِهَا.

“Abdə ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab bu kəlmələri səsli şəkildə deyərdi: “Allahım, Sən pak və müqəddəssən! Həmd Sənə məxsusdur! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Rəvayət edilir ki, Qatədə Ənəs ibn Malikdən bir hədis yazdı: “Mən Peyğəmbərin ﷺ, Əbu Bəkrin, Ömərin və Osmanın arxasında namaz qıldım. Onlar namaza başladıqda “Əlhəmdu lillə:hi Rabil-A:ləmin!” deyər, nə əvvəldə, nə də axırda “Bismillə:hir-Rahmə:nir-Rahi:m!” deməzdilər”.”

Abdə
SəhihMuslim, 918 (Namaz, 56)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِهْرَانَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ عَنِ الأَوْزَاعِىِّ أَخْبَرَنِى إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ يَذْكُرُ ذَلِكَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Ənəs ibn Malik
SəhihMuslim, 919 (Namaz, 57)

Fəsil 14

“Bəsmələ” kəlməsini “Bəraə” (Tövbə) surəsindən başqa bütün surələrin əvvəlində ayə sayanın dəlili

باب حُجَّةِ مَنْ قَالَ الْبَسْمَلَةُ آيَةٌ مِنْ أَوَّلِ كُلِّ سُورَةٍ سِوَى بَرَاءَةَ

حَدَّثَنَا عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ أَخْبَرَنَا الْمُخْتَارُ بْنُ فُلْفُلٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ ح

“Növbəti hədisin sənədlərindəndir eynidir.”

Ənəs ibn Malik
SəhihMuslim, 920 (Namaz, 58)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الْمُخْتَارِ عَنْ أَنَسٍ قَالَ بَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا إِذْ أَغْفَى إِغْفَاءَةً ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا مَا أَضْحَكَكَ يَا رَسُولَ اللَّهِ قَالَ « أُنْزِلَتْ عَلَىَّ آنِفًا سُورَةٌ ». فَقَرَأَ « بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ {إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ}». ثُمَّ قَالَ « أَتَدْرُونَ مَا الْكَوْثَرُ ». فَقُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّى عَزَّ وَجَلَّ عَلَيْهِ خَيْرٌ كَثِيرٌ هُوَ حَوْضٌ تَرِدُ عَلَيْهِ أُمَّتِى يَوْمَ الْقِيَامَةِ آنِيَتُهُ عَدَدُ النُّجُومِ فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ فَأَقُولُ رَبِّ إِنَّهُ مِنْ أُمَّتِى. فَيَقُولُ مَا تَدْرِى مَا أَحْدَثَتْ بَعْدَكَ ». زَادَ ابْنُ حُجْرٍ فِى حَدِيثِهِ بَيْنَ أَظْهُرِنَا فِى الْمَسْجِدِ. وَقَالَ « مَا أَحْدَثَ بَعْدَكَ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizim aramızda ikən mürgülədi. Sonra gülümsəyərək başını qaldırdı. Biz “Səni güldürən nədir, ey Allahın Elçisi?” deyə soruşduq. O buyurdu: “Mənə bir müddət əvvəl bir surə nazil oldu: “Rahmən və Rahim olan Allahın adı ilə! Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Sənin düşmənin özü sonsuzdur!” (əl-Kövsər, 1-3). Sonra isə soruşdu: “Kövsərin nə olduğunu bilirsinizmi?” Biz dedik: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O buyurdu: “O, Rəbbimin ﷿ mənə vəd etdiyi çaydır. Onda çoxlu xeyir var. O, ümmətimin Qiyamət günü yanına yığışdığı hovuzdur. Onun qədəhlərinin sayı ulduzlar qədərdir. Bəndələrdən biri ondan uzaqlaşdırıldığı zaman, mən deyəcəyəm: “Ya Rəbb, o mənim ümmətimdəndir”. Onda mənə belə buyurulacaq: “Onların səndən sonra nə etdiklərini bilmirsən”. Ravi İbn Hucr öz hədisində “Məsciddə bizim aramızda ikən” və “O bəndənin səndən sonra nə bidətlər etdiyini” əlavə cümlələri var.”

Ənəs
SəhihMuslim, 921 (Namaz, 59)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ أَخْبَرَنَا ابْنُ فُضَيْلٍ عَنْ مُخْتَارِ بْنِ فُلْفُلٍ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ أَغْفَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِغْفَاءَةً. بِنَحْوِ حَدِيثِ ابْنِ مُسْهِرٍ غَيْرَ أَنَّهُ قَالَ « نَهْرٌ وَعَدَنِيهِ رَبِّى عَزَّ وَجَلَّ فِى الْجَنَّةِ عَلَيْهِ حَوْضٌ ». وَلَمْ يَذْكُرْ « آنِيَتُهُ عَدَدُ النُّجُومِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ mürgülədiyini gördüm...”. Yuxarıdakı hədisin eynisidir, lakin bu hədisdə Peyğəmbər ﷺ belə buyurur: “O, Rəbbimin ﷿ Cənnətdə mənə vəd etdiyi çaydır. Orada hovuz var”, həmçinin: “Qədəhlərin sayı ulduzlar qədərdir”- hissəsi qeyd edilməmişdir.”

Ənəs ibn Malik
SəhihMuslim, 922 (Namaz, 60)

Fəsil 15

Namaza başladıqda sağ əli sol əlin üzərinə qoyub sinənin aıtında, göbəyin isə üstündə tutmaq, səcdələrdə isə əlləri yerə çiyinlər səviyyəsində qoymaq

باب وَضْعِ يَدِهِ الْيُمْنَى عَلَى الْيُسْرَى بَعْدَ تَكْبِيرَةِ الإِحْرَامِ تَحْتَ صَدْرِهِ فَوْقَ سُرَّتِهِ وَوَضْعِهِمَا فِى السُّجُودِ عَلَى الأَرْضِ حَذْوَ مَنْكِبَيْهِ

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَفَّانُ حَدَّثَنَا هَمَّامٌ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ حَدَّثَنِى عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ وَمَوْلًى لَهُمْ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ أَبِيهِ وَائِلِ بْنِ حُجْرٍ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَفَعَ يَدَيْهِ حِينَ دَخَلَ فِى الصَّلاَةِ كَبَّرَ - وَصَفَ هَمَّامٌ حِيَالَ أُذُنَيْهِ - ثُمَّ الْتَحَفَ بِثَوْبِهِ ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ أَخْرَجَ يَدَيْهِ مِنَ الثَّوْبِ ثُمَّ رَفَعَهُمَا ثُمَّ كَبَّرَ فَرَكَعَ فَلَمَّا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». رَفَعَ يَدَيْهِ فَلَمَّا سَجَدَ سَجَدَ بَيْنَ كَفَّيْهِ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ Peyğəmbərin ﷺ belə etdiyini görmüşdür: “Namaza başlayarkən əllərini (ravi Həmmam qulaqları səviyyəsində olduğunu vəsf etmişdir) qaldıraraq təkbir etdi. Sonra paltarına bürünərək sağ əlini sol əlinin üzərinə qoydu. Rukuya getmək istədikdə əllərini paltardan çıxarıb qaldırdı və təkbir edərək rukuya getdi. Sonra “Səmi Alla:hu limən həmidəh” dedikdə əllərini qaldırdı. Səcdəyə getdikdə isə əllərini (yerə qoyub) onların arasına səcdə etdi”.”

Vail ibn Hucr
SəhihMuslim, 923 (Namaz, 61)

Fəsil 16

Namazda deyilən təşəhhüd

باب التَّشَهُّدِ فِى الصَّلاَةِ

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَعُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنَّا نَقُولُ فِى الصَّلاَةِ خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّلاَمُ عَلَى اللَّهِ السَّلاَمُ عَلَى فُلاَنٍ. فَقَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ فَإِذَا قَعَدَ أَحَدُكُمْ فِى الصَّلاَةِ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ فَإِذَا قَالَهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ثُمَّ يَتَخَيَّرُ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qıldıqda deyirdik: “Allaha salam olsun! Filankəsə salam olsun!” Bir gün Allah Elçisi ﷺ bizə dedi: “Həqiqətən, Salam Allahın Özüdür. Sizdən biriniz namazda oturduqda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bunu desəniz, bu, Allahın səmada və yerdə olan bütün əməlisaleh bəndələrinə çatar. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sonra da istədiyi duanı seçib desin”.”

Abdullah
SəhihMuslim, 924 (Namaz, 62)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ وَلَمْ يَذْكُرْ « ثُمَّ يَتَخَيَّرُ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin “sonra da istədiyi duanı seçsin” hissəsi yoxdur.”

Abdullah
SəhihMuslim, 925 (Namaz, 63)

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا حُسَيْنٌ الْجُعْفِىُّ عَنْ زَائِدَةَ عَنْ مَنْصُورٍ بِهَذَا الإِسْنَادِ مِثْلَ حَدِيثِهِمَا وَذَكَرَ فِى الْحَدِيثِ « ثُمَّ لْيَتَخَيَّرْ بَعْدُ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ أَوْ مَا أَحَبَّ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “Sonra da istədiyi və ya sevdiyi duanı seçsin”.”

Abdullah
SəhihMuslim, 926 (Namaz, 64)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ شَقِيقٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ كُنَّا إِذَا جَلَسْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّلاَةِ. بِمِثْلِ حَدِيثِ مَنْصُورٍ وَقَالَ « ثُمَّ يَتَخَيَّرُ بَعْدُ مِنَ الدُّعَاءِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Biz namazda Allah Elçisi ﷺ ilə birlikdə oturduqda...” sonra yuxarıdakı hədis rəvayət edilir. Sonda “Sonra da istədiyi duanı etsin” deyilir.”

Abdullah ibn Məsud
SəhihMuslim, 927 (Namaz, 65)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا سَيْفُ بْنُ سُلَيْمَانَ قَالَ سَمِعْتُ مُجَاهِدًا يَقُولُ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ سَخْبَرَةَ قَالَ سَمِعْتُ ابْنَ مَسْعُودٍ يَقُولُ عَلَّمَنِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّشَهُّدَ كَفِّى بَيْنَ كَفَّيْهِ كَمَا يُعَلِّمُنِى السُّورَةَ مِنَ الْقُرْآنِ. وَاقْتَصَّ التَّشَهُّدَ بِمِثْلِ مَا اقْتَصُّوا.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Mənim ovcum Allah Elçisinin ﷺ ovucları arasında olduğu halda Qurandan bir surə öyrətdiyi kimi təşəhhüdü öyrətdi”. İbn Məsudun təşəhhüdü yuxarıdakı kimidir.”

İbn Məsud
SəhihMuslim, 928 (Namaz, 66)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحِ بْنِ الْمُهَاجِرِ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ وَعَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ فَكَانَ يَقُولُ « التَّحِيَّاتُ الْمُبَارَكَاتُ الصَّلَوَاتُ الطَّيِّبَاتُ لِلَّهِ السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ ». وَفِى رِوَايَةِ ابْنِ رُمْحٍ كَمَا يُعَلِّمُنَا الْقُرْآنَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrədər və belə buyurardı: “Mübarək salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun elçisidir!” İbn Rumhun rəvayətində isə belə deyilir: “Bizə Quranı öyrətdiyi kimi öyrədərdi”.”

İbn Abbas
SəhihMuslim, 929 (Namaz, 67)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ حُمَيْدٍ حَدَّثَنِى أَبُو الزُّبَيْرِ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrədərdi”.”

İbn Abbas
SəhihMuslim, 930 (Namaz, 68)

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ وَمُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ الأُمَوِىُّ - وَاللَّفْظُ لأَبِى كَامِلٍ - قَالُوا حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللَّهِ الرَّقَاشِىِّ قَالَ صَلَّيْتُ مَعَ أَبِى مُوسَى الأَشْعَرِىِّ صَلاَةً فَلَمَّا كَانَ عِنْدَ الْقَعْدَةِ قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أُقِرَّتِ الصَّلاَةُ بِالْبِرِّ وَالزَّكَاةِ - قَالَ - فَلَمَّا قَضَى أَبُو مُوسَى الصَّلاَةَ وَسَلَّمَ انْصَرَفَ فَقَالَ أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا قَالَ فَأَرَمَّ الْقَوْمُ ثُمَّ قَالَ أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا فَأَرَمَّ الْقَوْمُ فَقَالَ لَعَلَّكَ يَا حِطَّانُ قُلْتَهَا قَالَ مَا قُلْتُهَا وَلَقَدْ رَهِبْتُ أَنْ تَبْكَعَنِى بِهَا. فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا قُلْتُهَا وَلَمْ أُرِدْ بِهَا إِلاَّ الْخَيْرَ. فَقَالَ أَبُو مُوسَى أَمَا تَعْلَمُونَ كَيْفَ تَقُولُونَ فِى صَلاَتِكُمْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَنَا فَبَيَّنَ لَنَا سُنَّتَنَا وَعَلَّمَنَا صَلاَتَنَا فَقَالَ « إِذَا صَلَّيْتُمْ فَأَقِيمُوا صُفُوفَكُمْ ثُمَّ لْيَؤُمَّكُمْ أَحَدُكُمْ فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا قَالَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا آمِينَ. يُجِبْكُمُ اللَّهُ فَإِذَا كَبَّرَ وَرَكَعَ فَكَبِّرُوا وَارْكَعُوا فَإِنَّ الإِمَامَ يَرْكَعُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَتِلْكَ بِتِلْكَ وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ. يَسْمَعُ اللَّهُ لَكُمْ فَإِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى قَالَ عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. وَإِذَا كَبَّرَ وَسَجَدَ فَكَبِّرُوا وَاسْجُدُوا فَإِنَّ الإِمَامَ يَسْجُدُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَتِلْكَ بِتِلْكَ. وَإِذَا كَانَ عِنْدَ الْقَعْدَةِ فَلْيَكُنْ مِنْ أَوَّلِ قَوْلِ أَحَدِكُمُ التَّحِيَّاتُ الطَّيِّبَاتُ الصَّلَوَاتُ لِلَّهِ السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ».

“Rəvayət edilir ki, Hittan ibn Abdullah ər-Raqaşi ﵀ demişdir: “Mən Əbu Musa ilə birlikdə bir namaz qılırdım. Elə ki təşəhhüdə oturduq, camaatdan bir kişi belə dedi: “Namaz, sədəqə və zəkatla birlikdə təqdir edildi”. Əbu Musa namazı bitirdikdən sonra çevrilib soruşdu: “Bu və bu kəlmələri deyən kim idi?” Camaat susdu. O yenidən təkrarən soruşdu. Camaatın yenə susduğunu gördükdə: “Ey Hittan, yəqin sən demisən?”- deyə məndən soruşdu. Mən dedim: “Bunu mən demədim, məni buna görə danlamağından qorxdum”. Camaatdan bir kişi dedi: “Mən dedim və xeyirdən başqa bir şey qəsd etmədim”. Əbu Musa dedi: “Namazda nə deyəcəyinizi bilmirsiniz? Allah Elçisi ﷺ bizə xitab edərək sünnəsini bəyan etdi, bizə namazımızı öyrətdi və belə buyurdu: “Namaza durduqda cərgələrinizi düzəldin, sonra biriniz sizə imamlıq etsin. O, təkbir etdikdə siz də təkbir edin, o “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!”- dedikdə, siz “Amin” deyin ki, Uca Allah sizdən qəbul etsin. O, təkbir edib rukuya getdikdə siz də təkbir edib rukuya gedin, çünki imam sizdən öncə rukuya gedir. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bu an bununla bitir. O, “Səmi Alla:hu limən həmidəh” dedikdə siz: “Alla:hummə, Rabbənə ləkəl-həmd”- deyin ki, Uca Allah sizi eşidər, çünki Uca Allah Peyğəmbərinin ﷺ dili ilə “Səmi Alla:hu limən həmidəh” demişdir. O, təkbir edib səcdə etdikdə, siz də təkbir edib səcdə edin, çünki imam sizdən qabaq səcdə edər və sizdən qabaq səcdədən qalxar”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bu an bununla bitir. Oturduqda isə sizin deyəcəyiniz ilk söz bu olsun: “Salamlar, gözəl şeylər və dualar Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

Hittan ibn Abdullah ər-Raqaşi
SəhihMuslim, 931 (Namaz, 69)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى عَرُوبَةَ ح وَحَدَّثَنَا أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ سُلَيْمَانَ التَّيْمِىِّ كُلُّ هَؤُلاَءِ عَنْ قَتَادَةَ فِى هَذَا الإِسْنَادِ بِمِثْلِهِ. وَفِى حَدِيثِ جَرِيرٍ عَنْ سُلَيْمَانَ عَنْ قَتَادَةَ مِنَ الزِّيَادَةِ « وَإِذَا قَرَأَ فَأَنْصِتُوا ». وَلَيْسَ فِى حَدِيثِ أَحَدٍ مِنْهُمْ « فَإِنَّ اللَّهَ قَالَ عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». إِلاَّ فِى رِوَايَةِ أَبِى كَامِلٍ وَحْدَهُ عَنْ أَبِى عَوَانَةَ. قَالَ أَبُو إِسْحَاقَ قَالَ أَبُو بَكْرِ ابْنُ أُخْتِ أَبِى النَّضْرِ فِى هَذَا الْحَدِيثِ فَقَالَ مُسْلِمٌ تُرِيدُ أَحْفَظَ مِنْ سُلَيْمَانَ فَقَالَ لَهُ أَبُو بَكْرٍ فَحَدِيثُ أَبِى هُرَيْرَةَ فَقَالَ هُوَ صَحِيحٌ يَعْنِى وَإِذَا قَرَأَ فَأَنْصِتُوا. فَقَالَ هُوَ عِنْدِى صَحِيحٌ. فَقَالَ لِمَ لَمْ تَضَعْهُ هَا هُنَا قَالَ لَيْسَ كُلُّ شَىْءٍ عِنْدِى صَحِيحٍ وَضَعْتُهُ هَا هُنَا. إِنَّمَا وَضَعْتُ هَا هُنَا مَا أَجْمَعُوا عَلَيْهِ.

“Qatədə ﵀ eyni isnadla yuxarıdakı hədisi rəvayət etmişdir. Onun hədisində bu əlavə var: “İmam (namazda Quran) oxuduğu zaman susun”. Onun rəvayət etdiyi hədislərin heç birində bu kəlmə yoxdur: “Çünki Allah Peyğəmbərinin ﷺ dili ilə buyurmuşdur”, yalnız ravi Kamilin Əbu Avanədən etdiyi rəvayətdən başqa. Ravi Əbu Nadrın bacısı oğlu Əbu Bəkr danışdı. Muslim ona dedi: “Onun Süleymandan yadda saxladığıdır?” Əbu Bəkr ondan soruşdu: “Bəs Əbu Hureyranın hədisinə nə deyirsən?” Muslim dedi: “O, səhihdir”, yəni “İmam (namazda Quran) oxuduğu zaman susun”. Muslim dedi: “O mənim yanımda səhihdir”. Əbu Bəkr dedi: “Onda bəs bu kitabına həmin hədisi nə üçün qoymamısan?” Muslim dedi: “Mən bütün səhih saydığım hədisləri bu kitaba qoymadım. Buraya ancaq alimlərin ittifaq etdikləri hədisləri qoydum”.”

Qatədə
SəhihMuslim, 932 (Namaz, 70)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَابْنُ أَبِى عُمَرَ عَنْ عَبْدِ الرَّزَّاقِ عَنْ مَعْمَرٍ عَنْ قَتَادَةَ بِهَذَا الإِسْنَادِ وَقَالَ فِى الْحَدِيثِ « فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَضَى عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir və burada deyilir: “Çünki Allah Peyğəmbərinin ﷺ dili ilə “Səmi Alla:hu limən həmidəh” demişdir.”

Qatədə
SəhihMuslim, 933 (Namaz, 71)

Fəsil 17

Təşəhhüddən sonra Peyğəmbərə ﷺ salavat demək

باب الصَّلاَةِ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ التَّشَهُّدِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى التَّمِيمِىُّ قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ الْمُجْمِرِ أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ اللَّهِ بْنِ زَيْدٍ الأَنْصَارِىَّ - وَعَبْدُ اللَّهِ بْنُ زَيْدٍ هُوَ الَّذِى كَانَ أُرِىَ النِّدَاءَ بِالصَّلاَةِ - أَخْبَرَهُ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ أَتَانَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ فِى مَجْلِسِ سَعْدِ بْنِ عُبَادَةَ فَقَالَ لَهُ بَشِيرُ بْنُ سَعْدٍ أَمَرَنَا اللَّهُ تَعَالَى أَنْ نُصَلِّىَ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ فَكَيْفَ نُصَلِّى عَلَيْكَ قَالَ فَسَكَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَمَنَّيْنَا أَنَّهُ لَمْ يَسْأَلْهُ ثُمَّ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُولُوا « اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ فِى الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. وَالسَّلاَمُ كَمَا قَدْ عَلِمْتُمْ ».

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Biz Səd ibn Ubadənin məclisində olarkən Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Bəşir ibn Səd ona dedi: “Uca Allah bizə sənə salam deməyi əmr edib. Sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ susdu. Biz “kaş ki, o bunu soruşmayaydı” deyə təmənna etdik. Sonra Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən aləmlərdə tərifəlayiqsən, şan-şöhrətlisən!” Salam vermək isə bildiyiniz kimidir”.”

Əbu Məsud əl-Ənsari
SəhihMuslim, 934 (Namaz, 72)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ ابْنَ أَبِى لَيْلَى قَالَ لَقِيَنِى كَعْبُ بْنُ عُجْرَةَ فَقَالَ أَلاَ أُهْدِى لَكَ هَدِيَّةً خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْنَا قَدْ عَرَفْنَا كَيْفَ نُسَلِّمُ عَلَيْكَ فَكَيْفَ نُصَلِّى عَلَيْكَ قَالَ « قُولُوا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ».

“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵀ demişdir: “Bir dəfə Kəb ibn Ucra ilə rastlaşdım. O dedi: “Sənə hədiyyə verimmi? Bir dəfə Allah Elçisi ﷺ bizim yanımıza gəldi. Biz dedik: “Biz sənə salam deməyi öyrəndik, bəs sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Həqiqətən, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım, İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Həqiqətən, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

İbn Əbu Leyla
SəhihMuslim, 935 (Namaz, 73)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ وَمِسْعَرٍ عَنِ الْحَكَمِ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ. وَلَيْسَ فِى حَدِيثِ مِسْعَرٍ أَلاَ أُهْدِى لَكَ هَدِيَّةً

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “Sənə hədiyyə verimmi?” hissəsi yoxdur.”

İbn Əbu Leyla
SəhihMuslim, 936 (Namaz, 74)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَكَّارٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ زَكَرِيَّاءَ عَنِ الأَعْمَشِ وَعَنْ مِسْعَرٍ وَعَنْ مَالِكِ بْنِ مِغْوَلٍ كُلُّهُمْ عَنِ الْحَكَمِ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ غَيْرَ أَنَّهُ قَالَ « وَبَارِكْ عَلَى مُحَمَّدٍ ». وَلَمْ يَقُلِ اللَّهُمَّ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin ravi əl-Həkəmin hədisində “Muhəmmədin ailəsinə bərəkət ver” deyərək “Allahım” sözü qeyd edilməmişdir.”

İbn Əbu Leyla
SəhihMuslim, 937 (Namaz, 75)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا رَوْحٌ وَعَبْدُ اللَّهِ بْنُ نَافِعٍ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا رَوْحٌ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى بَكْرٍ عَنْ أَبِيهِ عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ أَخْبَرَنِى أَبُو حُمَيْدٍ السَّاعِدِىُّ أَنَّهُمْ قَالُوا يَا رَسُولَ اللَّهِ كَيْفَ نُصَلِّى عَلَيْكَ قَالَ « قُولُوا اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ».

“Əbu Humeyd əs-Saidi ﵀ rəvayət edir ki, səhabələr dedilər: “Ey Allahın Elçisi, sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

Əbu Humeyd əs-Saidi
SəhihMuslim, 938 (Namaz, 76)

حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ قَالُوا حَدَّثَنَا إِسْمَاعِيلُ - وَهُوَ ابْنُ جَعْفَرٍ - عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ صَلَّى عَلَىَّ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə xeyir-dua edər”.”

Əbu Hureyra
SəhihMuslim, 939 (Namaz, 77)

Fəsil 18

“Səmi Allahu limən həmidəh”, “Rabbənə və ləkəl-həmd” və “Amin” demək

باب التَّسْمِيعِ وَالتَّحْمِيدِ وَالتَّأْمِينِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ سُمَىٍّ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ الإِمَامُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ . فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Namazda) imam “Səmi Allahu limən həmidəh” dedikdə, siz “Allahummə Rabbənə ləkəl-həmd” deyin. Kimin sözləri mələklərin sözləri ilə üst-üstə düşərsə, keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihMuslim, 940 (Namaz, 78)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - يَعْنِى ابْنَ عَبْدِ الرَّحْمَنِ - عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَعْنَى حَدِيثِ سُمَىٍّ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 941 (Namaz, 79)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ وَأَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُمَا أَخْبَرَاهُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَمَّنَ الإِمَامُ فَأَمِّنُوا فَإِنَّهُ مَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ». قَالَ ابْنُ شِهَابٍ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « آمِينَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam “Amin” dedikdə siz də “Amin” deyin. Çünki kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”. Ravi İbn Şihab dedi: “Allah Elçisi ﷺ də “Amin” deyərdi”.”

Əbu Hureyra
SəhihMuslim, 942 (Namaz, 80)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى ابْنُ الْمُسَيَّبِ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. بِمِثْلِ حَدِيثِ مَالِكٍ وَلَمْ يَذْكُرْ قَوْلَ ابْنِ شِهَابٍ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin ravi İbn Şihabın sözü qeyd edilməmişdir.”

Əbu Hureyra
SəhihMuslim, 943 (Namaz, 81)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى حَدَّثَنِى ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرٌو أَنَّ أَبَا يُونُسَ حَدَّثَهُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ أَحَدُكُمْ فِى الصَّلاَةِ آمِينَ. وَالْمَلاَئِكَةُ فِى السَّمَاءِ آمِينَ. فَوَافَقَ إِحْدَاهُمَا الأُخْرَى غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazda “Amin” dedikdə səmada olan mələklər də “Amin” deyirlər. Kimin sözü mələklərin (bu sözü) ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihMuslim, 944 (Namaz, 82)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ الْقَعْنَبِىُّ حَدَّثَنَا الْمُغِيرَةُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَالَ أَحَدُكُمْ آمِينَ. وَالْمَلاَئِكَةُ فِى السَّمَاءِ آمِينَ. فَوَافَقَتْ إِحْدَاهُمَا الأُخْرَى غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz “Amin” dedikdə səmada olan mələklər də “Amin” deyirlər. Kimin sözü mələklərin (bu sözü) ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihMuslim, 945 (Namaz, 83)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 946 (Namaz, 84)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا يَعْقُوبُ - يَعْنِى ابْنَ عَبْدِ الرَّحْمَنِ - عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ الْقَارِئُ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ. فَقَالَ مَنْ خَلْفَهُ آمِينَ . فَوَافَقَ قَوْلُهُ قَوْلَ أَهْلِ السَّمَاءِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qari “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!”- dedikdə onun arxasında olanlar “Amin” desin. Kimin sözü səma əhlinin sözü ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihMuslim, 947 (Namaz, 85)

Fəsil 19

Namazda camaatın imama tabe olması

باب ائْتِمَامِ الْمَأْمُومِ بِالإِمَامِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَأَبُو كُرَيْبٍ جَمِيعًا عَنْ سُفْيَانَ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنِ الزُّهْرِىِّ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ سَقَطَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ فَرَسٍ فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ فَدَخَلْنَا عَلَيْهِ نَعُودُهُ فَحَضَرَتِ الصَّلاَةُ فَصَلَّى بِنَا قَاعِدًا فَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا فَلَمَّا قَضَى الصَّلاَةَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا سَجَدَ فَاسْجُدُوا وَإِذَا رَفَعَ فَارْفَعُوا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ. وَإِذَا صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا أَجْمَعُونَ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ atdan yıxılıb sağ tərəfini əzmişdi. Biz ziyarət üçün onun yanına gəldikdə namazın vaxtı girdi. Peyğəmbər ﷺ bizə oturaraq namaz qıldırdı. Biz də onun arxasında oturaraq namaz qıldıq. Namazı bitirdikdə belə buyurdu: “İmam ona tabe olunmaq üçün imam qoyulmuşdur. O, təkbir etdikdə siz də təkbir edin. O, səcdə etdikdə siz də səcdə edin. O, dikəldikdə siz də dikəlin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin. O, oturaraq namaz qıldıqda siz hamılıqla oturub namaz qılın”.”

Ənəs ibn Malik
SəhihMuslim, 948 (Namaz, 86)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ خَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ فَرَسٍ فَجُحِشَ فَصَلَّى لَنَا قَاعِدًا. ثُمَّ ذَكَرَ نَحْوَهُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ atdan yıxılaraq bədəni yaralandı. Buna görə bizə oturaraq namaz qıldırdı...”. Sonra yuxarıdakı hədis qeyd edilir.”

Ənəs ibn Malik
SəhihMuslim, 949 (Namaz, 87)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صُرِعَ عَنْ فَرَسٍ فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ بِنَحْوِ حَدِيثِهِمَا وَزَادَ « فَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ atdan yıxılaraq sağ tərəfini əzmişdi... Ravi yuxarıdakı hədisi qeyd etmiş və “İmam ayaq üstə namaz qıldıqda siz də ayaq üstə namaz qılın” cümləsini əlavə etmişdir.”

Ənəs ibn Malik
SəhihMuslim, 950 (Namaz, 88)

حَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا مَعْنُ بْنُ عِيسَى عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنِ الزُّهْرِىِّ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكِبَ فَرَسًا فَصُرِعَ عَنْهُ فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ. بِنَحْوِ حَدِيثِهِمْ وَفِيهِ « إِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ».

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ bir ata minmiş və ondan yıxılaraq sağ tərəfini əzmişdi... Ravi yuxarıdakı hədisi qeyd etmiş və “İmam ayaq üstə namaz qıldıqda siz də ayaq üstə namaz qılın” cümləsini əlavə etmişdir.”

Ənəs
SəhihMuslim, 951 (Namaz, 89)

حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ أَخْبَرَنِى أَنَسٌ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَقَطَ مِنْ فَرَسِهِ فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ. وَسَاقَ الْحَدِيثَ وَلَيْسَ فِيهِ زِيَادَةُ يُونُسَ وَمَالِكٍ.

“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ atından yıxılaraq sağ tərəfini əzmişdi...”

Ənəs
SəhihMuslim, 952 (Namaz, 90)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتِ اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَخَلَ عَلَيْهِ نَاسٌ مِنْ أَصْحَابِهِ يَعُودُونَهُ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا فَصَلَّوْا بِصَلاَتِهِ قِيَامًا فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا . فَجَلَسُوا فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا رَفَعَ فَارْفَعُوا وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi, ona görə səhabələrindən bəziləri onu ziyarət etmək üçün yanına gəldilər. Allah Elçisi ﷺ oturaraq namaz qılır, onlar isə ayaqüstə Allah Elçisinə ﷺ tabe olaraq namaz qılırdılar. Allah Elçisi ﷺ onlara oturmalarını işarə etdi, onlar da oturdular. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, imam ona itaət olunması üçün təyin olunub. O, ruku etdikdə siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O, oturaraq namaz qıldıqda siz də oturaraq namaz qılın”.”

Aişə
SəhihMuslim, 953 (Namaz, 91)

حَدَّثَنَا أَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ حَدَّثَنَا حَمَّادٌ يَعْنِى ابْنَ زَيْدٍ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ قَالَ حَدَّثَنَا أَبِى جَمِيعًا عَنْ هِشَامِ بْنِ عُرْوَةَ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 954 (Namaz, 92)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّيْنَا وَرَاءَهُ وَهُوَ قَاعِدٌ وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ تَكْبِيرَهُ فَالْتَفَتَ إِلَيْنَا فَرَآنَا قِيَامًا فَأَشَارَ إِلَيْنَا فَقَعَدْنَا فَصَلَّيْنَا بِصَلاَتِهِ قُعُودًا فَلَمَّا سَلَّمَ قَالَ « إِنْ كِدْتُمْ آنِفًِا لَتَفْعَلُونَ فِعْلَ فَارِسَ وَالرُّومِ يَقُومُونَ عَلَى مُلُوكِهِمْ وَهُمْ قُعُودٌ فَلاَ تَفْعَلُوا ائْتَمُّوا بِأَئِمَّتِكُمْ إِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا وَإِنْ صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi, biz də o oturduğu vəziyyətdə onun arxasında namaz qılırdıq. Əbu Bəkr Allah Elçisinin ﷺ təkbirlərini camaatın eşitməsi üçün təkrar edirdi. Allah Elçisi ﷺ bizə nəzər yetirdikdə ayaqüstə namaz qıldığımızı gördü və oturmamız üçün işarə etdi, biz də oturub namazımıza oturduğumuz halda davam etdik. Allah Elçisi ﷺ namazda salam verdikdən sonra belə buyurdu: “Siz bir az əvvəl təqribən farslarla romalıların etdiyinə yaxın bir şey etdiniz. Onların padşahları oturduğu halda özləri ayaq üstə dayanarlar. Belə etməyin, imamlarınıza tabe olun. Əgər imam ayaq üstə namaz qılarsa, siz də ayaq üstə namaz qılın. Oturaraq qılarsa, siz də oturaraq qılın”.”

Cabir
SəhihMuslim, 955 (Namaz, 93)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الرُّؤَاسِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ خَلْفَهُ فَإِذَا كَبَّرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَبَّرَ أَبُو بَكْرٍ لِيُسْمِعَنَا. ثُمَّ ذَكَرَ نَحْوَ حَدِيثِ اللَّيْثِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Əbu Bəkr onun arxasında idi. O, təkbir etdikdə Əbu Bəkr bizə eşitdirmək üçün təkbir edirdi... Sonra yuxarıdakı hədis qeyd edilmişdir.”

Cabir
SəhihMuslim, 956 (Namaz, 94)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْمُغِيرَةُ - يَعْنِى الْحِزَامِىَّ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّمَا الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَلاَ تَخْتَلِفُوا عَلَيْهِ فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ. وَإِذَا سَجَدَ فَاسْجُدُوا وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam ona itaət olunması üçündür. Ona müxalif olmayın. O, təkbir etdikdə siz də təkbir edin, o, ruku etdikdə siz də ruku edin. O, “Səmi Alla:hu limən həmidəh” dedikdə siz: “Alla:hummə Rabbənə ləkəl-həmd” deyin. O, səcdə etdikdə siz də səcdə edin. O, oturaraq namaz qılsa, siz də oturaraq namaz qılın”.”

Əbu Hureyra
SəhihMuslim, 957 (Namaz, 95)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 958 (Namaz, 96)

Fəsil 20

Namazda təkbir və digər şeylərdə imamı qabaqlamağın qadağan olması

باب النَّهْىِ عَنْ مُبَادَرَةِ الإِمَامِ بِالتَّكْبِيرِ وَغَيْرِهِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَابْنُ خَشْرَمٍ قَالاَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا يَقُولُ « لاَ تُبَادِرُوا الإِمَامَ إِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا قَالَ وَلاَ الضَّالِّينَ . فَقُولُوا آمِينَ. وَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizi öyrədək belə buyurardı: “İmamı qabaqlamayın. O, təkbir etdikdə siz də təkbir edin, o “Valəddallin” dedikdə siz “Amin” deyin. O, ruku etdikdə siz də ruku edin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Alla:hummə Rabbənə ləkəl-həmd” deyin”.”

Əbu Hureyra
SəhihMuslim, 959 (Namaz, 97)

حَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ - عَنْ سُهَيْلِ بْنِ أَبِى صَالِحٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِنَحْوِهِ إِلاَّ قَوْلَهُ « وَلاَ الضَّالِّينَ. فَقُولُوا آمِينَ ». وَزَادَ « وَلاَ تَرْفَعُوا قَبْلَهُ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “o “Valədda:lli:n” dedikdə siz “Amin” deyin” hissəsi qeyd edilməmişdir. Həmçinin “ondan qabaq dikəlməyin” cümləsi qeyd edilmişdir.”

Əbu Hureyra
SəhihMuslim, 960 (Namaz, 98)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ ح وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنْ يَعْلَى - وَهُوَ ابْنُ عَطَاءٍ - سَمِعَ أَبَا عَلْقَمَةَ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا الإِمَامُ جُنَّةٌ فَإِذَا صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ. فَإِذَا وَافَقَ قَوْلُ أَهْلِ الأَرْضِ قَوْلَ أَهْلِ السَّمَاءِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam qalxandır. O, oturaraq namaz qılsa, siz də oturaraq namaz qılın. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Alla:hummə Rabbənə ləkəl-həmd” deyin. Yer üəhlindən kimin sözü göy əhlinin (mələklərin) sözü ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihMuslim, 961 (Namaz, 99)

حَدَّثَنِى أَبُو الطَّاهِرِ حَدَّثَنَا ابْنُ وَهْبٍ عَنْ حَيْوَةَ أَنَّ أَبَا يُونُسَ مَوْلَى أَبِى هُرَيْرَةَ حَدَّثَهُ قَالَ سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ. وَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا وَإِذَا صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا أَجْمَعُونَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam ona itaət olunması üçündür. O, təkbir etdikdə siz də təkbir edin, o, ruku etdikdə siz də ruku edin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Alla:hummə Rabbənə ləkəl-həmd” deyin. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın”.”

Əbu Hureyra
SəhihMuslim, 962 (Namaz, 100)

Fəsil 21

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

باب اسْتِخْلاَفِ الإِمَامِ إِذَا عَرَضَ لَهُ عُذْرٌ مِنْ مَرَضٍ وَسَفَرٍ وَغَيْرِهِمَا مَنْ يُصَلِّى بِالنَّاسِ وَأَنَّ مَنْ صَلَّى خَلْفَ إِمَامٍ جَالِسٍ لِعَجْزِهِ عَنِ الْقِيَامِ لَزِمَهُ الْقِيَامُ إِذَا قَدَرَ عَلَيْهِ وَنَسْخِ الْقُعُودِ خَلْفَ الْقَاعِدِ فِى حَقِّ مَنْ قَدَرَ عَلَى الْقِيَامِ.

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ يُونُسَ حَدَّثَنَا زَائِدَةُ حَدَّثَنَا مُوسَى بْنُ أَبِى عَائِشَةَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ لَهَا أَلاَ تُحَدِّثِينِى عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بَلَى ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». فَقُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. قَالَتْ وَالنَّاسُ عُكُوفٌ فِى الْمَسْجِدِ يَنْتَظِرُونَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةِ الْعِشَاءِ الآخِرَةِ - قَالَتْ - فَأَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِى بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَأَتَاهُ الرَّسُولُ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّىَ بِالنَّاسِ . فَقَالَ أَبُو بَكْرٍ وَكَانَ رَجُلاً رَقِيقًا يَا عُمَرُ صَلِّ بِالنَّاسِ. قَالَ فَقَالَ عُمَرُ أَنْتَ أَحَقُّ بِذَلِكَ. قَالَتْ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ثُمَّ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ وَأَبُو بَكْرٍ يُصَلِّى بِالنَّاسِ فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ لاَ يَتَأَخَّرَ وَقَالَ لَهُمَا « أَجْلِسَانِى إِلَى جَنْبِهِ ». فَأَجْلَسَاهُ إِلَى جَنْبِ أَبِى بَكْرٍ وَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى وَهُوَ قَائِمٌ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ. قَالَ عُبَيْدُ اللَّهِ فَدَخَلْتُ عَلَى عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ فَقُلْتُ لَهُ أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِى عَائِشَةُ عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ هَاتِ. فَعَرَضْتُ حَدِيثَهَا عَلَيْهِ فَمَا أَنْكَرَ مِنْهُ شِيْئًا غَيْرَ أَنَّهُ قَالَ أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِى كَانَ مَعَ الْعَبَّاسِ قُلْتُ لاَ. قَالَ هُوَ عَلِىٌّ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ demişdir: “Mən Aişənin yanına gəlib ondan soruşdum: “Mənə Allah Elçisinin ﷺ xəstəliyi haqda danışa bilərsən?” O dedi: “Bəli, Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı vaxt belə buyurdu: “İnsanlar namazı qıldılarmı?” Biz dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin huşunu itirdi. Ayıldıqda soruşdu: “İnsanlar namazı qıldılarmı?” Biz yenə dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin yenə huşunu itirdi. Sonra ayıldıqda, yenidən: “İnsanlar namazı qıldılarmı?” deyə soruşdu. Biz dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin huşunu itirdi. Sonra o, yenə ayıldıqda: “İnsanlar namazı qıldılarmı?”- deyə soruşdu, biz yenə: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”- deyə cavab verdik”. Aişə belə buyurdu: “İnsanlar məsciddə oturub Allah Elçisini İşa namazını qılmaq üçün gözləyirdilər. Allah Elçisi ﷺ Əbu Bəkrin yanına insanlara namazı qıldırmasını söyləmək üçün adam göndərdi. O, Əbu Bəkrin yanına gələrək Allah Elçisinin ﷺ ona insanlara namaz qıldırmağı əmr etdiyini söylədi. Əbu Bəkr ürəyiyumşaq bir insan idi. O, Ömərə: “Ey Ömər, insanlara sən namaz qıldır”- dedikdə, Ömər dedi: “Xeyr, bu sənin haqqındır”. Aişə deyir: “O günlər insanlara namazları Əbu Bəkr qıldırdı. Sonra Allah Elçisi ﷺ canının bir az yaxşılaşdığını hiss etdi və biri Abbas olmaqla iki kişinin arasında Zöhr namazına çıxdı. Əbu Bəkr insanlara namazı qıldırırdı. Elə ki, Allah Elçisini ﷺ gördü, geri çəkilmək istədi. Allah Elçisi ona əli ilə geri çəkilməməsi üçün işarə etdi. O, iki kişiyə: “Məni onun yanında oturdun”- deyə buyurdu. Onu Əbu Bəkrin yanında oturtdular. Allah Elçisi ﷺ oturduğu halda, Əbu Bəkr ayaq üstə Allah Elçisinin ﷺ namazı ilə, insanlar da Əbu Bəkrin namazı ilə namaz qıldılar”. Ubeydullah deyir: “Mən Abdullah ibn Abbasın yanına getdim və ondan soruşdum: “Sənə Aişənin Allah Elçisinin ﷺ xəstəliyi haqda mənə rəvayət etdiyini danışımmı?” O dedi: “Danış”. Mən ona danışdıqda o heç bir şey inkar etmədi, sadəcə belə soruşdu: “O sənə Abbasla bərabər olan ikinci kişinin kim olduğunu söylədimi?” Mən: “Xeyr!”- deyə cavab verdim. İbn Abbas dedi: “O, Əli idi!””

Ubeydullah ibn Abdullah
SəhihMuslim, 963 (Namaz, 101)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَاللَّفْظُ لاِبْنِ رَافِعٍ - قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ قَالَ قَالَ الزُّهْرِىُّ وَأَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ قَالَتْ أَوَّلُ مَا اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِ مَيْمُونَةَ فَاسْ تَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِهَا وَأَذِنَّ لَهُ - قَالَتْ - فَخَرَجَ وَيَدٌ لَهُ عَلَى الْفَضْلِ بْنِ عَبَّاسٍ وَيَدٌ لَهُ عَلَى رَجُلٍ آخَرَ وَهُوَ يَخُطُّ بِرِجْلَيْهِ فِى الأَرْضِ. فَقَالَ عُبَيْدُ اللَّهِ فَحَدَّثْتُ بِهِ ابْنَ عَبَّاسٍ فَقَالَ أَتَدْرِى مَنِ الرَّجُلُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ هُوَ عَلِىٌّ.

“Ubeydullah ibn Abdullah ibn Utbə ﵀ rəvayət edir ki, Aişə mənə bunları xəbər verdi: “Allah Elçisi ﷺ ilk dəfə Məymunənin evində xəstələndi və mənim evimdə ona qulluq etməyim üçün zövcələrindən izin istədi. Onlar da Allah Elçisinə ﷺ izin verdilər. Allah Elçisi ﷺ bir qolu Fədl ibn Abbasın, bir qolu da digər bir kişinin çiynində ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah deyir: “Mən Aişənin söylədiklərini İbn Abbasa danışdım. İbn Abbas dedi: “Aişənin adını çəkmədiyi o kişinin kim olduğunu bilirsənmi? O, Əli idi”.”

Ubeydullah ibn Abdullah ibn Utbə
SəhihMuslim, 964 (Namaz, 102)

حَدَّثَنِى عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى قَالَ حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ بِهِ وَجَعُهُ اسْتَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِى فَأَذِنَّ لَهُ فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ فِى الأَرْضِ بَيْنَ عَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ وَبَيْنَ رَجُلٍ آخَرَ. قَالَ عُبَيْدُ اللَّهِ فَأَخْبَرْتُ عَبْدَ اللَّهِ بِالَّذِى قَالَتْ عَائِشَةُ فَقَالَ لِى عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ هَلْ تَدْرِى مَنِ الرَّجُلُ الآخَرُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ قَالَ قُلْتُ لاَ. قَالَ ابْنُ عَبَّاسٍ هُوَ عَلِىٌّ.

“Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsud ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşaraq şiddətləndikdə mənim evimdə qulluq olunmaq üçün zövcələrindən izin istədi. Onlar da izin verdilər. Sonra Allah Elçisi ﷺ iki kişinin – Abbas ibn Abdul-Muttalib və başqa birinin arasında, ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah deyir: “Mən Aişənin söylədiklərini Abdullaha danışdım. Abdullah ibn Abbas mənə dedi: “Aişənin adını çəkmədiyi o kişinin kim olduğunu bilirsənmi?” Mən dedim: “Xeyr”. İbn Abbas dedi: “O, Əli idi”.”

Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsud
SəhihMuslim, 965 (Namaz, 103)

حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ قَالَ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَقَدْ رَاجَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى ذَلِكَ وَمَا حَمَلَنِى عَلَى كَثْرَةِ مُرَاجَعَتِهِ إِلاَّ أَنَّهُ لَمْ يَقَعْ فِى قَلْبِى أَنْ يُحِبَّ النَّاسُ بَعْدَهُ رَجُلاً قَامَ مَقَامَهُ أَبَدًا وَإِلاَّ أَنِّى كُنْتُ أَرَى أَنَّهُ لَنْ يَقُومَ مَقَامَهُ أَحَدٌ إِلاَّ تَشَاءَمَ النَّاسُ بِهِ فَأَرَدْتُ أَنْ يَعْدِلَ ذَلِكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَبِى بَكْرٍ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Vallahi, mən Allah Elçisinə ﷺ Əbu Bəkrin imam olmaması xüsusunda müraciət etdim. Məni buna sövq edən yeganə səbəb Allah Elçisinin ﷺ məqamını ötərək kiminsə insanların sevə biləcəyini hövsələmin qəbul etməməsi və onun yerinə keçən adamın insanların uğursuz sayacaqları fikrində olmağımdır. Elə bu səbəblə mən Allah Elçisinin ﷺ Əbu Bəkri seçməyindən vaz keçməsini istədim”.”

Aişə
SəhihMuslim, 966 (Namaz, 104)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَاللَّفْظُ لاِبْنِ رَافِعٍ - قَالَ عَبْدٌ أَخْبَرَنَا وَقَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا مَعْمَرٌ قَالَ الزُّهْرِىُّ وَأَخْبَرَنِى حَمْزَةُ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتِى قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ إِذَا قَرَأَ الْقُرْآنَ لاَ يَمْلِكُ دَمْعَهُ فَلَوْ أَمَرْتَ غَيْرَ أَبِى بَكْرٍ. قَالَتْ وَاللَّهِ مَا بِى إِلاَّ كَرَاهِيَةُ أَنْ يَتَشَاءَمَ النَّاسُ بِأَوَّلِ مَنْ يَقُومُ فِى مَقَامِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ فَرَاجَعْتُهُ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا فَقَالَ « لِيُصَلِّ بِالنَّاسِ أَبُو بَكْرٍ فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim evimə girdiyi vaxt dedi: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Mən dedim: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, Quran oxuduqda göz yaşlarını saxlaya bilməyəcək. Bunu Əbu Bəkrdən başqasına əmr et”. Aişə deyir: “Allaha and olsun, içimdə Allah Elçisinin ﷺ yerinə keçəcək ilk adam haqda insanların pis şey fikirləşəcəklərindən başqa bir şey yox idi. Ona görə Allah Elçisinə ﷺ iki və ya üç dəfə müraciət etdim. Allah Elçisi ﷺ buyurdu: “Camaata Əbu Bəkr namaz qıldırsın! Siz Yusufa gözü düşən qadınlar kimisiniz”.”

Aişə
SəhihMuslim, 967 (Namaz, 105)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ إِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ. فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ. فَقَالَتْ لَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ. مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَأَمَرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ - قَالَتْ - فَلَمَّا دَخَلَ فِى الصَّلاَةِ وَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ وَرِجْلاَهُ تَخُطَّانِ فِى الأَرْضِ - قَالَتْ - فَلَمَّا دَخَلَ الْمَسْجِدَ سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ ذَهَبَ يَتَأَخَّرُ فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُمْ مَكَانَكَ. فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ - قَالَتْ - فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ جَالِسًا وَأَبُو بَكْرٍ قَائِمًا يَقْتَدِى أَبُو بَكْرٍ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَقْتَدِى النَّاسُ بِصَلاَةِ أَبِى بَكْرٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal namaza icazə almaq üçün gəldi. Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Mən dedim: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr səsi zəif adamdı. O sənin yerində durduqda insanlar onu eşidə bilməyəcəklər. Bəlkə əmr edəsən, namazı Ömər qıldırsın?” Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın?” Mən Həfsaya dedim: “Allah Elçisinə ﷺ de ki, “Əbu Bəkr səsi zəif adamdı. O sənin yerində durduqda insanlar onu eşidə bilməyəcəklər. Bəlkə əmr edəsən, namazı Ömər qıldırsın?” O da bunları Allah Elçisinə ﷺ dedi. Allah Elçisi ﷺ buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın?” Camaata namaz qıldırması üçün Əbu Bəkrə əmr etdilər, o da camaata namaz qıldırdı. O, namaza başladıqda Allah Elçisi ﷺ özündə yüngüllük hiss edib iki nəfərin arasında ayağa durdu. Ayaqları yerlə sürünürdü. Məscidə girdiyi vaxt Əbu Bəkr onun ayaq səsini eşitdi və geri çəkilməyə başladı, lakin Allah Elçisi ﷺ ona: “Yerində qal!” deyə işarə etdi. Allah Elçisi ﷺ irəliləyərək Əbu Bəkrin sol tərəfində oturdu. Allah Elçisi ﷺ camaata oturduğu yerdə namaz qıldırırdı. Əbu Bəkr Peyğəmbərin ﷺ namazına, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
SəhihMuslim, 968 (Namaz, 106)

حَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِىُّ أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ وَفِى حَدِيثِهِمَا لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى تُوُفِّىَ فِيهِ. وَفِى حَدِيثِ ابْنِ مُسْهِرٍ فَأُتِىَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أُجْلِسَ إِلَى جَنْبِهِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ وَأَبُو بَكْرٍ يُسْمِعُهُمُ التَّكْبِيرَ. وَفِى حَدِيثِ عِيسَى فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ إِلَى جَنْبِهِ وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə aşağıdakı əlavələr var: “Allah Elçisi ﷺ vəfat edəcəyi xəstəliyə tutulduqda...”, “Allah Elçisini ﷺ gətirdilər və Əbu Bəkrin yanında oturtdular. Peyğəmbər ﷺ camaata namaz qıldırır, Əbu Bəkr də onlara təkbiri eşitdirirdi...”, “Allah Elçisi ﷺ oturaraq namaz qıldırır, Əbu Bəkr də onun yanında təkbirləri camaata eşitdirirdi”.”

Aişə
SəhihMuslim, 969 (Namaz, 107)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ عَنْ هِشَامٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ - وَأَلْفَاظُهُمْ مُتَقَارِبَةٌ - قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فِى مَرَضِهِ فَكَانَ يُصَلِّى بِهِمْ. قَالَ عُرْوَةُ فَوَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً فَخَرَجَ وَإِذَا أَبُو بَكْرٍ يَؤُمُّ النَّاسَ فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ اسْتَأْخَرَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَىْ كَمَا أَنْتَ فَجَلَسَ رَسُولُ اللَّهِ حِذَاءَ أَبِى بَكْرٍ إِلَى جَنْبِهِ. فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndikdə əmr etdi ki, camaata namazı Əbu Bəkr qıldırsın. Əbu Bəkr də camaata namaz qıldırırdı. Allah Elçisi ﷺ özündə bir yüngüllük hiss etdikdə evindən çıxdı. Əbu Bəkr camaata imamlıq etdiyi vaxt Allah Elçisini gördükdə geri çəkilmək istədi, lakin Allah Elçisi ﷺ ona “Sən yerində qal” deyə işarə etdi. Sonra Allah Elçisi ﷺ Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr Allah Elçisinin ﷺ namazına, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
SəhihMuslim, 970 (Namaz, 108)

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَحَسَنٌ الْحُلْوَانِىُّ وَعَبْدُ بْنُ حُمَيْدٍ - قَالَ عَبْدٌ أَخْبَرَنِى وَقَالَ الآخَرَانِ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ - وَحَدَّثَنِى أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ أَبَا بَكْرٍ كَانَ يُصَلِّى لَهُمْ فِى وَجَعِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى تُوُفِّىَ فِيهِ حَتَّى إِذَا كَانَ يَوْمُ الاِثْنَيْنِ - وَهُمْ صُفُوفٌ فِى الصَّلاَةِ - كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِتْرَ الْحُجْرَةِ فَنَظَرَ إِلَيْنَا وَهُوَ قَائِمٌ كَأَنَّ وَجْهَهُ وَرَقَةُ مُصْحَفٍ. ثُمَّ تَبَسَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَاحِكًا - قَالَ - فَبُهِتْنَا وَنَحْنُ فِى الصَّلاَةِ مِنْ فَرَحٍ بِخُرُوجِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَكَصَ أَبُو بَكْرٍ عَلَى عَقِبَيْهِ لِيَصِلَ الصَّفَّ وَظَنَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجٌ لِلصَّلاَةِ فَأَشَارَ إِلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ أَنْ أَتِمُّوا صَلاَتَكُمْ - قَالَ - ثُمَّ دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْخَى السِّتْرَ - قَالَ - فَتُوُفِّىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ يَوْمِهِ ذَلِكَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulanda Əbu Bəkr onlara namaz qıldırırdı. Bazar ertəsi onlar namazda cərgədə olarkən Allah Elçisi ﷺ otağın pərdəsini açaraq ayaq üstə bizə baxdı. Onun üzü yarpaq səhifəsinin vərəqi kimi idi. Sonra Allah Elçisi ﷺ gülümsəyərək təbəssüm etdi. Ənəs deyir: “Biz namazda ikən Allah Elçisinin ﷺ otağından çıxmasının gətirdiyi sevinc səbəbi ilə heyrətə düşdük. Əbu Bəkr geri çəkilərək cərgəyə qoşulmaq istədi. O, Allah Elçisinin ﷺ namaz üçün çıxdığını zənn etmişdi. Allah Elçisi ﷺ: “Namazınızı tamamlayın!”- deyə işarə etdi, sonra otağına girdi və pərdəni örtdü. Allah Elçisi ﷺ elə həmin gün vəfat etdi”.”

Ənəs ibn Malik
SəhihMuslim, 971 (Namaz, 109)

وَحَدَّثَنِيهِ عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ أَنَسٍ قَالَ آخِرُ نَظْرَةٍ نَظَرْتُهَا إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَشَفَ السِّتَارَةَ يَوْمَ الاِثْنَيْنِ بِهَذِهِ الْقِصَّةِ وَحَدِيثُ صَالِحٍ أَتَمُّ وَأَشْبَعُ.

“Ənəs ﵁ “Mənim Allah Elçisini ﷺ son dəfə görməyim bazar ertəsi günü pərdəni açdığı vaxt idi” demiş və yuxarıdakı hədisi rəvayət etmişdir.”

Ənəs
SəhihMuslim, 972 (Namaz, 110)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ قَالَ لَمَّا كَانَ يَوْمُ الاِثْنَيْنِ. بِنَحْوِ حَدِيثِهِمَا.

“Ənəs ﵁ “Bazar ertəsi günü olduqda...” deyərək yuxarıdakı hədisi rəvayət etmişdir.”

Ənəs
SəhihMuslim, 973 (Namaz, 111)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَهَارُونُ بْنُ عَبْدِ اللَّهِ قَالاَ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ لَمْ يَخْرُجْ إِلَيْنَا نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا فَأُقِيمَتِ الصَّلاَةُ فَذَهَبَ أَبُو بَكْرٍ يَتَقَدَّمُ فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحِجَابِ فَرَفَعَهُ فَلَمَّا وَضَحَ لَنَا وَجْهُ نَبِىِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَظَرْنَا مَنْظَرًا قَطُّ كَانَ أَعْجَبَ إِلَيْنَا مِنْ وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ وَضَحَ لَنَا - قَالَ - فَأَوْمَأَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى أَبِى بَكْرٍ أَنْ يَتَقَدَّمَ وَأَرْخَى نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْحِجَابَ فَلَمْ نَقْدِرْ عَلَيْهِ حَتَّى مَاتَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ üç gün otağından bizim yanımıza çıxmadı. Namaz üçün iqamə verildikdə Əbu Bəkr namazda imam durmağa hazırlaşdı, lakin bu vaxt Allahın Peyğəmbəri ﷺ otağının pərdəsini qaldırdı. Bizə Allahın Peyğəmbərinin ﷺ üzü görsəndikdə, elə bir gözəllik oldu ki, biz Peyğəmbərin ﷺ o anda olan gözəlliyi qədər xoşumuza gələn heç bir mənzərə seyr etməmişdik. Allahın Peyğəmbəri ﷺ əli ilə Əbu Bəkrin irəli keçməsinə işarə etdi və pərdəni aşağı saldı. Biz Peyğəmbər ﷺ vəfat edənə qədər bir daha onu görmədik”.”

Ənəs
SəhihMuslim, 974 (Namaz, 112)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَدَّ مَرَضُهُ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». فَقَالَتْ عَائِشَةُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَقَالَ « مُرِى أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ». قَالَ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ حَيَاةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Aişə dedi: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, sənin yerində keçdikdə camaata namaz qıldıra bilməyəcək”. Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın. Siz Yusufa gözü düşən qadınlar kimisiniz”. Əbu Bəkr də Allah Elçisi ﷺ hələ sağ ikən onlara namaz qıldırdı”.”

Əbu Musa
SəhihMuslim, 975 (Namaz, 113)

Fəsil 22

İmam gecikəndə fəsadın baş verməyəcəyi təqdirdə öz yerinə bir nəfəri imam təyin etməsi

باب تَقْدِيمِ الْجَمَاعَةِ مَنْ يُصَلِّى بِهِمْ إِذَا تَأَخَّرَ الإِمَامُ وَلَمْ يَخَافُوا مَفْسَدَةً بِالتَّقْدِيمِ

حَدَّثَنِى يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ لِيُصْلِحَ بَيْنَهُمْ فَحَانَتِ الصَّلاَةُ فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِى بَكْرٍ فَقَالَ أَتُصَلِّى بِالنَّاسِ فَأُقِيمُ قَالَ نَعَمْ. قَالَ فَصَلَّى أَبُو بَكْرٍ فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ فِى الصَّلاَةِ فَتَخَلَّصَ حَتَّى وَقَفَ فِى الصَّفِّ فَصَفَّقَ النَّاسُ - وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِى الصَّلاَةِ - فَلَمَّا أَكْثَرَ النَّاسُ التَّصْفِيقَ الْتَفَتَ فَرَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِ امْكُثْ مَكَانَكَ فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ عَلَى مَا أَمَرَهُ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ ثُمَّ اسْتَأْخَرَ أَبُو بَكْرٍ حَتَّى اسْتَوَى فِى الصَّفِّ وَتَقَدَّمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ثُمَّ انْصَرَفَ فَقَالَ « يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تَثْبُتَ إِذْ أَمَرْتُكَ ». قَالَ أَبُو بَكْرٍ مَا كَانَ لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لِى رَأَيْتُكُمْ أَكْثَرْتُمُ التَّصْفِيقَ مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيُسَبِّحْ فَإِنَّهُ إِذَا سَبَّحَ الْتُفِتَ إِلَيْهِ وَإِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ».

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onların arasını düzətmək üçün Bəni Amr ibn Auf tayfasına getdi. Namazın vaxtı yetişdikdə müəzzin Əbu Bəkrin yanına gəldi və dedi: “Camaata namaz qıldıra bilərsən? Mən də iqamə verim”. Əbu Bəkr: “Bəli”- dedi və namaz qıldırmağa başladı. Camaat namazda olduqda Allah Elçisi ﷺ gəldi və cərgələri yara-yara birinci cərgədə durdu. Camaat da Əbu Bəkrə bildirmək üçün əl çırpmağa başladılar. Əbu Bəkr namazda bunu eşitmədi. Camaat çoxlu əl çaldıqda Əbu Bəkr Allah Elçisini ﷺ gördü və geriyə çəkilmək istədi, lakin Allah Elçisi ﷺ ona: “Yerində qal!”- deyə işarə etdi. Əbu Bəkr də Allah Elçisinin ﷺ bu əmrinə görə Allaha ﷿ həmd etdikdən sonra geri çəkilərək cərgədə durdu. Peyğəmbər ﷺ irəli gedərək namazı qıldırdı. Namazı bitirdikdən sonra Peyğəmbər ﷺ belə buyurdu: “Ey Əbu Bəkr, mən yerində qalmağını əmr etdiyim halda sənə bunu etməyə nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Kuhafənin oğluna Allah Elçisinin ﷺ qarşısında durub namaz qıldırmaq yaraşmaz”. Allah Elçisi ﷺ camaata buyurdu: “Sizin bu qədər çox əl çırpmağınız nəyə görə idi? Kim namazında bir əngəl hiss edərsə, Allahı təsbih etsin (“Subhən-Allah” desin). O, təsbih etdiyi vaxt ona diqqət yönəlir. Əl çırpmaq isə yalnız qadınlara aiddir”.”

Səhl ibn Səd əs-Səidi
SəhihMuslim, 976 (Namaz, 114)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى ابْنَ أَبِى حَازِمٍ - وَقَالَ قُتَيْبَةُ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْقَارِىُّ - كِلاَهُمَا عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ بِمِثْلِ حَدِيثِ مَالِكٍ. وَفِى حَدِيثِهِمَا فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ وَرَجَعَ الْقَهْقَرَى وَرَاءَهُ حَتَّى قَامَ فِى الصَّفِّ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə deyilir: “Əbu Bəkr əllərini qaldıraraq Allaha həmd etdi və birinci cərgəyə qoşulana qədər arxaya doğru gerilədi”.”

Səhl ibn Səd əs-Səidi
SəhihMuslim, 977 (Namaz, 115)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ بَزِيعٍ أَخْبَرَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ قَالَ ذَهَبَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَ بَنِى عَمْرِو بْنِ عَوْفٍ. بِمِثْلِ حَدِيثِهِمْ وَزَادَ فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَقَ الصُّفُوفَ حَتَّى قَامَ عِنْدَ الصَّفِّ الْمُقَدَّمِ. وَفِيهِ أَنَّ أَبَا بَكْرٍ رَجَعَ الْقَهْقَرَى.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu rəvayətdə deyilir: “Allah Elçisi ﷺ gəlib cərgələrin arasından keçib birinci cərgədə durdu”. Həmçinin bu hədisdə “Əbu Bəkr arxaya doğru gerilədi” cümləsi də var.”

Səhl ibn Səd əs-Səidi
SəhihMuslim, 978 (Namaz, 116)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ وَحَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ جَمِيعًا عَنْ عَبْدِ الرَّزَّاقِ قَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ حَدَّثَنِى ابْنُ شِهَابٍ عَنْ حَدِيثِ عَبَّادِ بْنِ زِيَادٍ أَنَّ عُرْوَةَ بْنَ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ أَخْبَرَهُ أَنَّ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ أَخْبَرَهُ أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَبُوكَ - قَالَ الْمُغِيرَةُ - فَتَبَرَّزَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قِبَلَ الْغَائِطِ فَحَمَلْتُ مَعَهُ إِدَاوَةً قَبْلَ صَلاَةِ الْفَجْرِ فَلَمَّا رَجَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَىَّ أَخَذْتُ أُهَرِيقُ عَلَى يَدَيْهِ مِنَ الإِدَاوَةِ وَغَسَلَ يَدَيْهِ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ غَسَلَ وَجْهَهُ ثُمَّ ذَهَبَ يُخْرِجُ جُبَّتَهُ عَنْ ذِرَاعَيْهِ فَضَاقَ كُمَّا جُبَّتِهِ فَأَدْخَلَ يَدَيْهِ فِى الْجُبَّةِ حَتَّى أَخْرَجَ ذِرَاعَيْهِ مِنْ أَسْفَلِ الْجُبَّةِ. وَغَسَلَ ذِرَاعَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثُمَّ تَوَضَّأَ عَلَى خُفَّيْهِ ثُمَّ أَقْبَلَ - قَالَ الْمُغِيرَةُ - فَأَقْبَلْتُ مَعَهُ حَتَّى نَجِدُ النَّاسَ قَدْ قَدَّمُوا عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ فَصَلَّى لَهُمْ فَأَدْرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى الرَّكْعَتَيْنِ فَصَلَّى مَعَ النَّاسِ الرَّكْعَةَ الآخِرَةَ فَلَمَّا سَلَّمَ عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُتِمُّ صَلاَتَهُ فَأَفْزَعَ ذَلِكَ الْمُسْلِمِينَ فَأَكْثَرُوا التَّسْبِيحَ فَلَمَّا قَضَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَهُ أَقْبَلَ عَلَيْهِمْ ثُمَّ قَالَ « أَحْسَنْتُمْ ». أَوْ قَالَ « قَدْ أَصَبْتُمْ ». يَغْبِطُهُمْ أَنْ صَلَّوُا الصَّلاَةَ لِوَقْتِهَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə Allah Elçisi ﷺ ilə Təbuk döyüşündə iştirak etmişdi. Muğira deyir: “Allah Elçisi ﷺ ayaqyoluna çıxdı. Mən Sübh namazından qabaq onun üçün bir qabda su apardım. Allah Elçisi ﷺ yanıma qayıtdıqda qabdan onun əlinə su tökməyə başladım. O, əllərini biləklərə kimi üç dəfə yudu, sonra üzünü yudu. Sonra qollarını cübbəsindən çıxarmaq istədi, lakin cübbəsi dar olduğundan qollarını cübəsinin altına saldı. Nəhayət, qollarını cübbəsinin altından çıxartdı və qollarını dirsəklərə kimi yudu. Sonra ayaqlarına xufların üzərindən məsh çəkdi və geriyə qayıtdı. Mən də camaata çatana kimi onunla birlikdə gəldim. Onlar Abdur-Rahmən ibn Aufu imam qoymuşdular və camaata namazı o qıldırırdı. Allah Elçisi ﷺ rükətlərdən birinə çatdı və camaatla birgə axırıncı rükəti qıldı. Abdur-Rahmən ibn Auf namazı bitirərək salam verdikdə Allah Elçisi ﷺ ayağa qalxaraq namazı tamamlamağa başladı. Bu, camaatı təlaşa saldı və onlar çoxlu sayda “Subhən-Allah” deməyə başladılar. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra onlara tərəf döndü və belə dedi: “Yaxşı etdiniz” (və ya “Düzgün etdiniz”) deyə onların namazı vaxtında qılmalarına qibtə edirdi”.”

Muğira ibn Şubə
SəhihMuslim, 979 (Namaz, 117)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَالْحُلْوَانِىُّ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ عَنِ ابْنِ جُرَيْجٍ حَدَّثَنِى ابْنُ شِهَابٍ عَنْ إِسْمَاعِيلَ بْنِ مُحَمَّدِ بْنِ سَعْدٍ عَنْ حَمْزَةَ بْنِ الْمُغِيرَةِ نَحْوَ حَدِيثِ عَبَّادٍ قَالَ الْمُغِيرَةُ فَأَرَدْتُ تَأْخِيرَ عَبْدِ الرَّحْمَنِ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « دَعْهُ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə belə bir əlavə var: “Muğira dedi: “Mən Abdur-Rahməni geriyə çəkmək istədim, lakin Peyğəmbər ﷺ: “Onu burax!”, dedi”.”

Muğira ibn Şubə
SəhihMuslim, 980 (Namaz, 118)

Fəsil 23

Namazda bir şey olduqda kişinin təsbih deməsi, qadının isə əl çırpması

باب تَسْبِيحِ الرَّجُلِ وَتَصْفِيقِ الْمَرْأَةِ إِذَا نَابَهُمَا شَىْءٌ فِى الصَّلاَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ح

“Növbəti hədisin sənədlərindəndir.”

Əbu Hureyra
SəhihMuslim, 981 (Namaz, 119)

وَحَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَحَرْمَلَةُ بْنُ يَحْيَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّهُمَا سَمِعَا أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ ». زَادَ حَرْمَلَةُ فِى رِوَايَتِهِ قَالَ ابْنُ شِهَابٍ وَقَدْ رَأَيْتُ رِجَالاً مِنْ أَهْلِ الْعِلْمِ يُسَبِّحُونَ وَيُشِيرُونَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Namazda bir şey olduqda imama bildirmək üçün) təsbih demək kişilərə, əl çırpmaq isə qadınlara aiddir”. Ravi İbn Şihab dedi: “Mən bir çox alim gördüm ki, (namazda bir şey olduqda) həm təsbih, həm də işarə edirdilər”.”

Əbu Hureyra
SəhihMuslim, 982 (Namaz, 120)

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْفُضَيْلُ يَعْنِى ابْنَ عِيَاضٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ كُلُّهُمْ عَنِ الأَعْمَشِ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 983 (Namaz, 121)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. بِمِثْلِهِ وَزَادَ « فِى الصَّلاَةِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin burada deyilir: “Namazda...”.”

Əbu Hureyra
SəhihMuslim, 984 (Namaz, 122)

Fəsil 24

Namazı gözəl, tam və xuşu ilə qılmağın əmr edilməsi

باب الأَمْرِ بِتَحْسِينِ الصَّلاَةِ وَإِتْمَامِهَا وَالْخُشُوعِ فِيهَا

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ الْهَمْدَانِىُّ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الْوَلِيدِ - يَعْنِى ابْنَ كَثِيرٍ - حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ الْمَقْبُرِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَيَوْمًا ثُمَّ انْصَرَفَ فَقَالَ « يَا فُلاَنُ أَلاَ تُحْسِنُ صَلاَتَكَ أَلاَ يَنْظُرُ الْمُصَلِّى إِذَا صَلَّى كَيْفَ يُصَلِّى فَإِنَّمَا يُصَلِّى لِنَفْسِهِ إِنِّى وَاللَّهِ لأُبْصِرُ مَنْ وَرَائِى كَمَا أُبْصِرُ مَنْ بَيْنَ يَدَىَّ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı, sonra da çevrilib belə buyurdu: “Ey filankəs, namazını nə üçün yaxşı qılmırsan? Namaz qılan necə namaz qıldığına baxmırmı? O, yalnız özü üçün namaz qılır. Allaha and olsun, mən arxamda olanı önümdə olanı gördüyüm kimi görürəm”.”

Əbu Hureyra
SəhihMuslim, 985 (Namaz, 123)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « هَلْ تَرَوْنَ قِبْلَتِى هَا هُنَا فَوَاللَّهِ مَا يَخْفَى عَلَىَّ رُكُوعُكُمْ وَلاَ سُجُودُكُمْ إِنِّى لأَرَاكُمْ وَرَاءَ ظَهْرِى ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Siz mənim qibləmi bu tərəfə doğru görürsünüz? Allaha and olsun, mənə sizin nə rukunuz, nə də səcdəniz gizli qalır. Mən sizi arxamda da görürəm”.”

Əbu Hureyra
SəhihMuslim, 986 (Namaz, 124)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَقِيمُوا الرُّكُوعَ وَالسُّجُودَ فَوَاللَّهِ إِنِّى لأَرَاكُمْ مِنْ بَعْدِى - وَرُبَّمَا قَالَ مِنْ بَعْدِ ظَهْرِى - إِذَا رَكَعْتُمْ وَسَجَدْتُمْ ».

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Rukunu və səcdələri düz edin. Allaha and olsun, mən sizi arxamda (kürəyimin arxasında) ruku və səcdə etdiyiniz vaxt görürəm”.”

Ənəs ibn Malik
SəhihMuslim, 987 (Namaz, 125)

حَدَّثَنِى أَبُو غَسَّانَ الْمِسْمَعِىُّ حَدَّثَنَا مُعَاذٌ - يَعْنِى ابْنَ هِشَامٍ - حَدَّثَنِى أَبِى ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ كِلاَهُمَا عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ أَنَّ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَتِمُّوا الرُّكُوعَ وَالسُّجُودَ فَوَاللَّهِ إِنِّى لأَرَاكُمْ مِنْ بَعْدِ ظَهْرِى إِذَا مَا رَكَعْتُمْ وَإِذَا مَا سَجَدْتُمْ ». وَفِى حَدِيثِ سَعِيدٍ « إِذَا رَكَعْتُمْ وَإِذَا سَجَدْتُمْ ».

“Ənəs ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Rukunu və səcdələri tam edin. Allaha and olsun, mən sizi kürəyimin arxasında ruku etdiyinizdə də, səcdə etdiyinizdə də görürəm”. Ravi Səidin hədisində deyilir: “Ruku və səcdə etdiyiniz vaxt”.”

Ənəs
SəhihMuslim, 988 (Namaz, 126)

Fəsil 25

Ruku, səcdə və digər əməlləri imamdan qabaq etməyin qadağan olması

باب النَّهْىِ عَنْ سَبْقِ الإِمَامِ بِرُكُوعٍ أَوْ سُجُودٍ وَنَحْوِهِمَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَلِىُّ بْنُ حُجْرٍ وَاللَّفْظُ لأَبِى بَكْرٍ قَالَ ابْنُ حُجْرٍ أَخْبَرَنَا وَقَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ عَنِ الْمُخْتَارِ بْنِ فُلْفُلٍ عَنْ أَنَسٍ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ فَلَمَّا قَضَى الصَّلاَةَ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنِّى إِمَامُكُمْ فَلاَ تَسْبِقُونِى بِالرُّكُوعِ وَلاَ بِالسُّجُودِ وَلاَ بِالْقِيَامِ وَلاَ بِالاِنْصِرَافِ فَإِنِّى أَرَاكُمْ أَمَامِى وَمِنْ خَلْفِى - ثُمَّ قَالَ - وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَوْ رَأَيْتُمْ مَا رَأَيْتُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا ». قَالُوا وَمَا رَأَيْتَ يَا رَسُولَ اللَّهِ قَالَ « رَأَيْتُ الْجَنَّةَ وَالنَّارَ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Namazı bitirdikdən sonra üzünü bizə çevirib belə buyurdu: “Ey insanlar, mən sizin imamınızam. Məni rukuda, səcdələrdə, qiyamda və namazı bitirməkdə qabaqlamayın. Həqiqətən, mən sizi önümdə də, arxamda da görürəm”. Sonra isə belə buyurdu: “Muhəmmədin canı Əlində Olana and olsun ki, mənim gördüyümü görsəydiniz, az gülüb çox ağlayardınız”. Səhabələr ondan soruşdular: “Nə görmüsən, ey Allahın Elçisi?” O dedi: “Cənnəti və Cəhənnəmi”.”

Ənəs
SəhihMuslim, 989 (Namaz, 127)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا جَرِيرٌ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنِ ابْنِ فُضَيْلٍ جَمِيعًا عَنِ الْمُخْتَارِ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا الْحَدِيثِ وَلَيْسَ فِى حَدِيثِ جَرِيرٍ « وَلاَ بِالاِنْصِرَافِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin yuxarıdakı hədisdə “Dönərək” hissəsi yoxdur.”

Ənəs
SəhihMuslim, 990 (Namaz, 128)

حَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ وَأَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ كُلُّهُمْ عَنْ حَمَّادٍ - قَالَ خَلَفٌ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ - عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ حَدَّثَنَا أَبُو هُرَيْرَةَ قَالَ قَالَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَمَا يَخْشَى الَّذِى يَرْفَعُ رَأْسَهُ قَبْلَ الإِمَامِ أَنْ يُحَوِّلَ اللَّهُ رَأْسَهُ رَأْسَ حِمَارٍ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Muhəmməd ﷺ belə buyurdu: “İmamdan qabaq başını (səcdədən) qaldıran adam Allahın onun başını uzunqulaq başına çevirəcəyindən qorxmurmu?””

Əbu Hureyra
SəhihMuslim, 991 (Namaz, 129)

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ يُونُسَ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا يَأْمَنُ الَّذِى يَرْفَعُ رَأْسَهُ فِى صَلاَتِهِ قَبْلَ الإِمَامِ أَنْ يُحَوِّلَ اللَّهُ صُورَتَهُ فِى صُورَةِ حِمَارٍ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazında imamdan qabaq başını qaldıran kəs Allahın onun surətini uzunqulaq surətinə çevirməyəcəyinə nə ilə əmindir?””

Əbu Hureyra
SəhihMuslim, 992 (Namaz, 130)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَلاَّمٍ الْجُمَحِىُّ وَعَبْدُ الرَّحْمَنِ بْنُ الرَّبِيعِ بْنِ مُسْلِمٍ جَمِيعًا عَنِ الرَّبِيعِ بْنِ مُسْلِمٍ ح وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ ح وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ كُلُّهُمْ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ - صلى الله عليه وسلم- بِهَذَا غَيْرَ أَنَّ فِى حَدِيثِ الرَّبِيعِ بْنِ مُسْلِمٍ « أَنْ يَجْعَلَ اللَّهُ وَجْهَهُ وَجْهَ حِمَارٍ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisin sonunda deyilir: “Allah onun üzünü uzunqulaq üzü edər”.”

Əbu Hureyra
SəhihMuslim, 993 (Namaz, 131)

Fəsil 26

Namazda gözü səmaya dikməyin qadağan olması

باب النَّهْىِ عَنْ رَفْعِ الْبَصَرِ إِلَى السَّمَاءِ فِى الصَّلاَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنِ الْمُسَيَّبِ عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَيَنْتَهِيَنَّ أَقْوَامٌ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِى الصَّلاَةِ أَوْ لاَ تَرْجِعُ إِلَيْهِمْ ».

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazda gözünü səmaya dikən toplum ya bunu tərk edəcək, ya da gözləri onlara geri qayıtmayacaq”.”

Cabir ibn Səmura
SəhihMuslim, 994 (Namaz, 132)

حَدَّثَنِى أَبُو الطَّاهِرِ وَعَمْرُو بْنُ سَوَّادٍ قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ حَدَّثَنِى اللَّيْثُ بْنُ سَعْدٍ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ رَفْعِهِمْ أَبْصَارَهُمْ عِنْدَ الدُّعَاءِ فِى الصَّلاَةِ إِلَى السَّمَاءِ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəzi toplumlar ya namazda dua edərkən gözlərini səmaya dikməyi tərk edəcəklər, ya da gözləri onlara geri qayıtmayacaq”.”

Əbu Hureyra
SəhihMuslim, 995 (Namaz, 133)

Fəsil 27

Namazda sakit olmağın əmr edilməsi, əl ilə salam verərkən əlləri qaldırmağın qadağan edilməsi və ilk cərgəni tamalamağın, cərgələrdə sıx durmağın və cəm olmağın əmr edilməsi

باب الأَمْرِ بَالسُّكُونِ فِى الصَّلاَةِ وَالنَّهْىِ عَنِ الإِشَارَةِ بِالْيَدِ وَرَفْعِهَا عِنْدَ السَّلاَمِ وَإِتْمَامِ الصُّفُوفِ الأُوَلِ وَالتَّرَاصِّ فِيهَا وَالأَمْرِ بِالاِجْتِمَاعِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا لِى أَرَاكُمْ رَافِعِى أَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمْسٍ اسْكُنُوا فِى الصَّلاَةِ ». قَالَ ثُمَّ خَرَجَ عَلَيْنَا فَرَآنَا حَلَقًا فَقَالَ « مَا لِى أَرَاكُمْ عِزِينَ ». قَالَ ثُمَّ خَرَجَ عَلَيْنَا فَقَالَ « أَلاَ تَصُفُّونَ كَمَا تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا ». فَقُلْنَا يَا رَسُولَ اللَّهِ وَكَيْفَ تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا قَالَ « يُتِمُّونَ الصُّفُوفَ الأُوَلَ وَيَتَرَاصُّونَ فِى الصَّفِّ ».

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ yanımıza gələrək buyurdu: “Nəyə görə sizin namazda əllərinizi tərpənən at quyruğu kimi qaldırdığınızı görürəm? Namazda sakit olun!” Sonra başqa bir vaxt yanımıza gəldi və bizim halqalar şəklində oturduğumuzu görərək buyurdu: “Nəyə görə sizi dağınıq camaat şəklində görürəm?” Yenə başqa bir vaxt yanımıza gəlib buyurdu: “Siz mələklərin Rəbləri yanında cərgə tutduqları kimi cərgə tutun!” Biz dedik: “Ey Allahın Elçisi, mələklər Rəbləri yanında necə cərgə tuturlar?” O dedi: “İlk cərgəni tamamlayır və cərgədə sıx dururlar”.”

Cabir ibn Səmura
SəhihMuslim, 996 (Namaz, 134)

وَحَدَّثَنِى أَبُو سَعِيدٍ الأَشَجُّ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ قَالاَ جَمِيعًا حَدَّثَنَا الأَعْمَشُ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir ibn Səmura
SəhihMuslim, 997 (Namaz, 135)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ قَالَ حَدَّثَنَا وَكِيعٌ عَنْ مِسْعَرٍ ح وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا ابْنُ أَبِى زَائِدَةَ عَنْ مِسْعَرٍ حَدَّثَنِى عُبَيْدُ اللَّهِ ابْنُ الْقِبْطِيَّةِ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ كُنَّا إِذَا صَلَّيْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْنَا السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ . وَأَشَارَ بِيَدِهِ إِلَى الْجَانِبَيْنِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « عَلاَمَ تُومِئُونَ بِأَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمُسٍ إِنَّمَا يَكْفِى أَحَدَكُمْ أَنْ يَضَعَ يَدَهُ عَلَى فَخِذِهِ ثُمَّ يُسَلِّمُ عَلَى أَخِيهِ مَنْ عَلَى يَمِينِهِ وَشِمَالِهِ ».

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə namaz qılaraq “əs-Sələ:mu aleykum va rahmətullah, əs-Sələ:mu aleykum va rahmətullah” deyərdik. Bu zaman əl ilə yanımıza işarə edirdik. Allah Elçisi ﷺ buyurdu: “Nəyə görə əllərinizlə tərpənən at quyruğu kimi işarə edirsiniz? Məgər sizdən birinə əlini budunun üzərinə qoymaq kifayət etməzdimi?! Sonra sağ və sol tərəfdə olan qardaşınıza salam versin”.”

Cabir ibn Səmura
SəhihMuslim, 998 (Namaz, 136)

وَحَدَّثَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى عَنْ إِسْرَائِيلَ عَنْ فُرَاتٍ - يَعْنِى الْقَزَّازَ - عَنْ عُبَيْدِ اللَّهِ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكُنَّا إِذَا سَلَّمْنَا قُلْنَا بِأَيْدِينَا السَّلاَمُ عَلَيْكُمْ السَّلاَمُ عَلَيْكُمْ فَنَظَرَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا شَأْنُكُمْ تُشِيرُونَ بِأَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمُسٍ إِذَا سَلَّمَ أَحَدُكُمْ فَلْيَلْتَفِتْ إِلَى صَاحِبِهِ وَلاَ يُومِئْ بِيَدِهِ ».

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namaz qılaraq salam verəndə əlimizlə belə deyirdik: “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum” deyərdik. Allah Elçisi ﷺ bizə nəzər yetirib buyurdu: “Sizə nə olur ki, əllərinizlə tərpənən at quyruğu kimi işarə edirsiniz? Biriniz salam verdikdə yanında olan yoldaşına baxsın. Əli ilə işarə etməsin”.”

Cabir ibn Səmura
SəhihMuslim, 999 (Namaz, 137)

Fəsil 28

Cərgələrin düz olması, ilk cərgənin və ondan sonra növbə ilə cərgələrin fəziləti, ilk cərgədə sıxlıq və önə keçmək üçün yarışmaq, fəzilətli adamları ilk cərgəyə keçirmək və imama yaxınlaşdırmaq

باب تَسْوِيَةِ الصُّفُوفِ وَإِقَامَتِهَا وَفَضْلِ الأَوَّلِ فَالأَوَّلِ مِنْهَا وَالاِزْدِحَامِ عَلَى الصَّفِّ الأَوَّلِ وَالْمُسَابَقَةِ إِلَيْهَا وَتَقْدِيمِ أُولِى الْفَضْلِ وَتَقْرِيبِهِمْ مِنَ الإِمَامِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ وَأَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ التَّيْمِىِّ عَنْ أَبِى مَعْمَرٍ عَنْ أَبِى مَسْعُودٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ مَنَاكِبَنَا فِى الصَّلاَةِ وَيَقُولُ « اسْتَوُوا وَلاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ لِيَلِنِى مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ». قَالَ أَبُو مَسْعُودٍ فَأَنْتُمُ الْيَوْمَ أَشَدُّ اخْتِلاَفًا.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda əlini çiyinlərimizə sürtərək belə deyərdi: “Düz durun! Ayrı durmayın ki, qəlbləriniz də ayrılmasın. Mənim arxamda ağıl sahibləri dursun. Sonrakı cərgədə onların ardınca gələnlər və nəhayət, növbədə olanlar dursun”. Əbu Məsud deyir: “Bu gün isə siz daha dəhşətli bir ayrılıqdasınız”.”

Əbu Məsud
SəhihMuslim, 1000 (Namaz, 138)

وَحَدَّثَنَاهُ إِسْحَاقُ أَخْبَرَنَا جَرِيرٌ ح قَالَ وَحَدَّثَنَا ابْنُ خَشْرَمٍ أَخْبَرَنَا عِيسَى يَعْنِى ابْنَ يُونُسَ ح قَالَ وَحَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Məsud
SəhihMuslim, 1001 (Namaz, 139)

حَدَّثَنَا يَحْيَى بْنُ حَبِيبٍ الْحَارِثِىُّ وَصَالِحُ بْنُ حَاتِمِ بْنِ وَرْدَانَ قَالاَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنِى خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى مَعْشَرٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لِيَلِنِى مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ثُمَّ الَّذِينَ يَلُونَهُمْ - ثَلاَثًا - وَإِيَّاكُمْ وَهَيْشَاتِ الأَسْوَاقِ ».

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mənim arxamda yaşlılar, sonra dərəcə etibarilə onlardan sonra olanlar dursunlar”. Peyğəmbər ﷺ bunu üç dəfə təkrarladı və buyurdu: “Bazarlarda olan qarışıqlığa (bənzəməkdən) çəkinin”.”

Abdullah ibn Məsud
SəhihMuslim, 1002 (Namaz, 140)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ يُحَدِّثُ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « سَوُّوا صُفُوفَكُمْ فَإِنَّ تَسْوِيَةَ الصَّفِّ مِنْ تَمَامِ الصَّلاَةِ ».

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cərgələrinizi düzəldin, çünki cərgələrin düzlüyü namazın kamilliyindəndir”.”

Ənəs ibn Malik
SəhihMuslim, 1003 (Namaz, 141)

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ - وَهُوَ ابْنُ صُهَيْبٍ - عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتِمُّوا الصُّفُوفَ فَإِنِّى أَرَاكُمْ خَلْفَ ظَهْرِى ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Cərgələrinizi tamamlayın. Həqiqətən, mən sizi arxa tərəfdən görürəm”.”

Ənəs
SəhihMuslim, 1004 (Namaz, 142)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ « أَقِيمُوا الصَّفَّ فِى الصَّلاَةِ فَإِنَّ إِقَامَةَ الصَّفِّ مِنْ حُسْنِ الصَّلاَةِ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namazdakı cərgələrinizi düzəldin, çünki cərgələrin düzlüyü namazın gözəlliyindəndir”.”

Əbu Hureyra
SəhihMuslim, 1005 (Namaz, 143)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ قَالَ سَمِعْتُ سَالِمَ بْنَ أَبِى الْجَعْدِ الْغَطَفَانِىَّ قَالَ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لَتُسَوُّنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ ».

“Rəvayət edilir ki, Nouman ibn Bəşir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Ya cərgələrinizi düzəldəcəksiniz, ya da Allah sizin üzlərinizi başqa tərəflərə çevirəcək”.”

Numən ibn Bəşir
SəhihMuslim, 1006 (Namaz, 144)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ قَالَ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَوِّى صُفُوفَنَا حَتَّى كَأَنَّمَا يُسَوِّى بِهَا الْقِدَاحَ حَتَّى رَأَى أَنَّا قَدْ عَقَلْنَا عَنْهُ ثُمَّ خَرَجَ يَوْمًا فَقَامَ حَتَّى كَادَ يُكَبِّرُ فَرَأَى رَجُلاً بَادِيًا صَدْرُهُ مِنَ الصَّفِّ فَقَالَ « عِبَادَ اللَّهِ لَتُسَوُّنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ ».

“Rəvayət edilir ki, Nouman ibn Bəşir ﵁ demişdir: “Allah Elçisi ﷺ bizim cərgələri onlar ox kimi olana qədər düzəldərdi. O biz bunu dərk edənə qədər belə etməkdə davam etdi. Sonra bir gün ayağa durub namaza başlayaraq təkbir edəcəyi an bir adamın sinəsinin cərgədən çıxdığını gördü və buyurdu: “Ey Allahın qulları, ya cərgələrinizi düzəldəcəksiniz, ya da Allah sizin üzlərinizi başqa tərəflərə çevirəcək”.”

Numən ibn Bəşir
SəhihMuslim, 1007 (Namaz, 145)

حَدَّثَنَا حَسَنُ بْنُ الرَّبِيعِ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ قَالاَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ ح وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Numən ibn Bəşir
SəhihMuslim, 1008 (Namaz, 146)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ السَّمَّانِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ يَعْلَمُ النَّاسُ مَا فِى النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا وَلَوْ يَعْلَمُونَ مَا فِى التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ وَلَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azan və birinci cərgədə nə olduğunu bilsəydilər, ona nail olmaq üçün püşk atmaq lazım gəlsə belə, onlar bunu edərdilər. Namaza tez gəlməyin nə olduğunu bilsəydilər, ona nail olmaq üçün bir-biri ilə yarışardılar. İşa və sabah namazlarında nə olduğunu bilsəydilər, ona üzüqoylu sürünə-sürünə gələrdilər”.”

Əbu Hureyra
SəhihMuslim, 1009 (Namaz, 147)

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا أَبُو الأَشْهَبِ عَنْ أَبِى نَضْرَةَ الْعَبْدِىِّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى فِى أَصْحَابِهِ تَأَخُّرًا فَقَالَ لَهُمْ « تَقَدَّمُوا فَائْتَمُّوا بِى وَلْيَأْتَمَّ بِكُمْ مَنْ بَعْدَكُمْ لاَ يَزَالُ قَوْمٌ يَتَأَخَّرُونَ حَتَّى يُؤَخِّرَهُمُ اللَّهُ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səhabələrində geriləmə gördükdə onlara belə buyurdu: “İrəliləyin və mənə tabe olun! Sizdən sonrakılar da sizə tabe olsunlar. Bir camaat o qədər geri qalar ki, Allah onları geri salar”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1010 (Namaz, 148)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الرَّقَاشِىُّ حَدَّثَنَا بِشْرُ بْنُ مَنْصُورٍ عَنِ الْجُرَيْرِىِّ عَنْ أَبِى نَضْرَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ رَأَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَوْمًا فِى مُؤَخَّرِ الْمَسْجِدِ. فَذَكَرَ مِثْلَهُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ məscidin kənarında bir toplum gördü...” Sonra yuxarıdakı hədis qeyd edilir.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1011 (Namaz, 149)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ دِينَارٍ وَمُحَمَّدُ بْنُ حَرْبٍ الْوَاسِطِىُّ قَالاَ حَدَّثَنَا عَمْرُو بْنُ الْهَيْثَمِ أَبُو قَطَنٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ عَنْ خِلاَسٍ عَنْ أَبِى رَافِعٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ تَعْلَمُونَ - أَوْ يَعْلَمُونَ - مَا فِى الصَّفِّ الْمُقَدَّمِ لَكَانَتْ قُرْعَةً ». وَقَالَ ابْنُ حَرْبٍ « الصَّفِّ الأَوَّلِ مَا كَانَتْ إِلاَّ قُرْعَةً ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər ilk cərgədə nəyin olduğunu bilsəydiniz, mütləq püşk atardınız”. Ravi İbn Hərb dedi: “İlk cərgədə nələrin olduğunu bilsəydiniz, püşk atmaqdan başqa çarəniz qalmazdı”.”

Əbu Hureyra
SəhihMuslim, 1012 (Namaz, 150)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا جَرِيرٌ عَنْ سُهَيْلٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « خَيْرُ صُفُوفِ الرِّجَالِ أَوَّلُهَا وَشَرُّهَا آخِرُهَا وَخَيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا وَشَرُّهَا أَوَّلُهَا ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişilərin ən xeyirli cərgələri ilk cərgə, ən şərlisi isə axırıncı cərgədir. Qadınların ən xeyirli cərgələri axırıncı, ən şərlisi isə ilk cərgədir”.”

Əbu Hureyra
SəhihMuslim, 1013 (Namaz, 151)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ - يَعْنِى الدَّرَاوَرْدِىَّ - عَنْ سُهَيْلٍ بِهَذَا الإِسْنَادِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 1014 (Namaz, 152)

Fəsil 29

Qadınlar namaz qıldıqda kişilərin arxasında durmalarının və başlarını kişilər qalxmayana qədər səcdədən qaldırmamaları əmri

باب أَمْرِ النِّسَاءِ الْمُصَلِّيَاتِ وَرَاءَ الرِّجَالِ أَنْ لاَ يَرْفَعْنَ رُءُوسَهُنَّ مِنَ السُّجُودِ حَتَّى يَرْفَعَ الرِّجَالُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ لَقَدْ رَأَيْتُ الرِّجَالَ عَاقِدِى أُزُرِهِمْ فِى أَعْنَاقِهِمْ مِثْلَ الصِّبْيَانِ مِنْ ضِيقِ الأُزُرِ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ قَائِلٌ يَا مَعْشَرَ النِّسَاءِ لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَرْفَعَ الرِّجَالُ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Vallahi, mən paltarlarının darlığına görə bəzi kişilərin paltarlarını uşaqlar kimi boyunlarına asdıqlarını və Peyğəmbərin ﷺ arxasında namaz qıldıqlarını gördüm. Bir nəfər də belə dedi: “Ey qadınlar toplumu! Kişilər dikəlməmişdən qabaq başlarınızı (səcdədən) qaldırmayın”.”

Səhl ibn Səd
SəhihMuslim, 1015 (Namaz, 153)

Fəsil 30

Fitnəyə səbəb olmamaq şərti ilə qadınların məscidlərə gəlmələri, lakin evdən ətir vuraraq çıxmamaları

باب خُرُوجِ النِّسَاءِ إِلَى الْمَسَاجِدِ إِذَا لَمْ يَتَرَتَّبْ عَلَيْهِ فِتْنَةٌ وَأَنَّهَا لاَ تَخْرُجُ مُطَيَّبَةً

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ - قَالَ زُهَيْرٌ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنِ الزُّهْرِىِّ سَمِعَ سَالِمًا يُحَدِّثُ عَنْ أَبِيهِ يَبْلُغُ بِهِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَأْذَنَتْ أَحَدَكُمُ امْرَأَتُهُ إِلَى الْمَسْجِدِ فَلاَ يَمْنَعْهَا ».

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Birinizin zövcəsi məscidə getmək üçün icazə istəsə, ona mane olmasın”.”

Səlim atasından
SəhihMuslim, 1016 (Namaz, 154)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « لاَ تَمْنَعُوا نِسَاءَكُمُ الْمَسَاجِدَ إِذَا اسْتَأْذَنَّكُمْ إِلَيْهَا ». قَالَ فَقَالَ بِلاَلُ بْنُ عَبْدِ اللَّهِ وَاللَّهِ لَنَمْنَعُهُنَّ. قَالَ فَأَقْبَلَ عَلَيْهِ عَبْدُ اللَّهِ فَسَبَّهُ سَبًّا سَيِّئًا مَا سَمِعْتُهُ سَبَّهُ مِثْلَهُ قَطُّ وَقَالَ أُخْبِرُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ وَاللَّهِ لَنَمْنَعُهُنَّ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Qadınlarınız sizdən izin istəsə, onlara məscidə gəlməyə mane olmayın”. Bilal ibn Abdullah dedi: “Allaha and olsun, onlara mane olacağıq”. Abdullah ona tərəf çevrilib onu pis söyüşlə söydü. Mən hələ belə söyüş eşitməmişdim. O dedi: “Mən sənə Allah Elçisindən ﷺ xəbər deyirəm, sən isə “Allaha and olsun, onlara mane olacağıq” deyirsən”.”

Abdullah ibn Ömər
SəhihMuslim, 1017 (Namaz, 155)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى وَابْنُ إِدْرِيسَ قَالاَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تَمْنَعُوا إِمَاءَ اللَّهِ مَسَاجِدَ اللَّهِ ».

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın kənizlərinin Allahın məscidlərinə gəlmələrinə mane olmayın”.”

İbn Ömər
SəhihMuslim, 1018 (Namaz, 156)

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا حَنْظَلَةُ قَالَ سَمِعْتُ سَالِمًا يَقُولُ سَمِعْتُ ابْنَ عُمَرَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا اسْتَأْذَنَكُمْ نِسَاؤُكُمْ إِلَى الْمَسَاجِدِ فَأْذَنُوا لَهُنَّ ».

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Qadınlarınız sizdən məscidlərə gəlməyə izin istəsə, onlara izin verin”.”

İbn Ömər
SəhihMuslim, 1019 (Namaz, 157)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَمْنَعُوا النِّسَاءَ مِنَ الْخُرُوجِ إِلَى الْمَسَاجِدِ بِاللَّيْلِ ». فَقَالَ ابْنٌ لِعَبْدِ اللَّهِ بْنِ عُمَرَ لاَ نَدَعُهُنَّ يَخْرُجْنَ فَيَتَّخِذْنَهُ دَغَلاً. قَالَ فَزَبَرَهُ ابْنُ عُمَرَ وَقَالَ أَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ لاَ نَدَعُهُنَّ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınların gecə vaxtı məscidlərə gəlmələrinə maneçilik törətməyin”. Abdullah ibn Ömərin oğlu dedi: “Biz onların çıxıb fitnəyə səbəb olacaqlarına görə buna izin ver bilmərik”. İbn Ömər bu sözünə görə onu danladı və dedi: “Mən sənə “Allah Elçisi ﷺ belə buyurdu” deyirəm, sən isə “Biz onlara mane olacağıq” deyirsən”.”

İbn Ömər
SəhihMuslim, 1020 (Namaz, 158)

حَدَّثَنَا عَلِىُّ بْنُ خَشْرَمٍ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ. مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Ömər
SəhihMuslim, 1021 (Namaz, 159)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ وَابْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنِى وَرْقَاءُ عَنْ عَمْرٍو عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ائْذَنُوا لِلنِّسَاءِ بِاللَّيْلِ إِلَى الْمَسَاجِدِ ». فَقَالَ ابْنٌ لَهُ يُقَالُ لَهُ وَاقِدٌ إِذًا يَتَّخِذْنَهُ دَغَلاً. قَالَ فَضَرَبَ فِى صَدْرِهِ وَقَالَ أُحَدِّثُكَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ لاَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınlara gecə vaxtı məscidlərə getməyə icazə verin”. Vaqid adlı oğlu isə: “Qadınlar bununla fitnəyə səbəb olacaqlar”- dedi. İbn Ömər isə onun sinəsinə vurdu və dedi: “Mən sənə Allah Elçisindən ﷺ hədis rəvayət edirəm, sən isə “Xeyr” deyirsən”.”

İbn Ömər
SəhihMuslim, 1022 (Namaz, 160)

حَدَّثَنَا هَارُونُ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ الْمُقْرِئُ حَدَّثَنَا سَعِيدٌ - يَعْنِى ابْنَ أَبِى أَيُّوبَ - حَدَّثَنَا كَعْبُ بْنُ عَلْقَمَةَ عَنْ بِلاَلِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَمْنَعُوا النِّسَاءَ حُظُوظَهُنَّ مِنَ الْمَسَاجِدِ إِذَا اسْتَأْذَنُوكُمْ » فَقَالَ بِلاَلٌ وَاللَّهِ لَنَمْنَعُهُنَّ. فَقَالَ لَهُ عَبْدُ اللَّهِ أَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَتَقُولُ أَنْتَ لَنَمْنَعُهُنَّ.

“Bilal ibn Abdullah ibn Ömər ﵄ atasının belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadınlar sizdən izin istədikdə onların məscidlərdəki nəsiblərinə mane olmayın”. Bilal dedi: “Allaha and olsun, onlara mane olacağıq”. Abdullah ona dedi: “Mən sənə Allah Elçisindən ﷺ xəbər deyirəm, sən isə “Onlara mane olacağıq” deyirsən”.”

Bilal ibn Abdullah ibn Ömər
SəhihMuslim, 1023 (Namaz, 161)

حَدَّثَنَا هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى مَخْرَمَةُ عَنْ أَبِيهِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ أَنَّ زَيْنَبَ الثَّقَفِيَّةَ كَانَتْ تُحَدِّثُ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِذَا شَهِدَتْ إِحْدَاكُنَّ الْعِشَاءَ فَلاَ تَطَيَّبْ تِلْكَ اللَّيْلَةَ ».

“Zeynəb əs-Səqafi ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz İşa namazına getdiyi vaxt həmin gecə ətirlənməsin”.”

Zeynəb əs-Səqafiyyə
SəhihMuslim, 1024 (Namaz, 162)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ حَدَّثَنِى بُكَيْرُ بْنُ عَبْدِ اللَّهِ بْنِ الأَشَجِّ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ زَيْنَبَ امْرَأَةِ عَبْدِ اللَّهِ قَالَتْ قَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «إِذَا شَهِدَتْ إِحْدَاكُنَّ الْمَسْجِدَ فَلاَ تَمَسَّ طِيبًا».

“Rəvayət edilir ki, Abdullahın zövcəsi Zeynəb əs-Səqafi ﵂ demişdir: “Allah Elçisi ﷺ bizə belə buyurdu: “Sizdən biriniz məscidə getdiyi vaxt ətirlənməsin”.”

Abdullahın zövcəsi Zeynəb
SəhihMuslim, 1025 (Namaz, 163)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ يَحْيَى أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى فَرْوَةَ عَنْ يَزِيدَ بْنِ خُصَيْفَةَ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَيُّمَا امْرَأَةٍ أَصَابَتْ بَخُورًا فَلاَ تَشْهَدْ مَعَنَا الْعِشَاءَ الآخِرَةَ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hansı qadın ətir vurarsa, bizimlə birlikdə İşa namazında iştirak etməsin”.”

Əbu Hureyra
SəhihMuslim, 1026 (Namaz, 164)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ بْنِ قَعْنَبٍ حَدَّثَنَا سُلَيْمَانُ - يَعْنِى ابْنَ بِلاَلٍ - عَنْ يَحْيَى - وَهُوَ ابْنُ سَعِيدٍ - عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ أَنَّهَا سَمِعَتْ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَقُولُ لَوْ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى مَا أَحْدَثَ النِّسَاءُ لَمَنَعَهُنَّ الْمَسْجِدَ كَمَا مُنِعَتْ نِسَاءُ بَنِى إِسْرَائِيلَ. قَالَ فَقُلْتُ لِعَمْرَةَ أَنِسَاءُ بَنِى إِسْرَائِيلَ مُنِعْنَ الْمَسْجِدَ قَالَتْ نَعَمْ.

“Rəvayət edilir ki, Əmra bint Abdur-Rahmən ﵀ Peyğəmbərin ﷺ zövcəsi Aişənin belə dediyini eşitmişdir: “Əgər Allah Elçisi ﷺ qadınların etdiklərini görsəydi, onları İsrail övladlarının öz qadınlarını məscidə qoymadıqları kimi məscidə qoymazdı”. Ravi deyir: “Mən Əmradan soruşdum: “İsrail övladlarının qadınlarına məscidə getməyə qadağa var idi?” O: “Bəli” dedi”.”

Əmra bint Abdur-Rahmən
SəhihMuslim, 1027 (Namaz, 165)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ يَعْنِى الثَّقَفِىَّ ح قَالَ وَحَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ح قَالَ وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ كُلُّهُمْ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ بِهَذَا الإِسْنَادِ. مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əmra bint Abdur-Rahmən
SəhihMuslim, 1028 (Namaz, 166)

Fəsil 31

Səsli namazda səslə oxumağa görə bir fəsadın çıxacağından qorxduğu vaxt qiraətdə səsli ilə səssiz arası orta bir yol tutmaq

باب التَّوَسُّطِ فِى الْقِرَاءَةِ فِى الصَّلاَةِ الْجَهْرِيَّةِ بَيْنَ الْجَهْرِ وَالإِسْرَارِ إِذَا خَافَ مِنَ الْجَهْرِ مَفْسَدَةً

حَدَّثَنَا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ الصَّبَّاحِ وَعَمْرٌو النَّاقِدُ جَمِيعًا عَنْ هُشَيْمٍ - قَالَ ابْنُ الصَّبَّاحِ حَدَّثَنَا هُشَيْمٌ - أَخْبَرَنَا أَبُو بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ عَزَّ وَجَلَّ {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا} قَالَ نَزَلَتْ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَوَارٍ بِمَكَّةَ فَكَانَ إِذَا صَلَّى بِأَصْحَابِهِ رَفَعَ صَوْتَهُ بِالْقُرْآنِ فَإِذَا سَمِعَ ذَلِكَ الْمُشْرِكُونَ سَبُّوا الْقُرْآنَ وَمَنْ أَنْزَلَهُ وَمَنْ جَاءَ بِهِ فَقَالَ اللَّهُ تَعَالَى لِنَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ} فَيَسْمَعَ الْمُشْرِكُونَ قِرَاءَتَكَ {وَلاَ تُخَافِتْ بِهَا} عَنْ أَصْحَابِكَ أَسْمِعْهُمُ الْقُرْآنَ وَلاَ تَجْهَرْ ذَلِكَ الْجَهْرَ وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً يَقُولُ بَيْنَ الْجَهْرِ وَالْمُخَافَتَةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut!” (əl-İsra, 110) ayəsi haqda belə buyurdu: “Bu ayə nazil olanda Allah Elçisi ﷺ Məkkədə gizli dəvət edərdi. O, səhabələri ilə namaz qılarkən Quranı uca səslə oxuyardı. Müşriklər də bunu eşitdikdə həm Quranı, həm onu endirəni, həm də onunla gələni söyərdilər. Uca Allah Peyğəmbərinə ﷺ belə buyurdu: “Namazını nə uca səslə qıl” müşriklər onun oxuduğunu eşidib Quranı təhqir etməsinlər, ”nə də pıçıltı ilə qıl”, yəni səhabələlər nə oxuduğunu eşitsin! Səsi çox qaldırma, bu ikisinin arasında orta bir yol tut!”, yəni çox qaldırmaqla, alçatmaq arasında”.”

İbn Abbas
SəhihMuslim, 1029 (Namaz, 167)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا يَحْيَى بْنُ زَكَرِيَّاءَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ فِى قَوْلِهِ عَزَّ وَجَلَّ {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا} قَالَتْ أُنْزِلَ هَذَا فِى الدُّعَاءِ.

“Rəvayət edilir ki, Aişə ﵂ Allahın ﷿ bu kəlamı “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut!” (əl-İsra, 110) haqda demişdir: “Bu ayə dua haqda nazil olmuşdur”.”

Aişə
SəhihMuslim, 1030 (Namaz, 168)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا حَمَّادٌ يَعْنِى ابْنَ زَيْدٍ ح قَالَ وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ وَوَكِيعٌ ح قَالَ وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ كُلُّهُمْ عَنْ هِشَامٍ بِهَذَا الإِسْنَادِ. مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 1031 (Namaz, 169)

Fəsil 32

Quran oxunuşunu dinləmək

باب الاِسْتِمَاعِ لِلْقِرَاءَةِ

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ كُلُّهُمْ عَنْ جَرِيرٍ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا جَرِيرُ بْنُ عَبْدِ الْحَمِيدِ - عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ عَزَّ وَجَلَّ {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ} قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَزَلَ عَلَيْهِ جِبْرِيلُ بِالْوَحْىِ كَانَ مِمَّا يُحَرِّكُ بِهِ لِسَانَهُ وَشَفَتَيْهِ فَيَشْتَدُّ عَلَيْهِ فَكَانَ ذَلِكَ يُعْرَفُ مِنْهُ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ} أَخْذَهُ {إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} إِنَّ عَلَيْنَا أَنْ نَجْمَعَهُ فِى صَدْرِكَ. وَقُرْآنَهُ فَتَقْرَأُهُ {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ أَنْزَلْنَاهُ فَاسْتَمِعْ لَهُ {إِنَّ عَلَيْنَا بَيَانَهُ} أَنْ نُبَيِّنَهُ بِلِسَانِكَ فَكَانَ إِذَا أَتَاهُ جِبْرِيلُ أَطْرَقَ فَإِذَا ذَهَبَ قَرَأَهُ كَمَا وَعَدَهُ اللَّهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!“ kəlamı haqda demişdir: “Cəbrail Peyğəmbərə ﷺ vəhyi nazil etdikdə ayələri əzbərləmək və ayə nazil olduğu zaman üzərinə düşən məşəqqətdən tez qurtarmaq üçün bu ayələri dodaqlarını tərpədərək tələm-tələsik oxuyardı. Uca Allah da bu ayələri nazil etdi: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). Yəni “Quranı sənin qəlbində cəm edəcəyik və sən də onu oxuyacaqsan. Quranı oxuduqda: “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə” (əl-Qiyamə, 18)”. İbn Abbas dedi: “Onu nazil etdik, “Sonra onu bəyan etmək də, sözsüz ki, Bizə aiddir” (əl-Qiyamə, 19)”. Yəni sənin dilinlə bəyan etmək Bizə aiddir. Bu hadisədən sonra hər dəfə Cəbrail Allah Elçisinin ﷺ yanına gəldikdə yalnız dinləyər, çıxıb getdikdən sonra isə bu ayələri Allahın ona vəd etdiyi kimi oxuyardı”.”

İbn Abbas
SəhihMuslim, 1032 (Namaz, 170)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ} قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَالِجُ مِنَ التَّنْزِيلِ شِدَّةً كَانَ يُحَرِّكُ شَفَتَيْهِ - فَقَالَ لِىَ ابْنُ عَبَّاسٍ أَنَا أُحَرِّكُهُمَا كَمَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُحَرِّكُهُمَا. فَقَالَ سَعِيدٌ أَنَا أُحَرِّكُهُمَا كَمَا كَانَ ابْنُ عَبَّاسٍ يُحَرِّكُهُمَا. فَحَرَّكَ شَفَتَيْهِ - فَأَنْزَلَ اللَّهُ تَعَالَى {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ جَمْعَهُ فِى صَدْرِكَ ثُمَّ تَقْرَأُهُ {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ فَاسْتَمِعْ وَأَنْصِتْ ثُمَّ إِنَّ عَلَيْنَا أَنْ تَقْرَأَهُ قَالَ فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ جِبْرِيلُ اسْتَمَعَ فَإِذَا انْطَلَقَ جِبْرِيلُ قَرَأَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا أَقْرَأَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!” (əl-Qiyamə, 16) ayəsi barəsində demişdir: “Peyğəmbər ona nazil olan ayələri əzbərləmək üçün (və ya ayə nazil olduğu zaman üzərinə düşən məşəqqətdən tez qurtarmaq üçün bu ayələri) dodaqlarını tərpədərək tələm-tələsik oxuyardı. Mən də onun dodaqlarının necə tərpətməsini sizə göstərirəm”. Səid ibn Cubeyr də eyni şəkildə öz tələbələrinə: “Mən də İbn Abbasın dodaqlarının necə tərpəndiyini gördüyüm kimi dodaqlarımı tərpədəcəyəm!” deyib dodaqlarını tərpətdi. Uca Allah bu ayələri nazil etdi: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). Yəni “Quranı sənin qəlbində cəm edəcəyik və sən də onu oxuyacaqsan. “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə” (əl-Qiyamə, 18)”. Onu dinlə və sus! Həqiqətən, onu sənin dilində oxutmaq Bizə aiddir”. Bu hadisədən sonra Cəbrail hər dəfə Allah Elçisinə ﷺ ayələr nazil etdikdə o bu ayələri yalnız dinləyərdi. Cəbrail çıxıb getdikdən sonra isə Allah Elçisi ﷺ bu ayələri eşitdiyi kimi oxuyardı”.”

İbn Abbas
SəhihMuslim, 1033 (Namaz, 171)

Fəsil 33

Sübh namazında Quranın səsli oxunması və cinlərə Quran oxumaq

باب الْجَهْرِ بِالْقِرَاءَةِ فِى الصُّبْحِ وَالْقِرَاءَةِ عَلَى الْجِنِّ

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ مَا قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْجِنِّ وَمَا رَآهُمُ انْطَلَقَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَائِفَةٍ مِنْ أَصْحَابِهِ عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَقَدْ حِيلَ بَيْنَ الشَّيَاطِينِ وَبَيْنَ خَبَرِ السَّمَاءِ وَأُرْسِلَتْ عَلَيْهِمُ الشُّهُبُ فَرَجَعَتِ الشَّيَاطِينُ إِلَى قَوْمِهِمْ فَقَالُوا مَا لَكُمْ قَالُوا حِيلَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ وَأُرْسِلَتْ عَلَيْنَا الشُّهُبُ. قَالُوا مَا ذَاكَ إِلاَّ مِنْ شَىْءٍ حَدَثَ فَاضْرِبُوا مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا فَانْظُرُوا مَا هَذَا الَّذِى حَالَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ. فَانْطَلَقُوا يَضْرِبُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا فَمَرَّ النَّفَرُ الَّذِينَ أَخَذُوا نَحْوَ تِهَامَةَ - وَهُوَ بِنَخْلٍ - عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَهُوَ يُصَلِّى بِأَصْحَابِهِ صَلاَةَ الْفَجْرِ فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ وَقَالُوا هَذَا الَّذِى حَالَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ. فَرَجَعُوا إِلَى قَوْمِهِمْ فَقَالُوا يَا قَوْمَنَا {إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا يَهْدِى إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا} فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ cinlərə oxumadı və onları görmədi. Allah Elçisi ﷺ bir dəstə səhabə ilə Ukaz bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə verdiyi xəbəri) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdilər. Onlar öz tayfalarına qayıtdılar. Onlara dedilər: “Sizə nə olub?” Onlar da “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” dedilər. Digərləri dedilər: “Sizə mane olan, baş vermiş yeni hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və bu hadisənin nə olduğunu öyrənin!” Onlar səmavi xəbəri öyrənməyə mane olan əsas səbəbi öyrənmək üçün yer üzünü məşriqdən məğribə kimi gəzib dolaşdılar. Onlardan bir dəstə Tihaməyə tərəf getdi. O, Nəxl adlanan yerdə idi. Onlar Ukaz bazarını tərk etdikdə Allah Elçisinin ﷺ səhabələri ilə birlikdə Sübh namazını qıldığını gördülər və onun oxuduğu Qurana qulaq asıb dedilər: “Budur bizi səmavi xəbərdən məhrum edən”. Sonra onlar öz tayfasının yanına qayıdıb dedilər: “Ey tayfamız! “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona iman gətirdik və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (əl-Cinn, 1-2). Uca Allah da Peyğəmbəri Muhəmmədə ﷺ bu ayələri nazil etdi: “De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!” (əl-Cinn, 1).”

İbn Abbas
SəhihMuslim, 1034 (Namaz, 172)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الأَعْلَى عَنْ دَاوُدَ عَنْ عَامِرٍ قَالَ سَأَلْتُ عَلْقَمَةَ هَلْ كَانَ ابْنُ مَسْعُودٍ شَهِدَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ فَقَالَ عَلْقَمَةُ أَنَا سَأَلْتُ ابْنَ مَسْعُودٍ فَقُلْتُ هَلْ شَهِدَ أَحَدٌ مِنْكُمْ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ لاَ وَلَكِنَّا كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَفَقَدْنَاهُ فَالْتَمَسْنَاهُ فِى الأَوْدِيَةِ وَالشِّعَابِ فَقُلْنَا اسْتُطِيرَ أَوِ اغْتِيلَ - قَالَ - فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ فَلَمَّا أَصْبَحْنَا إِذَا هُوَ جَاءٍ مِنْ قِبَلِ حِرَاءٍ - قَالَ - فَقُلْنَا يَا رَسُولَ اللَّهِ فَقَدْنَاكَ فَطَلَبْنَاكَ فَلَمْ نَجِدْكَ فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ. فَقَالَ « أَتَانِى دَاعِى الْجِنِّ فَذَهَبْتُ مَعَهُ فَقَرَأْتُ عَلَيْهِمُ الْقُرْآنَ ». قَالَ فَانْطَلَقَ بِنَا فَأَرَانَا آثَارَهُمْ وَآثَارَ نِيرَانِهِمْ وَسَأَلُوهُ الزَّادَ فَقَالَ « لَكُمْ كُلُّ عَظْمٍ ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ يَقَعُ فِى أَيْدِيكُمْ أَوْفَرَ مَا يَكُونُ لَحْمًا وَكُلُّ بَعَرَةٍ عَلَفٌ لِدَوَابِّكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَلاَ تَسْتَنْجُوا بِهِمَا فَإِنَّهُمَا طَعَامُ إِخْوَانِكُمْ ».

“Rəvayət edilir ki, Amir ﵀ demişdir: “Mən Alqamədən belə soruşdum: “İbn Məsud cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi? Alqamə dedi: “Mən İbn Məsuddan soruşdum: “Sizdən biriniz cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi?” İbn Məsud dedi: “Xeyr, lakin bir gecə biz Allah Elçisi ﷺ ilə birlikə idik və onu itirdik. Onu vadilərdə və dağ yollarında axtardıq, lakin tapa bilmədikdə dedik ki, cinlər onu götürüb uçublar, yaxud da gizlincə onu öldürüblər. Beləcə, camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik. Sabaha çıxdıqda birdən gördük ki, Allah Elçisi ﷺ Hira tərəfdən gəlir. Biz dedik: “Ey Allahın Elçisi, səni itirdik, axtardıq və tapmadıq. Biz camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik”. Allah Elçisi ﷺ buyurdu: “Mənə cinlərin dəvətçisi gəldi. Onunla getdim və cinlərə Quran oxudum”. Bizi aparıb cinlərin izlərini və ocaqlarının izlərini göstərdi. Onlar Allah Elçisindən ﷺ özlərinin yeməklərini soruşdular. Allah Elçisi ﷺ buyurdu: “Əlinizə düşən, Allahın adı çəkilən hər bir sümük, ola bildiyi qədər bol ətli olaraq sizindir və hər bir (heyvanın) nəcasəti heyvanlarınızın yemidir”. Allah Elçisi ﷺ belə buyurdu: “Bu ikisi ilə təmizlənməyin! Çünki bunlar qardaşlarınızın yeməyidir”.”

Amir
SəhihMuslim, 1035 (Namaz, 173)

وَحَدَّثَنِيهِ عَلِىُّ بْنُ حُجْرٍ السَّعْدِىُّ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ دَاوُدَ بِهَذَا الإِسْنَادِ إِلَى قَوْلِهِ وَآثَارَ نِيرَانِهِمْ. قَالَ الشَّعْبِىُّ وَسَأَلُوهُ الزَّادَ وَكَانُوا مِنْ جِنِّ الْجَزِيرَةِ. إِلَى آخِرِ الْحَدِيثِ مِنْ قَوْلِ الشَّعْبِىِّ مُفَصَّلاً مِنْ حَدِيثِ عَبْدِ اللَّهِ.

“Yuxarıdakı hədisin mətninin bir qismidir.”

Amir
SəhihMuslim, 1036 (Namaz, 174)

وَحَدَّثَنَاهُ أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ عَنْ دَاوُدَ عَنِ الشَّعْبِىِّ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى قَوْلِهِ وَآثَارَ نِيرَانِهِمْ. وَلَمْ يَذْكُرْ مَا بَعْدَهُ.

“Yuxarıdakı hədisin mətninin bir qismidir.”

Abdullah
SəhihMuslim, 1037 (Namaz, 175)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ أَبِى مَعْشَرٍ عَنْ إِبْرَاهِيمَ عَنْ عَلْقَمَةَ عَنْ عَبْدِ اللَّهِ قَالَ لَمْ أَكُنْ لَيْلَةَ الْجِنِّ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَوَدِدْتُ أَنِّى كُنْتُ مَعَهُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən cin gecəsi Allah Elçisi ﷺ ilə birlikdə deyildim, amma onunla birlikdə olmaq istəyərdim”.”

Abdullah
SəhihMuslim, 1038 (Namaz, 176)

حَدَّثَنَا سَعِيدُ بْنُ مُحَمَّدٍ الْجَرْمِىُّ وَعُبَيْدُ اللَّهِ بْنُ سَعِيدٍ قَالاَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ مِسْعَرٍ عَنْ مَعْنٍ قَالَ سَمِعْتُ أَبِى قَالَ سَأَلْتُ مَسْرُوقًا مَنْ آذَنَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْجِنِّ لَيْلَةَ اسْتَمَعُوا الْقُرْآنَ فَقَالَ حَدَّثَنِى أَبُوكَ - يَعْنِى ابْنَ مَسْعُودٍ - أَنَّهُ آذَنَتْهُ بِهِمْ شَجَرَةٌ.

“Rəvayət edilir ki, Mə'n ﵀ demişdir: “Mən atamın belə dediyini eşitdim: “Mən Məsruqdan soruşdum: “Cinlərin Quranı dinlədikləri gecə haqda Peyğəmbərə ﷺ kim bildirmişdi?” O dedi: “Mənə atam, yəni İbn Məsud dedi: “Onların gəlməsini Peyğəmbərə ﷺ bir ağac bildirmişdi”.”

Mə'n
SəhihMuslim, 1039 (Namaz, 177)

Fəsil 34

Zöhr və Əsr namazlarında olan qiraət

باب الْقِرَاءَةِ فِى الظُّهْرِ وَالْعَصْرِ

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى الْعَنَزِىُّ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنِ الْحَجَّاجِ - يَعْنِى الصَّوَّافَ - عَنْ يَحْيَى - وَهُوَ ابْنُ أَبِى كَثِيرٍ - عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ وَأَبِى سَلَمَةَ عَنْ أَبِى قَتَادَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِنَا فَيَقْرَأُ فِى الظُّهْرِ وَالْعَصْرِ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَتَيْنِ وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا وَكَانَ يُطَوِّلُ الرَّكْعَةَ الأُولَى مِنَ الظُّهْرِ وَيُقَصِّرُ الثَّانِيَةَ وَكَذَلِكَ فِى الصُّبْحِ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Zöhr və Əsr namazlarını qıldırar, ilk iki rükətində “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) və başqa surə oxuyardı. Bəzən bir ayəni bizə eşitdirərdi. Zöhr namazının ilk rükətini uzadar, ikinci rükətini isə qısa edərdi. Sübh namazında da elə edərdi”.”

Əbu Qatədə
SəhihMuslim, 1040 (Namaz, 178)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ أَخْبَرَنَا هَمَّامٌ وَأَبَانُ بْنُ يَزِيدَ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ وَالْعَصْرِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَةٍ وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا وَيَقْرَأُ فِى الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِفَاتِحَةِ الْكِتَابِ.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə Zöhr və Əsr namazlarını qıldırdıqda əvvəlki iki rükətdə “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) və başqa surə oxuyardı. Bəzən isə ondan bir ayəni bizə eşitdirərdi. Sonuncu iki rükətdə isə yalnız “əl-Fatihə” surəsini oxuyardı”.”

Əbu Qatədə
SəhihMuslim, 1041 (Namaz, 179)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ جَمِيعًا عَنْ هُشَيْمٍ - قَالَ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ - عَنْ مَنْصُورٍ عَنِ الْوَلِيدِ بْنِ مُسْلِمٍ عَنْ أَبِى الصِّدِّيقِ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كُنَّا نَحْزِرُ قِيَامَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الظُّهْرِ وَالْعَصْرِ فَحَزَرْنَا قِيَامَهُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الظُّهْرِ قَدْرَ قِرَاءَةِ الم تَنْزِيلُ السَّجْدَةِ وَحَزَرْنَا قِيَامَهُ فِى الأُخْرَيَيْنِ قَدْرَ النِّصْفِ مِنْ ذَلِكَ وَحَزَرْنَا قِيَامَهُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى قَدْرِ قِيَامِهِ فِى الأُخْرَيَيْنِ مِنَ الظُّهْرِ وَفِى الأُخْرَيَيْنِ مِنَ الْعَصْرِ عَلَى النِّصْفِ مِنْ ذَلِكَ. وَلَمْ يَذْكُرْ أَبُو بَكْرٍ فِى رِوَايَتِهِ الم تَنْزِيلُ وَقَالَ قَدْرَ ثَلاَثِينَ آيَةً.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ Zöhr və Əsr namazlarındakı qiyamını təxmin edərdik (nə qədər müddət olduğunu hesablayardıq). Zöhr namazının ilk iki rükətinin qiyamı “əs-Səcdə” surəsi qədər, son iki rükətinin qiyamının isə bunun yarısı miqdarında olduğunu təxmin edərdik. Əsr namazının ilk iki rükətinin qiyamının Zöhr namazının son rükətlərindəki qiyamı qədər, Əsr namazının son iki rükətinin qiyamının isə bunun yarısı miqdarında olduğunu təxmin edərdik”. Ravi Əbu Bəkr öz rəvayətində “əs-Səcdə” surəsini deyil, “otuz ayə qədər” qeyd etmişdir.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1042 (Namaz, 180)

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ مَنْصُورٍ عَنِ الْوَلِيدِ أَبِى بِشْرٍ عَنْ أَبِى الصِّدِّيقِ النَّاجِىِّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى صَلاَةِ الظُّهْرِ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ فِى كُلِّ رَكْعَةٍ قَدْرَ ثَلاَثِينَ آيَةً وَفِى الأُخْرَيَيْنِ قَدْرَ خَمْسَ عَشَرَةَ آيَةً أَوْ قَالَ نِصْفَ ذَلِكَ وَفِى الْعَصْرِ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ فِى كُلِّ رَكْعَةٍ قَدْرَ قِرَاءَةِ خَمْسَ عَشْرَةَ آيَةً وَفِى الأُخْرَيَيْنِ قَدْرَ نِصْفِ ذَلِكَ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bizə Zöhr namazının ilk iki rükətinin hər rükətində otuz ayə, son iki rükətində isə on beş ayə miqdarında oxuyardı. Əsr namazının ilk iki rükətinin hər rükətində on beş ayə, son iki rükətində isə bunun yarısı miqdarında ayə oxuyardı”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1043 (Namaz, 181)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ أَهْلَ الْكُوفَةِ شَكَوْا سَعْدًا إِلَى عُمَرَ بْنِ الْخَطَّابِ فَذَكَرُوا مِنْ صَلاَتِهِ فَأَرْسَلَ إِلَيْهِ عُمَرُ فَقَدِمَ عَلَيْهِ فَذَكَرَ لَهُ مَا عَابُوهُ بِهِ مِنْ أَمْرِ الصَّلاَةِ فَقَالَ إِنِّى لأُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَخْرِمُ عَنْهَا إِنِّى لأَرْكُدُ بِهِمْ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ. فَقَالَ ذَاكَ الظَّنُّ بِكَ أَبَا إِسْحَاقَ.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, bir dəfə Kufə əhli Sədin namazı haqqında Ömər ibn əl-Xattaba şikayət etdilər. Ömər də ona xəbər göndərdi. Səd gəldikdə Ömər ona kufəlilərin onun namazına görə şikayət etdiklərini dedi. Səd də belə dedi: “Mən onlara Allah Elçisinin ﷺ qıldığı namazı qıldırıram və ondan heç bir şey əskiltmirəm. İlk iki rükəti onlara uzun, son iki rükəti isə qısa qıldırıram”. Ömər dedi: “Sənin haqqında elə bunu zənn etmək olar, ey Əbu İshaq!””

Cabir ibn Səmura
SəhihMuslim, 1044 (Namaz, 182)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنْ جَرِيرٍ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ بِهَذَا الإِسْنَادِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Cabir ibn Səmura
SəhihMuslim, 1045 (Namaz, 183)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى عَوْنٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ قَالَ عُمَرُ لِسَعْدٍ قَدْ شَكَوْكَ فِى كُلِّ شَىْءٍ حَتَّى فِى الصَّلاَةِ. قَالَ أَمَّا أَنَا فَأَمُدُّ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ وَمَا آلُو مَا اقْتَدَيْتُ بِهِ مِنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ ذَاكَ الظَّنُّ بِكَ. أَوْ ذَاكَ ظَنِّى بِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər Sədə dedi: “Sənin hər şeyin, hətta namazın haqqında şikayət edilib”. Səd dedi: “Mənə gəlincə, mən onlara ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırıram. Mən Allah Elçisinin ﷺ namazı kimi namaz qılaraq bir naqislik etmirəm”. Ömər dedi: “Sənin haqqında elə bunu zənn etmək olar” və ya “Sənin haqqında olan zənnim elə budur”.”

Cabir ibn Səmura
SəhihMuslim, 1046 (Namaz, 184)

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا ابْنُ بِشْرٍ عَنْ مِسْعَرٍ عَنْ عَبْدِ الْمَلِكِ وَأَبِى عَوْنٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ بِمَعْنَى حَدِيثِهِمْ وَزَادَ فَقَالَ تُعَلِّمُنِى الأَعْرَابُ بِالصَّلاَةِ

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Səd dedi: “Mənə namazı bədəvilərmi öyrədəcək?!””

Cabir ibn Səmura
SəhihMuslim, 1047 (Namaz, 185)

حَدَّثَنَا دَاوُدُ بْنُ رُشَيْدٍ حَدَّثَنَا الْوَلِيدُ - يَعْنِى ابْنَ مُسْلِمٍ - عَنْ سَعِيدٍ - وَهُوَ ابْنُ عَبْدِ الْعَزِيزِ - عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ عَنْ قَزْعَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ لَقَدْ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْبَقِيعِ فَيَقْضِى حَاجَتَهُ ثُمَّ يَتَوَضَّأُ ثُمَّ يَأْتِى وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الرَّكْعَةِ الأُولَى مِمَّا يُطَوِّلُهَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Vallahi, Zöhr namazı qılındıqda bir nəfər Bəqi qəbiristanlığına gedər, ehtiyacını ödəyər, sonra dəstəmaz alıb gələr, Allah Elçisi ﷺ isə ilk rükəti uzatdığına görə hələ ilk rükətdə olardı”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1048 (Namaz, 186)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ عَنْ رَبِيعَةَ قَالَ حَدَّثَنِى قَزْعَةُ قَالَ أَتَيْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ وَهُوَ مَكْثُورٌ عَلَيْهِ فَلَمَّا تَفَرَّقَ النَّاسُ عَنْهُ قُلْتُ إِنِّى لاَ أَسْأَلُكَ عَمَّا يَسْأَلُكَ هَؤُلاَءِ عَنْهُ - قُلْتُ - أَسْأَلُكَ عَنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ مَا لَكَ فِى ذَاكَ مِنْ خَيْرٍ. فَأَعَادَهَا عَلَيْهِ فَقَالَ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ فَيَنْطَلِقُ أَحَدُنَا إِلَى الْبَقِيعِ فَيَقْضِى حَاجَتَهُ ثُمَّ يَأْتِى أَهْلَهُ فَيَتَوَضَّأُ ثُمَّ يَرْجِعُ إِلَى الْمَسْجِدِ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الرَّكْعَةِ الأُولَى.

“Rəvayət edilir ki, Qaz'a ﷺ demişdir: “Mən Əbu Səid əl-Xudrinin yanına gəldikdə onun yanında çoxlu adam var idi. Camaat dağılışdıqda mən dedim: “Mən səndən onların soruşduqlarını soruşmayacağam. Səndən Allah Elçisinin ﷺ namazı haqda soruşuram”. Əbu Səid dedi: “Bunda sənə bir fayda yoxdur”. Əbu Səid bunu bir dəfə də təkrarladıqdan sonra dedi: “Zöhr namazı qılındıqda bizdən bir nəfər Bəqi qəbiristanlığına gedər, ehtiyacını ödəyər, sonra evinə gəlib dəstəmaz alar və məscidə qayıdardı, Allah Elçisi ﷺ isə hələ ilk rükətdə olardı”.”

Qazəa
SəhihMuslim, 1049 (Namaz, 187)

Fəsil 35

Sübh namazında olan qiraət

باب الْقِرَاءَةِ فِى الصُّبْحِ

وَحَدَّثَنَا هَارُونُ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا حَجَّاجُ بْنُ مُحَمَّدٍ عَنِ ابْنِ جُرَيْجٍ ح قَالَ وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ - وَتَقَارَبَا فِى اللَّفْظِ - حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ سَمِعْتُ مُحَمَّدَ بْنَ عَبَّادِ بْنِ جَعْفَرٍ يَقُولُ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ سُفْيَانَ وَعَبْدُ اللَّهِ بْنُ عَمْرِو بْنِ الْعَاصِ وَعَبْدُ اللَّهِ بْنُ الْمُسَيَّبِ الْعَابِدِىُّ عَنْ عَبْدِ اللَّهِ بْنِ السَّائِبِ قَالَ صَلَّى لَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ بِمَكَّةَ فَاسْتَفْتَحَ سُورَةَ الْمُؤْمِنِينَ حَتَّى جَاءَ ذِكْرُ مُوسَى وَهَارُونَ أَوْ ذِكْرُ عِيسَى - مُحَمَّدُ بْنُ عَبَّادٍ يَشُكُّ أَوِ اخْتَلَفُوا عَلَيْهِ - أَخَذَتِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَعْلَةٌ فَرَكَعَ وَعَبْدُ اللَّهِ بْنُ السَّائِبِ حَاضِرٌ ذَلِكَ. وَفِى حَدِيثِ عَبْدِ الرَّزَّاقِ فَحَذَفَ فَرَكَعَ. وَفِى حَدِيثِهِ وَعَبْدُ اللَّهِ بْنُ عَمْرٍو. وَلَمْ يَقُلِ ابْنِ الْعَاصِ.

“Rəvayət edilir ki, Abdullah ibn əs-Səib ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Məkkədə bizə Sübh namazını qıldırırdı. (Fatihədən sonra) namazda “əl-Muminun” surəsini Musa və Harun və ya İsa (bu, ravi Muhəmməd ibn Abbadın şəkkidir) qeyd edilən yerə çatdıqda Peyğəmbəri ﷺ öskürək tutdu və rukuya getdi”. Abdullah ibn əs-Səib bu namazda iştirak edirdi. Ravi Abdur-Razzəqin rəvayətində “Oxumağı dayandırdı və ruku etdi” deyilir.”

Abdullah ibn əs-Səib
SəhihMuslim, 1050 (Namaz, 188)

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ح قَالَ وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ ح وَحَدَّثَنِى أَبُو كُرَيْبٍ - وَاللَّفْظُ لَهُ - أَخْبَرَنَا ابْنُ بِشْرٍ عَنْ مِسْعَرٍ قَالَ حَدَّثَنِى الْوَلِيدُ بْنُ سَرِيعٍ عَنْ عَمْرِو بْنِ حُرَيْثٍ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الْفَجْرِ {وَاللَّيْلِ إِذَا عَسْعَسَ}.

“Rəvayət edilir ki, Amr ibn Hureys ﵁ Sübh namazının qiraətində Peyğəmbərin ﷺ “Qaralmaqda olan gecəyə” (“ət-Təkvir” surəsini) oxuduğunu eşitmişdir.”

Amr ibn Hureys
SəhihMuslim, 1051 (Namaz, 189)

حَدَّثَنِى أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ فُضَيْلُ بْنُ حُسَيْنٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنْ قُطْبَةَ بْنِ مَالِكٍ قَالَ صَلَّيْتُ وَصَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ {ق وَالْقُرْآنِ الْمَجِيدِ} حَتَّى قَرَأَ {وَالنَّخْلَ بَاسِقَاتٍ} قَالَ فَجَعَلْتُ أُرَدِّدُهَا وَلاَ أَدْرِى مَا قَالَ.

“Rəvayət edilir ki, Quteybə ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qıldırdıqda “Qaf. Şərəfli Qurana and olsun” (Qaf, 1) ayəsindən “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) ayəsinə qədər oxudu. Mən bunu təkrarlamağa başladım, amma nə dediyini bilmirəm”.”

Qutbə ibn Malik
SəhihMuslim, 1052 (Namaz, 190)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا شَرِيكٌ وَابْنُ عُيَيْنَةَ ح وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنْ قُطْبَةَ بْنِ مَالِكٍ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الْفَجْرِ {وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ}.

“Rəvayət edilir ki, Quteybə ibn Malik ﵁ Sübh namazında Peyğəmbərin ﷺ “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) oxuduğunu eşitmişdir.”

Qutbə ibn Malik
SəhihMuslim, 1053 (Namaz, 191)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنْ عَمِّهِ أَنَّهُ صَلَّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ فَقَرَأَ فِى أَوَّلِ رَكْعَةٍ {وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ} وَرُبَّمَا قَالَ {ق}.

“Ziyad ibn İlaqa ﵀ rəvayət edir ki, əmisi Peyğəmbərlə ﷺ Sübh namazını qıldı. Peyğəmbər ﷺ ilk rükətdə “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) oxudu. Ravi deyir: “Deyəsən “Qaf surəsi” dedi”.”

Ziyad ibn İlaqa
SəhihMuslim, 1054 (Namaz, 192)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ حَدَّثَنَا سِمَاكُ بْنُ حَرْبٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الْفَجْرِ بِ {ق وَالْقُرْآنِ الْمَجِيدِ} وَكَانَ صَلاَتُهُ بَعْدُ تَخْفِيفًا.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Peyğəmbər ﷺ Sübh namazında “Qaf. Şərəfli Qurana and olsun” (Qaf, 1) surəsini oxudu. Ondan sonrakı namazları da yüngül qıldırdı”.”

Cabir ibn Səmura
SəhihMuslim, 1055 (Namaz, 193)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَمُحَمَّدُ بْنُ رَافِعٍ - وَاللَّفْظُ لاِبْنِ رَافِعٍ - قَالاَ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا زُهَيْرٌ عَنْ سِمَاكٍ قَالَ سَأَلْتُ جَابِرَ بْنَ سَمُرَةَ عَنْ صَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ كَانَ يُخَفِّفُ الصَّلاَةَ وَلاَ يُصَلِّى صَلاَةَ هَؤُلاَءِ. قَالَ وَأَنْبَأَنِى أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الْفَجْرِ ب {ق وَالْقُرْآنِ} وَنَحْوِهَا.

“Rəvayət edilir ki, Səmmək ﵀ demişdir: “Mən Cabir ibn Səmuradan Peyğəmbərin ﷺ namazı haqda soruşdum. O dedi: “Allah Elçisi ﷺ namazı yüngül qıldırardı. Bunların namazı kimi uzun qıldırmazdı”. Ravi deyir: “Cabir mənə Allah Elçisinin ﷺ Sübh namazında “Qaf. Şərəfli Qurana and olsun” (Qaf, 1) surəsini və onun kimi surələri oxuduğunu xəbər verdi”.”

Simak
SəhihMuslim, 1056 (Namaz, 194)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ حَدَّثَنَا شُعْبَةُ عَنْ سِمَاكٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الظُّهْرِ بِ {اللَّيْلِ إِذَا يَغْشَى} وَفِى الْعَصْرِ نَحْوَ ذَلِكَ وَفِى الصُّبْحِ أَطْوَلَ مِنْ ذَلِكَ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazında “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (əl-Leyl, 1) surəsini oxuyardı. Əsr namazında da onun kimi surə oxuyardı. Sübh namazında isə bundan uzun surə oxuyardı”.”

Cabir ibn Səmura
SəhihMuslim, 1057 (Namaz, 195)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِىُّ عَنْ شُعْبَةَ عَنْ سِمَاكٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الظُّهْرِ بِ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} وَفِى الصُّبْحِ بِأَطْوَلَ مِنْ ذَلِكَ.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazında “Ən uca olan Rəbbinin adına təriflər de!” (əl-Əalə, 1) surəsini oxuyardı. Sübh namazında isə bundan uzun surə oxuyardı”.”

Cabir ibn Səmura
SəhihMuslim, 1058 (Namaz, 196)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ عَنِ التَّيْمِىِّ عَنْ أَبِى الْمِنْهَالِ عَنْ أَبِى بَرْزَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى صَلاَةِ الْغَدَاةِ مِنَ السِّتِّينَ إِلَى الْمِائَةِ.

“Əbu Bərzə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazında altmış ilə yüz ayə miqdarında oxuyardı.”

Əbu Bərzə
SəhihMuslim, 1059 (Namaz, 197)

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى الْمِنْهَالِ عَنْ أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الْفَجْرِ مَا بَيْنَ السِّتِّينَ إِلَى الْمِائَةِ آيَةً.

“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ Sübh namazında altmış ilə yüz ayə miqdarında oxuyardı”.”

Əbu Bərzə əl-Əsləmi
SəhihMuslim, 1060 (Namaz, 198)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ إِنَّ أُمَّ الْفَضْلِ بِنْتَ الْحَارِثِ سَمِعَتْهُ وَهُوَ يَقْرَأُ {وَالْمُرْسَلاَتِ عُرْفًا} فَقَالَتْ يَا بُنَىَّ لَقَدْ ذَكَّرْتَنِى بِقِرَاءَتِكَ هَذِهِ السُّورَةَ إِنَّهَا لآخِرُ مَا سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِهَا فِى الْمَغْرِبِ.

“Rəvayət edilir ki, bir dəfə Ummu Fədl İbn Abbasın ﵄ “And olsun xeyirlə göndərilənlərə” (əl-Mursələt) surəsini oxuduğunu eşidəndə ona demişdir: “Oğlum! Vallahi, sən bu surəni oxumaqla mənə (unutduğum bir şeyi) xatırlatdın. Mən bu surəni axırıncı dəfə Allah Elçisi ﷺ onu Məğrib namazında oxuyarkən eşitmişəm”.”

İbn Abbas
SəhihMuslim, 1061 (Namaz, 199)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ قَالاَ حَدَّثَنَا سُفْيَانُ ح قَالَ وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ ح قَالَ وَحَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ حَدَّثَنَا أَبِى عَنْ صَالِحٍ كُلُّهُمْ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ. وَزَادَ فِى حَدِيثِ صَالِحٍ ثُمَّ مَا صَلَّى بَعْدُ حَتَّى قَبَضَهُ اللَّهُ عَزَّ وَجَلَّ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə belə bir əlavə var: “Bundan sonra Allah ﷿ onun ruhunu alana qədər bizimlə namaz qılmadı”.”

Əbu Bərzə əl-Əsləmi
SəhihMuslim, 1062 (Namaz, 200)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِالطُّورِ فِى الْمَغْرِبِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Cubeyr ibn Mutim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ Məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitmişəm”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
SəhihMuslim, 1063 (Namaz, 201)

وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالاَ حَدَّثَنَا سُفْيَانُ ح قَالَ وَحَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ كُلُّهُمْ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ. مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
SəhihMuslim, 1064 (Namaz, 202)

Fəsil 36

İşa namazında olan qiraət

باب الْقِرَاءَةِ فِى الْعِشَاءِ

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنْ عَدِىٍّ قَالَ سَمِعْتُ الْبَرَاءَ يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ فِى سَفَرٍ فَصَلَّى الْعِشَاءَ الآخِرَةَ فَقَرَأَ فِى إِحْدَى الرَّكْعَتَيْنِ {وَالتِّينِ وَالزَّيْتُونِ}.

“Bəra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ səfərdə ikən axırıncı namaz olan İşa namazının rükətlərindən birində: “And olsun əncirə və zeytuna!” (“ət-Tin” surəsini) oxumuşdu.”

Bəra
SəhihMuslim, 1065 (Namaz, 203)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ عَنْ يَحْيَى - وَهُوَ ابْنُ سَعِيدٍ - عَنْ عَدِىِّ بْنِ ثَابِتٍ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ أَنَّهُ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ فَقَرَأَ بِالتِّينِ وَالزَّيْتُونِ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Mən Peyğəmbər ﷺ ilə birlikdə İşa namazını qıldım. O: “And olsun əncirə və zeytuna!” (“ət-Tin” surəsini) oxudu”.”

Bəra ibn Azib
SəhihMuslim, 1066 (Namaz, 204)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا مِسْعَرٌ عَنْ عَدِىِّ بْنِ ثَابِتٍ قَالَ سَمِعْتُ الْبَرَاءَ بْنَ عَازِبٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِى الْعِشَاءِ بِالتِّينِ وَالزَّيْتُونِ. فَمَا سَمِعْتُ أَحَدًا أَحْسَنَ صَوْتًا مِنْهُ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Mən Peyğəmbərin İşa namazında: “And olsun əncirə və zeytuna!” (“ət-Tin” surəsini) oxuduğunu eşitdim. Mən onun səsindən daha gözəlini eşitməmişdim”.”

Bəra ibn Azib
SəhihMuslim, 1067 (Namaz, 205)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ عَبَّادٍ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو عَنْ جَابِرٍ قَالَ كَانَ مُعَاذٌ يُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَأْتِى فَيَؤُمُّ قَوْمَهُ فَصَلَّى لَيْلَةً مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ثُمَّ أَتَى قَوْمَهُ فَأَمَّهُمْ فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ فَانْحَرَفَ رَجُلٌ فَسَلَّمَ ثُمَّ صَلَّى وَحْدَهُ وَانْصَرَفَ فَقَالُوا لَهُ أَنَافَقْتَ يَا فُلاَنُ قَالَ لاَ وَاللَّهِ وَلآتِيَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلأُخْبِرَنَّهُ. فَأَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّا أَصْحَابُ نَوَاضِحَ نَعْمَلُ بِالنَّهَارِ وَإِنَّ مُعَاذًا صَلَّى مَعَكَ الْعِشَاءَ ثُمَّ أَتَى فَافْتَتَحَ بِسُورَةِ الْبَقَرَةِ. فَأَقْبَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى مُعَاذٍ فَقَالَ « يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ اقْرَأْ بِكَذَا وَاقْرَأْ بِكَذَا ». قَالَ سُفْيَانُ فَقُلْتُ لِعَمْرٍو إِنَّ أَبَا الزُّبَيْرِ حَدَّثَنَا عَنْ جَابِرٍ أَنَّهُ قَالَ « اقْرَأْ وَالشَّمْسِ وَضُحَاهَا. وَالضُّحَى. وَاللَّيْلِ إِذَا يَغْشَى. وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى ». فَقَالَ عَمْرٌو نَحْوَ هَذَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz Peyğəmbərlə ﷺ namaz qılar, sonra isə gedib tayfasına imamlıq edərək onlara namaz qıldırardı. Bir gecə o, Peyğəmbərlə ﷺ İşa namazını qıldıqdan sonra gedib tayfasına “əl-Bəqərə” surəsi ilə başlayaraq namazı qıldırdıqda, bir kişi çevrilərək salam verib namazdan çıxdı və namazını tək qılıb getdi. Onlar dedilər: “Ey filankəs, sən münafiqlik etdin”. O da: “Allaha and olsun! Mən bunu Allah Elçisinə ﷺ xəbər verəcəyəm”- dedi və Allah Elçisinin ﷺ yanına gəlib belə buyurdu: “Ey Allahın Elçisi, biz dəvələrə su verənik. Gündüzlər işləyirik. Muaz səninlə İşa namazını qıldıqdan sonra gəlib bizə namazı “əl-Bəqərə” surəsi ilə başladı”. Allah Elçisi ﷺ çevrilib Muaza belə buyurdu: “Ey Muaz, sən fitnəkarsan? Bunu və bunu oxu!” ...Cabir deyir: “And olsun günəşə və onun saçdığı şəfəqə” (əş-Şəms”), “And olsun səhərə” (“əd-Duha”), “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (əl-Leyl”) və “Ən uca olan Rəbbinin adına təriflər de!” (“əl-Əalə”) surələrini oxu”. Ravi Amr dedi: “Bunun kimi surələri”.”

Cabir
SəhihMuslim, 1068 (Namaz, 206)

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح قَالَ وَحَدَّثَنَا ابْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ أَنَّهُ قَالَ صَلَّى مُعَاذُ بْنُ جَبَلٍ الأَنْصَارِىُّ لأَصْحَابِهِ الْعِشَاءَ فَطَوَّلَ عَلَيْهِمْ فَانْصَرَفَ رَجُلٌ مِنَّا فَصَلَّى فَأُخْبِرَ مُعَاذٌ عَنْهُ فَقَالَ إِنَّهُ مُنَافِقٌ. فَلَمَّا بَلَغَ ذَلِكَ الرَّجُلَ دَخَلَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ مَا قَالَ مُعَاذٌ فَقَالَ لَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَتُرِيدُ أَنْ تَكُونَ فَتَّانًا يَا مُعَاذُ إِذَا أَمَمْتَ النَّاسَ فَاقْرَأْ بِالشَّمْسِ وَضُحَاهَا. وَسَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى. وَاقْرَأْ بِاسْمِ رَبِّكَ. وَاللَّيْلِ إِذَا يَغْشَى ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz ibn Cəbəl əl-Ənsari dostlarına İşa namazını qıldırırdı. Namazı uzun etdikdə bizdən bir kişi namazdan çıxıb tək qıldı. Bu məsələ Muaza xəbər verildikdə Muaz dedi: “O, münafiqdir”. Bu söz həmin kişinin qulağına çatdıqda Allah Elçisinin yanına gedib Muazın dediyini ona xəbər verdi. Peyğəmbər ﷺ Muaza buyurdu: “Sən fitnəkar olmaq istəyirsən, ey Muaz, sən fitnəkarsan? Camaata imamlıq etdikdə “And olsun günəşə və onun saçdığı şəfəqə” (“əş-Şəms”), “Ən uca olan Rəbbinin adına təriflər de!” (“əl-Əalə”), “Aləq” və “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə” (əl-Leyl”) surələrini oxu”.”

Cabir
SəhihMuslim, 1069 (Namaz, 207)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ مَنْصُورٍ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ كَانَ يُصَلِّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ الآخِرَةَ ثُمَّ يَرْجِعُ إِلَى قَوْمِهِ فَيُصَلِّى بِهِمْ تِلْكَ الصَّلاَةَ.

“Cabir ibn Abdullah ﵄ demişdir: “Muaz ibn Cəbəl Allah Elçisi ﷺ ilə günün axırıncı namazı olan İşa namazını qılandan sonra qayıdıb bu namazı tayfasına qıldırırdı”.”

Cabir ibn Abdullah
SəhihMuslim, 1070 (Namaz, 208)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ قَالَ أَبُو الرَّبِيعِ حَدَّثَنَا حَمَّادٌ حَدَّثَنَا أَيُّوبُ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ كَانَ مُعَاذٌ يُصَلِّى مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ثُمَّ يَأْتِى مَسْجِدَ قَوْمِهِ فَيُصَلِّى بِهِمْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Muaz Allah Elçisi ﷺ ilə İşa namazını qılandan sonra gedib bu namazı tayfasına qıldırırdı”.”

Cabir ibn Abdullah
SəhihMuslim, 1071 (Namaz, 209)

Fəsil 37

İmamlara bütün namazı yüngül qıldırmalarının əmr olunması

باب أَمْرِ الأَئِمَّةِ بِتَخْفِيفِ الصَّلاَةِ فِى تَمَامٍ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا هُشَيْمٌ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسٍ عَنْ أَبِى مَسْعُودٍ الأَنْصَارِىِّ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ إِنِّى لأَتَأَخَّرُ عَنْ صَلاَةِ الصُّبْحِ مِنْ أَجْلِ فُلاَنٍ مِمَّا يُطِيلُ بِنَا. فَمَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَضِبَ فِى مَوْعِظَةٍ قَطُّ أَشَدَّ مِمَّا غَضِبَ يَوْمَئِذٍ فَقَالَ « يَا أَيُّهَا النَّاسُ إِنَّ مِنْكُمْ مُنَفِّرِينَ فَأَيُّكُمْ أَمَّ النَّاسَ فَلْيُوجِزْ فَإِنَّ مِنْ وَرَائِهِ الْكَبِيرَ وَالضَّعِيفَ وَذَا الْحَاجَةِ ».

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Bir kişi Allah Elçisinin yanına dedi: “Mən filankəsin bizə namazı uzun qıldırdığına görə Sübh namazına gələ bilmirəm. Mən Peyğəmbərin o günkü qədər qəzəbləndiyini görməmişdim. O buyurdu: “Ey insanlar! Sizin aranızda insanlarda nifrət oyadanlar var. Həqiqətən, (imamın) arxasında qoca, zəiflər və (təcili) işi çıxmış kimsələr var”.”

Əbu Məsud əl-Ənsari
SəhihMuslim, 1072 (Namaz, 210)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا هُشَيْمٌ وَوَكِيعٌ ح قَالَ وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا أَبِى ح وَحَدَّثَنَا ابْنُ أَبِى عُمَرَ حَدَّثَنَا سُفْيَانُ كُلُّهُمْ عَنْ إِسْمَاعِيلَ فِى هَذَا الإِسْنَادِ بِمِثْلِ حَدِيثِ هُشَيْمٍ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Məsud əl-Ənsari
SəhihMuslim, 1073 (Namaz, 211)

وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْمُغِيرَةُ - وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْحِزَامِىُّ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَمَّ أَحَدُكُمُ النَّاسَ فَلْيُخَفِّفْ فَإِنَّ فِيهِمُ الصَّغِيرَ وَالْكَبِيرَ وَالضَّعِيفَ وَالْمَرِيضَ فَإِذَا صَلَّى وَحْدَهُ فَلْيُصَلِّ كَيْفَ شَاءَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz camaata namaz qıldırsa, namazı yüngül qıldırsın. Çünki onların arasında kiçik, qoca, zəiflər və xəstələr var. Tək namaz qıldıqda isə namazı istədiyi qədər uzatsın”.”

Əbu Hureyra
SəhihMuslim, 1074 (Namaz, 212)

حَدَّثَنَا ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ حَدَّثَنَا مَعْمَرٌ عَنْ هَمَّامِ بْنِ مُنَبِّهٍ قَالَ هَذَا مَا حَدَّثَنَا أَبُو هُرَيْرَةَ عَنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ أَحَادِيثَ مِنْهَا وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا مَا قَامَ أَحَدُكُمْ لِلنَّاسِ فَلْيُخَفِّفِ الصَّلاَةَ فَإِنَّ فِيهِمُ الْكَبِيرَ وَفِيهِمُ الضَّعِيفَ وَإِذَا قَامَ وَحْدَهُ فَلْيُطِلْ صَلاَتَهُ مَا شَاءَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi Muhəmməd ﷺ belə buyurdu: “Biriniz camaata namaz qıldırsa, namazı yüngül qıldırsın. Çünki onların arasında qocalar və xəstələr var. Tək namaz qıldıqda isə, istədiyi qədər namazı uzatsın”.”

Əbu Hureyra
SəhihMuslim, 1075 (Namaz, 213)

وَحَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا صَلَّى أَحَدُكُمْ لِلنَّاسِ فَلْيُخَفِّفْ فَإِنَّ فِى النَّاسِ الضَّعِيفَ وَالسَّقِيمَ وَذَا الْحَاجَةِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz camaata namaz qıldırsa, namazı yüngül qıldırsın. Çünki insanlar arasında qoca, tənha və (təcili) işi çıxmış kimsələr var”.”

Əbu Hureyra
SəhihMuslim, 1076 (Namaz, 214)

وَحَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ حَدَّثَنِى أَبِى حَدَّثَنِى اللَّيْثُ بْنُ سَعْدٍ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ حَدَّثَنِى أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. بِمِثْلِهِ غَيْرَ أَنَّهُ قَالَ - بَدَلَ السَّقِيمِ - الْكَبِيرَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “tənha qalan” əvəzinə “qoca” deyilir.”

Əbu Hureyra
SəhihMuslim, 1077 (Namaz, 215)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ حَدَّثَنَا مُوسَى بْنُ طَلْحَةَ حَدَّثَنِى عُثْمَانُ بْنُ أَبِى الْعَاصِ الثَّقَفِىُّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ « أُمَّ قَوْمَكَ ». قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ إِنِّى أَجِدُ فِى نَفْسِى شَيْئًا. قَالَ « ادْنُهْ ». فَجَلَّسَنِى بَيْنَ يَدَيْهِ ثُمَّ وَضَعَ كَفَّهُ فِى صَدْرِى بَيْنَ ثَدْيَىَّ ثُمَّ قَالَ « تَحَوَّلْ ». فَوَضَعَهَا فِى ظَهْرِى بَيْنَ كَتِفَىَّ ثُمَّ قَالَ « أُمَّ قَوْمَكَ فَمَنْ أَمَّ قَوْمًا فَلْيُخَفِّفْ فَإِنَّ فِيهِمُ الْكَبِيرَ وَإِنَّ فِيهِمُ الْمَرِيضَ وَإِنَّ فِيهِمُ الضَّعِيفَ وَإِنَّ فِيهِمْ ذَا الْحَاجَةِ وَإِذَا صَلَّى أَحَدُكُمْ وَحْدَهُ فَلْيُصَلِّ كَيْفَ شَاءَ ».

“Osman ibn Əbul-As əs-Səqafi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ona buyurdu: “Tayfana özün imamlıq et!” Osman deyir: “Mən dedim: “Ey Allahın Elçisi, mən özümdə bir şey hiss edirəm”. Peyğəmbər ﷺ: “Yoxla!” dedi və məni qarşısında oturtdu. Sonra ovucunu sinəmin ortasına qoydu. Sonra mənə: “Çevril!” dedi və ovucunu kürəyimin ortasına qoydu, sonra da belə buyurdu: “Tayfana özün imamlıq et! Kim öz tayfasına imamlıq etsə, namazı yüngül qıldırsın, çünki onların arasında qoca, xəstə, zəif və (təcili) işi çıxmış kimsələr ola bilər. Sizdən biri namazı tək qıldıqda isə istədiyi kimi qılsın”.”

Osman ibn Əbul-As əs-Səqafi
SəhihMuslim, 1078 (Namaz, 216)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ قَالَ سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ قَالَ حَدَّثَ عُثْمَانُ بْنُ أَبِى الْعَاصِ قَالَ آخِرُ مَا عَهِدَ إِلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَمَمْتَ قَوْمًا فَأَخِفَّ بِهِمُ الصَّلاَةَ ».

“Rəvayət edilir ki, Osman ibn Əbul-As ﵁ demişdir: “Allah Elçisinin ﷺ mənə son vəsiyyəti belə olmuşdur: “Biriniz camaata namaz qıldırsa, namazı yüngül qıldırsın”.”

Osman ibn Əbul-As
SəhihMuslim, 1079 (Namaz, 217)

وَحَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ وَأَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ قَالاَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُوجِزُ فِى الصَّلاَةِ وَيُتِمُّ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namazı qısa və tam qıldırardı.”

Ənəs
SəhihMuslim, 1080 (Namaz, 218)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ قُتَيْبَةُ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ مِنْ أَخَفِّ النَّاسِ صَلاَةً فِى تَمَامٍ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazı tam qıldırmaqla yanaşı, insanların ən yüngül namaz qıldıranı idi.”

Ənəs
SəhihMuslim, 1081 (Namaz, 219)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَيَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعَلِىُّ بْنُ حُجْرٍ قَالَ يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرُونَ حَدَّثَنَا إِسْمَاعِيلُ - يَعْنُونَ ابْنَ جَعْفَرٍ - عَنْ شَرِيكِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى نَمِرٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ مَا صَلَّيْتُ وَرَاءَ إِمَامٍ قَطُّ أَخَفَّ صَلاَةً وَلاَ أَتَمَّ صَلاَةً مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ daha yüngül, lakin tam namaz qıldıran heç bir kəsin arxasında namaz qılmadım”.”

Ənəs ibn Malik
SəhihMuslim, 1082 (Namaz, 220)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ عَنْ ثَابِتٍ الْبُنَانِىِّ عَنْ أَنَسٍ قَالَ أَنَسٌ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْمَعُ بُكَاءَ الصَّبِىِّ مَعَ أُمِّهِ وَهُوَ فِى الصَّلاَةِ فَيَقْرَأُ بِالسُّورَةِ الْخَفِيفَةِ أَوْ بِالسُّورَةِ الْقَصِيرَةِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ namazda olduqda anasının yanında ağlayan körpə uşaq səsini eşitdi və yüngül, yaxud qısa surə oxudu.”

Ənəs
SəhihMuslim, 1083 (Namaz, 221)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ مِنْهَالٍ الضَّرِيرُ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى عَرُوبَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَدْخُلُ الصَّلاَةَ أُرِيدُ إِطَالَتَهَا فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ فَأُخَفِّفُ مِنْ شِدَّةِ وَجْدِ أُمِّهِ بِهِ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən namaza başladıqda onu uzun etmək istəyirəm, lakin körpə uşağın ağladığını eşitdiyimə görə anasının narahat olmaması üçün onu yüngül edirəm”.”

Ənəs
SəhihMuslim, 1084 (Namaz, 222)

Fəsil 38

Namazın ərkanlarını yerinə yetirib tam qılmaqla yanaşı onu qısa etmək

باب اعْتِدَالِ أَرْكَانِ الصَّلاَةِ وَتَخْفِيفِهَا فِى تَمَامٍ

وَحَدَّثَنَا حَامِدُ بْنُ عُمَرَ الْبَكْرَاوِىُّ وَأَبُو كَامِلٍ فُضَيْلُ بْنُ حُسَيْنٍ الْجَحْدَرِىُّ كِلاَهُمَا عَنْ أَبِى عَوَانَةَ - قَالَ حَامِدٌ حَدَّثَنَا أَبُو عَوَانَةَ - عَنْ هِلاَلِ بْنِ أَبِى حُمَيْدٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ رَمَقْتُ الصَّلاَةَ مَعَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَجَدْتُ قِيَامَهُ فَرَكْعَتَهُ فَاعْتِدَالَهُ بَعْدَ رُكُوعِهِ فَسَجْدَتَهُ فَجَلْسَتَهُ بَيْنَ السَّجْدَتَيْنِ فَسَجْدَتَهُ فَجَلْسَتَهُ مَا بَيْنَ التَّسْلِيمِ وَالاِنْصِرَافِ قَرِيبًا مِنَ السَّوَاءِ.

“Rəvayət edilir ki, Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən Muhəmmədlə qılınan namazı diqqətlə izlədim və onun qiyamının, rukusunun, rukudan sonra düz durmasının, səcdəsinin, iki səcdə arasındakı oturuşunun, səcdəsinin, oturuşu ilə salam verməsinin təqribən eyni olduğunu gördüm”.”

Bəra ibn Azib
SəhihMuslim, 1085 (Namaz, 223)

وَحَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ الْعَنْبَرِىُّ حَدَّثَنَا أَبِى حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ غَلَبَ عَلَى الْكُوفَةِ رَجُلٌ - قَدْ سَمَّاهُ - زَمَنَ ابْنِ الأَشْعَثِ فَأَمَرَ أَبَا عُبَيْدَةَ بْنَ عَبْدِ اللَّهِ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَكَانَ يُصَلِّى فَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامَ قَدْرَ مَا أَقُولُ اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ. قَالَ الْحَكَمُ فَذَكَرْتُ ذَلِكَ لِعَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى فَقَالَ سَمِعْتُ الْبَرَاءَ بْنَ عَازِبٍ يَقُولُ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرُكُوعُهُ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَسُجُودُهُ وَمَا بَيْنَ السَّجْدَتَيْنِ قَرِيبًا مِنَ السَّوَاءِ. قَالَ شُعْبَةُ فَذَكَرْتُهُ لِعَمْرِو بْنِ مُرَّةَ فَقَالَ قَدْ رَأَيْتُ ابْنَ أَبِى لَيْلَى فَلَمْ تَكُنْ صَلاَتُهُ هَكَذَا.

“Rəvayət edilir ki, əl-Həkəm ﵀ demişdir: “İbn əl-Əşasın (fitnəsi) vaxtı Kufəni bir nəfər idarəsi altına aldıqda həmin adam Ubeydullah ibn Abdullaha camaata namaz qıldırmasını əmr etdi. Ubeydullah namaz qıldırdı və başını rukudan qaldırdıqda mən bu duanı oxuyan müddət qədər ayaq üstə qaldı: “Göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey tərif və şərəf sahibi! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinin hörməti Sənin yanında ona fayda verməz!” əl-Həkəm deyir: “Mən bunu Abdur-Rahmən ibn Əbu Leylaya dedim. O da belə buyurdu: “Mən Bəra ibn Azibin belə dediyini eşitmişəm: “Allah Elçisinin ﷺ namazı, rukusu, rukudan başını qaldırıb dikəlməsi, səcdəsi və iki səcdə arasındakı oturuşu təqribən eyni müddət idi”. Ravi Şubə dedi: “Mən bunu Amr ibn Murraya danışdım, o da: “Mən İbn Əbu Leylanı gördüm, onun namazı belə deyildi” buyurdu”.”

əl-Həkəm
SəhihMuslim, 1086 (Namaz, 224)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ أَنَّ مَطَرَ بْنَ نَاجِيَةَ لَمَّا ظَهَرَ عَلَى الْكُوفَةِ أَمَرَ أَبَا عُبَيْدَةَ أَنْ يُصَلِّىَ بِالنَّاسِ. وَسَاقَ الْحَدِيثَ.

“Həkəm ﵀ “Mətar ibn Naciyə Kufəni zəbt etdikdə Əbu Ubeydəyə camaata namaz qıldırmağı əmr etdi...” dedi və yuxarıdakı hədisi rəvayət etdi.”

Həkəm
SəhihMuslim, 1087 (Namaz, 225)

حَدَّثَنَا خَلَفُ بْنُ هِشَامٍ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ إِنِّى لاَ آلُو أَنْ أُصَلِّىَ بِكُمْ كَمَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِنَا. قَالَ فَكَانَ أَنَسٌ يَصْنَعُ شَيْئًا لاَ أَرَاكُمْ تَصْنَعُونَهُ كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ انْتَصَبَ قَائِمًا حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ. وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ مَكَثَ حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bizə necə namaz qıldırdığını görmüşəmsə, sizə də elə namaz qıldıracağam”. Sabit dedi: “Ənəs elə bir şey edirdi ki, mən onu sizin etdiyinizi görmürəm. O, başını rukudan qaldırıb dikəldikdə ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “O, (səcdə etməyi) unudub”, habelə başını səcdədən qaldırıb oturduqda o qədər çox oturardı ki, bəziləri deyərdilər: “O, (ikinci səcdəni) unudub”.”

Ənəs
SəhihMuslim, 1088 (Namaz, 226)

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ نَافِعٍ الْعَبْدِىُّ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا حَمَّادٌ أَخْبَرَنَا ثَابِتٌ عَنْ أَنَسٍ قَالَ مَا صَلَّيْتُ خَلْفَ أَحَدٍ أَوْجَزَ صَلاَةً مِنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى تَمَامٍ كَانَتْ صَلاَةُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَقَارِبَةً وَكَانَتْ صَلاَةُ أَبِى بَكْرٍ مُتَقَارِبَةً فَلَمَّا كَانَ عُمَرُ بْنُ الْخَطَّابِ مَدَّ فِى صَلاَةِ الْفَجْرِ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». قَامَ حَتَّى نَقُولَ قَدْ أَوْهَمَ. ثُمَّ يَسْجُدُ وَيَقْعُدُ بَيْنَ السَّجْدَتَيْنِ حَتَّى نَقُولَ قَدْ أَوْهَمَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bizə necə namaz qıldırdığını görmüşəmsə, sizə də elə namaz qıldıracağam”. Sabit dedi: “Mən tam olmaq şərti ilə Allah Elçisinin ﷺ namazı kimi heç kimin arxasında namaz qılmadım. Allah Elçisinin ﷺ namazı hərəkətlərin vaxtlarında bir-birinə oxşar idi. Əbu Bəkrin namazı da hərəkətlərin vaxtlarında bir-birinə oxşar idi. Ömər ibn əl-Xattab xəlifə olduqda Sübh namazını uzun qıldırdı. Allah Elçisi ﷺ “Səmi Allahu limən həmidəh” dedikdə o qədər ayaq üstə durardı ki, biz: “Yəqin unudub”- deyərdik. Sonra səcdə edər və iki səcdə arasında o qədər çox oturardı ki, biz də: “Yəqin unudub” deyərdik”.”

Ənəs
SəhihMuslim, 1089 (Namaz, 227)

Fəsil 39

İmama tabe olmaq və ondan sonra edilən hərəkətlər

باب مُتَابَعَةِ الإِمَامِ وَالْعَمَلِ بَعْدَهُ

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ حَدَّثَنَا زُهَيْرٌ حَدَّثَنَا أَبُو إِسْحَاقَ ح قَالَ وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا أَبُو خَيْثَمَةَ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ قَالَ حَدَّثَنِى الْبَرَاءُ وَهُوَ غَيْرُ كَذُوبٍ أَنَّهُمْ كَانُوا يُصَلُّونَ خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ لَمْ أَرَ أَحَدًا يَحْنِى ظَهْرَهُ حَتَّى يَضَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَبْهَتَهُ عَلَى الأَرْضِ ثُمَّ يَخِرُّ مَنْ وَرَاءَهُ سُجَّدًا.

“Sözündə yalan olmayan Bəra ibn Azib ﵁ rəvayət edir ki, onlar Allah Elçisinin ﷺ arxasında namaz qılanda Allah Elçisi ﷺ alnını yerə qoymayanadək bizdən heç birimizin belini əyən görməzdim. Sonra Peyğəmbərin ﷺ arxasındakılar səcdə edərdilər”.”

Bəra
SəhihMuslim, 1090 (Namaz, 228)

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِىُّ حَدَّثَنَا يَحْيَى - يَعْنِى ابْنَ سَعِيدٍ - حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنِى أَبُو إِسْحَاقَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ حَدَّثَنِى الْبَرَاءُ - وَهُوَ غَيْرُ كَذُوبٍ - قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَقَعَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا ثُمَّ نَقَعُ سُجُودًا بَعْدَهُ.

“Sözündə yalan olmayan Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda “Səmi Allahu limən həmidəh”– dedikdə, bizdən heç birimiz Peyğəmbər ﷺ səcdə etməyənədək belini əyməzdi və biz ondan sonra səcdə edərdik”.”

Bəra
SəhihMuslim, 1091 (Namaz, 229)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ سَهْمٍ الأَنْطَاكِىُّ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ أَبُو إِسْحَاقَ الْفَزَارِىُّ عَنْ أَبِى إِسْحَاقَ الشَّيْبَانِىِّ عَنْ مُحَارِبِ بْنِ دِثَارٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ يَزِيدَ يَقُولُ عَلَى الْمِنْبَرِ حَدَّثَنَا الْبَرَاءُ أَنَّهُمْ كَانُوا يُصَلُّونَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا رَكَعَ رَكَعُوا وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ فَقَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». لَمْ نَزَلْ قِيَامًا حَتَّى نَرَاهُ قَدْ وَضَعَ وَجْهَهُ فِى الأَرْضِ ثُمَّ نَتَّبِعُهُ.

“Muharib ibn Disər ﵀ rəvayət edir ki, Abdullah ibn Yəzid minbərdən bizə dedi: “Bəra bizə rəvayət etdi ki, onlar Allah Elçisinin ﷺ arxasında namaz qılardılar. O, ruku etdikdə onlar da ruku edərdilər. O, başını rukudan qaldırıb: “Səmi Allahu limən həmidəh”– dedikdə üzünü yerə qoyduğunu görməyənə qədər ayaq üstə durar, sonra ona tabe olardıq”.”

Muharib ibn Disər
SəhihMuslim, 1092 (Namaz, 230)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَابْنُ نُمَيْرٍ قَالاَ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ حَدَّثَنَا أَبَانٌ وَغَيْرُهُ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنِ الْبَرَاءِ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يَحْنُو أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى نَرَاهُ قَدْ سَجَدَ. فَقَالَ زُهَيْرٌ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الْكُوفِيُّونَ أَبَانٌ وَغَيْرُهُ قَالَ حَتَّى نَرَاهُ يَسْجُدُ.

“Rəvayət edilir ki, Bəra ﵁ demişdir: “Biz Peyğəmbər ﷺ ilə birlikdə namaz qıldıqda onun səcdə etdiyini görmədikcə heç birimiz belini əyməzdi”. Ravi Əban dedi: “Onun səcdə etdiyini görənə qədər...”.”

Bəra
SəhihMuslim, 1093 (Namaz, 231)

حَدَّثَنَا مُحْرِزُ بْنُ عَوْنِ بْنِ أَبِى عَوْنٍ حَدَّثَنَا خَلَفُ بْنُ خَلِيفَةَ الأَشْجَعِىُّ أَبُو أَحْمَدَ عَنِ الْوَلِيدِ بْنِ سَرِيعٍ مَوْلَى آلِ عَمْرِو بْنِ حُرَيْثٍ عَنْ عَمْرِو بْنِ حُرَيْثٍ قَالَ صَلَّيْتُ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْفَجْرَ فَسَمِعْتُهُ يَقْرَأُ {فَلاَ أُقْسِمُ بِالْخُنَّسِ الْجَوَارِ الْكُنَّسِ} وَكَانَ لاَ يَحْنِى رَجُلٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَسْتَتِمَّ سَاجِدًا.

“Rəvayət edilir ki, Amr ibn Hureys ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ arxasında Sübh namazını qıldım və onun “And içirəm gecə çıxıb gündüz batan ulduzlara, seyrə çıxıb gizlənən səyyarələrə” (ət-Təkvir, 15-16) ayəsini oxuduğunu eşitdim. O, tamamilə səcdəyə getmədən bizdən heç kim belini əyməzdi”.”

Amr ibn Hureys
SəhihMuslim, 1094 (Namaz, 232)

Fəsil 40

Başı rukudan qaldırıb dikəldikdə nə deyilir?

باب مَا يَقُولُ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ عُبَيْدِ بْنِ الْحَسَنِ عَنِ ابْنِ أَبِى أَوْفَى قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ ظَهْرَهُ مِنَ الرُّكُوعِ قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ ».

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Peyğəmbər ﷺ rukudan qalxıb dikəldikdə deyərdi: “Allah Ona həmd edəni eşitdi. Allahım, ey Rəbbim, Sənə göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu həmd olsun!””

İbn Əbu Əufə
SəhihMuslim, 1095 (Namaz, 233)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ عُبَيْدِ بْنِ الْحَسَنِ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ أَبِى أَوْفَى قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهَذَا الدُّعَاءِ « اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ ».

“Rəvayət edilir ki, İbn Əbu Əufə ﵁ demişdir: “Allah Elçisi ﷺ dua edərək belə deyərdi: “Allahım, ey Rəbbim, Sənə göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu həmd olsun!””

Abdullah ibn Əbu Əufə
SəhihMuslim, 1096 (Namaz, 234)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَجْزَأَةَ بْنِ زَاهِرٍ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ أَبِى أَوْفَى يُحَدِّثُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ « اللَّهُمَّ لَكَ الْحَمْدُ مِلْءَ السَّمَاءِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ اللَّهُمَّ طَهِّرْنِى بِالثَّلْجِ وَالْبَرَدِ وَالْمَاءِ الْبَارِدِ اللَّهُمَّ طَهِّرْنِى مِنَ الذُّنُوبِ وَالْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الْوَسَخِ ».

“Abdullah ibn Əbu Əufə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dua edərək belə deyərdi: “Allahım, göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun! Allahım, mənim günahlarımı qar, dolu və soyuq su ilə təmizlə! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlarımdan və xətalarımdan təmizlə!””

Abdullah ibn Əbu Əufə
SəhihMuslim, 1097 (Namaz, 235)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُعَاذٍ حَدَّثَنَا أَبِى ح قَالَ وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ كِلاَهُمَا عَنْ شُعْبَةَ بِهَذَا الإِسْنَادِ فِى رِوَايَةِ مُعَاذٍ « كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّرَنِ ». وَفِى رِوَايَةِ يَزِيدَ « مِنَ الدَّنَسِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, amma burada Muazın rəvayətində deyilir: “ağ paltar çirkdən təmizləndiyi kimi”, Yəzidin rəvayətində isə “çirkabdan” deyilir.”

Amr ibn Hureys
SəhihMuslim, 1098 (Namaz, 236)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الدَّارِمِىُّ أَخْبَرَنَا مَرْوَانُ بْنُ مُحَمَّدٍ الدِّمَشْقِىُّ حَدَّثَنَا سَعِيدُ بْنُ عَبْدِ الْعَزِيزِ عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ عَنْ قَزْعَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ « رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَالأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ أَحَقُّ مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ».

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ başını rukudan dikəltdikdə deyərdi: “Ey Rəbbimiz, göylər dolusu, Sənə yer dolusu və bundan sonra istədiyin şeylər dolusu həmd olsun! Ey tərif və şərəf sahibi! Bəndənin – hamımız Sənin qulunuq – söylədiyi ən doğru söz budur: “Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!””

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1099 (Namaz, 237)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا هُشَيْمُ بْنُ بَشِيرٍ أَخْبَرَنَا هِشَامُ بْنُ حَسَّانَ عَنْ قَيْسِ بْنِ سَعْدٍ عَنْ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ « اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمَا بَيْنَهُمَا وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ başını rukudan qaldırdıqda (dua edərək) belə deyərdi: “Allahım, ey Rəbbimiz, göylər dolusu, yer dolusu və onların arasında olan şeylər dolusu Sənə həmd olsun! Ey tərif və şərəf sahibi! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Sənin yanında heç bir hörmət sahibinə fayda verməz!””

İbn Abbas
SəhihMuslim, 1100 (Namaz, 238)

حَدَّثَنَا ابْنُ نُمَيْرٍ حَدَّثَنَا حَفْصٌ حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ حَدَّثَنَا قَيْسُ بْنُ سَعْدٍ عَنْ عَطَاءٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى قَوْلِهِ « وَمِلْءَ مَا شِئْتَ مِنْ شَىْءٍ بَعْدُ ». وَلَمْ يَذْكُرْ مَا بَعْدَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin “...olan şeylər dolusu Sənə həmd olsun!” hissəsinə qədər rəvayət olunmuşdur.”

İbn Abbas
SəhihMuslim, 1101 (Namaz, 239)

Fəsil 41

Ruku və səcdələrdə Quran oxumağın qadağan olunması

باب النَّهْىِ عَنْ قِرَاءَةِ الْقُرْآنِ فِى الرُّكُوعِ وَالسُّجُودِ

حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ أَخْبَرَنِى سُلَيْمَانُ بْنُ سُحَيْمٍ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتَارَةَ وَالنَّاسُ صُفُوفٌ خَلْفَ أَبِى بَكْرٍ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا الصَّالِحَةُ يَرَاهَا الْمُسْلِمُ أَوْ تُرَى لَهُ أَلاَ وَإِنِّى نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا فَأَمَّا الرُّكُوعُ فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِى الدُّعَاءِ فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ ».

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ (Aişənin otağında olan) pərdəni açdı. Camaat Əbu Bəkrin arxasında cərgə-cərgə durmuşdu. Allah Elçisi ﷺ buyurdu: “Ey insanlar! Həqiqətən, peyğəmbərliyin möcüzələrindən müsəlmanın gördüyü və ya ona göstərilən saleh yuxudan başqa heç nə qalmamışdır. Mənə rukuda və səcdədə Quran oxumaq qadağan edildi. Rukuda Rəbbi ﷿ təzim edim, səcdədə isə dua etməyə çalışın, çünki səcdə halında edilən dua qəbul olmağa daha layiqdir”.”

İbn Abbas
SəhihMuslim, 1102 (Namaz, 240)

قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا سُفْيَانُ عَنْ سُلَيْمَانَ حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ أَخْبَرَنِى سُلَيْمَانُ بْنُ سُحَيْمٍ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ قَالَ كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السِّتْرَ وَرَأْسُهُ مَعْصُوبٌ فِى مَرَضِهِ الَّذِى مَاتَ فِيهِ فَقَالَ « اللَّهُمَّ هَلْ بَلَّغْتُ ». ثَلاَثَ مَرَّاتٍ « إِنَّهُ لَمْ يَبْقَ مِنْ مُبَشِّرَاتِ النُّبُوَّةِ إِلاَّ الرُّؤْيَا يَرَاهَا الْعَبْدُ الصَّالِحُ أَوْ تُرَى لَهُ ». ثُمَّ ذَكَرَ بِمِثْلِ حَدِيثِ سُفْيَانَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ (Aişənin otağında olan) pərdəni açdı. Vəfatına səbəb olan bu xəstəlik zamanı başı (dəsmal ilə) sarınmışdı. Peyğəmbər ﷺ üç dəfə: “Allahım, təbliğ etdimmi?”- dedi, sonra bunları buyurdu: “Həqiqətən, müsəlmanın gördüyü və ya ona göstərilən saleh yuxudan başqa peyğəmbərliyin möcüzələrindən heç nə qalmamışdır...”. Sonra Ravi Süfyan hədisi yuxarıdakı kimi rəvayət etdi.”

İbn Abbas
SəhihMuslim, 1103 (Namaz, 241)

حَدَّثَنِى أَبُو الطَّاهِرِ وَحَرْمَلَةُ قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ أَنَّ أَبَاهُ حَدَّثَهُ أَنَّهُ سَمِعَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ قَالَ نَهَانِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَقْرَأَ رَاكِعًا أَوْ سَاجِدًا.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə rukuda və səcdədə Quran oxumağı qadağan etdi”.”

Əli ibn Əbu Talib
SəhihMuslim, 1104 (Namaz, 242)

وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الْوَلِيدِ - يَعْنِى ابْنَ كَثِيرٍ - حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنْ أَبِيهِ أَنَّهُ سَمِعَ عَلِىَّ بْنَ أَبِى طَالِبٍ يَقُولُ نَهَانِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ قِرَاءَةِ الْقُرْآنِ وَأَنَا رَاكِعٌ أَوْ سَاجِدٌ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə rukuda və səcdədə Quran oxumağı qadağan etdi”.”

Əli ibn Əbu Talib
SəhihMuslim, 1105 (Namaz, 243)

وَحَدَّثَنِى أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ أَخْبَرَنَا ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ أَخْبَرَنِى زَيْدُ بْنُ أَسْلَمَ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنْ أَبِيهِ عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ أَنَّهُ قَالَ نَهَانِى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْقِرَاءَةِ فِى الرُّكُوعِ وَالسُّجُودِ وَلاَ أَقُولُ نَهَاكُمْ.

“Rəvayət edilir ki, Əli ibn Əbu Talib ﵁ demişdir: “Allah Elçisi ﷺ mənə rukuda və səcdədə Quran oxumağı qadağan etdi, amma sizə qadağan etdiyini demirəm”.”

Əli ibn Əbu Talib
SəhihMuslim, 1106 (Namaz, 244)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ قَالاَ أَخْبَرَنَا أَبُو عَامِرٍ الْعَقَدِىُّ حَدَّثَنَا دَاوُدُ بْنُ قَيْسٍ حَدَّثَنِى إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ عَنْ عَلِىٍّ قَالَ نَهَانِى حِبِّى صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَقْرَأَ رَاكِعًا أَوْ سَاجِدًا.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Sevimli Peyğəmbərim ﷺ mənə rukuda və səcdədə Quran oxumağı qadağan etdi”.”

Əli
SəhihMuslim, 1107 (Namaz, 245)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ نَافِعٍ ح وَحَدَّثَنِى عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِىُّ أَخْبَرَنَا اللَّيْثُ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ ح قَالَ وَحَدَّثَنِى هَارُونُ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا ابْنُ أَبِى فُدَيْكٍ حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ ح قَالَ وَحَدَّثَنَا الْمُقَدَّمِىُّ حَدَّثَنَا يَحْيَى - وَهُوَ الْقَطَّانُ - عَنِ ابْنِ عَجْلاَنَ ح وَحَدَّثَنِى هَارُونُ بْنُ سَعِيدٍ الأَيْلِىُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ حَدَّثَنِى أُسَامَةُ بْنُ زَيْدٍ ح قَالَ وَحَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ وَقُتَيْبَةُ وَابْنُ حُجْرٍ قَالُوا حَدَّثَنَا إِسْمَاعِيلُ - يَعْنُونَ ابْنَ جَعْفَرٍ - أَخْبَرَنِى مُحَمَّدٌ وَهُوَ ابْنُ عَمْرٍو ح قَالَ وَحَدَّثَنِى هَنَّادُ بْنُ السَّرِىِّ حَدَّثَنَا عَبْدَةُ عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ كُلُّ هَؤُلاَءِ عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنْ أَبِيهِ عَنْ عَلِىٍّ - إِلاَّ الضَّحَّاكَ وَابْنَ عَجْلاَنَ فَإِنَّهُمَا زَادَا عَنِ ابْنِ عَبَّاسٍ عَنْ عَلِىٍّ - عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّهُمْ قَالُوا نَهَانِى عَنْ قِرَاءَةِ الْقُرْآنِ وَأَنَا رَاكِعٌ وَلَمْ يَذْكُرُوا فِى رِوَايَتِهِمُ النَّهْىَ عَنْهَا فِى السُّجُودِ كَمَا ذَكَرَ الزُّهْرِىُّ وَزَيْدُ بْنُ أَسْلَمَ وَالْوَلِيدُ بْنُ كَثِيرٍ وَدَاوُدُ بْنُ قَيْسٍ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Peyğəmbər ﷺ mənə rukuda Quran oxumağı qadağan etdi”. Bu hədisdə “səcdə halında Quran oxumağı qadağan etmişdir” hissəsi qeyd edilməmişdir.”

Əli
SəhihMuslim, 1108 (Namaz, 246)

وَحَدَّثَنَاهُ قُتَيْبَةُ عَنْ حَاتِمِ بْنِ إِسْمَاعِيلَ عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ عَنْ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنْ عَلِىٍّ وَلَمْ يَذْكُرْ فِى السُّجُودِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əli
SəhihMuslim, 1109 (Namaz, 247)

وَحَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ حُنَيْنٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ نُهِيتُ أَنْ أَقْرَأَ وَأَنَا رَاكِعٌ. لاَ يَذْكُرُ فِى الإِسْنَادِ عَلِيًّا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ mənə rukuda Quran oxumağı qadağan etdi”. Ravi hədisin isnadında Əlinin adını qeyd etməmişdir.”

İbn Abbas
SəhihMuslim, 1110 (Namaz, 248)

Fəsil 42

Ruku və səcdələrdə nə deyilir?

باب مَا يُقَالُ فِى الرُّكُوعِ وَالسُّجُودِ

وَحَدَّثَنَا هَارُونُ بْنُ مَعْرُوفٍ وَعَمْرُو بْنُ سَوَّادٍ قَالاَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ عَنْ عَمْرِو بْنِ الْحَارِثِ عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ أَنَّهُ سَمِعَ أَبَا صَالِحٍ ذَكْوَانَ يُحَدِّثُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكْثِرُوا الدُّعَاءَ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları çoxaldın!””

Əbu Hureyra
SəhihMuslim, 1111 (Namaz, 249)

وَحَدَّثَنِى أَبُو الطَّاهِرِ وَيُونُسُ بْنُ عَبْدِ الأَعْلَى قَالاَ أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يَحْيَى بْنُ أَيُّوبَ عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى سُجُودِهِ « اللَّهُمَّ اغْفِرْ لِى ذَنْبِى كُلَّهُ دِقَّهُ وَجِلَّهُ وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلاَنِيَتَهُ وَسِرَّهُ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səcdələrində belə deyərdi: “Allahım, günahlarımın hamısını – kiçiyini və böyüyünü, birincisini və axırıncısını, aşkarını və gizlinini bağışla!””

Əbu Hureyra
SəhihMuslim, 1112 (Namaz, 250)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ زُهَيْرٌ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِى ». يَتَأَوَّلُ الْقُرْآنَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ruku və səcdələrində belə deyərdi: “Allahım, ey Rəbbimiz, Sən pak və müqəddəssən, Sənə həmd olsun! Allahım, məni bağışla!” O, Quranda (buyurulanı) yerinə yetirərdi”.”

Aişə
SəhihMuslim, 1113 (Namaz, 251)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ قَبْلَ أَنْ يَمُوتَ « سُبْحَانَكَ وَبِحَمْدِكَ أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ ». قَالَتْ قُلْتُ يَا رَسُولَ اللَّهِ مَا هَذِهِ الْكَلِمَاتُ الَّتِى أَرَاكَ أَحْدَثْتَهَا تَقُولُهَا قَالَ « جُعِلَتْ لِى عَلاَمَةٌ فِى أُمَّتِى إِذَا رَأَيْتُهَا قُلْتُهَا {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} ». إِلَى آخِرِ السُّورَةِ.

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ ölümündən qabaq bu kəlmələri çox deyərdi: “Sən pak və müqəddəssən! Sənə həmd olsun! Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm!” Mən dedim: “Ey Allahın Elçisi, sənin dediyin bu kəlmələr nədir?” O buyurdu: “Ümmətimdə olacaq bir əlamət mənə verildi. Onu gördükdə bu kəlmələri söyləyirəm. O əlamət “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsidir)”. Surənin axırına kimi”.”

Aişə
SəhihMuslim, 1114 (Namaz, 252)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ حَدَّثَنَا مُفَضَّلٌ عَنِ الأَعْمَشِ عَنْ مُسْلِمِ بْنِ صُبَيْحٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ مَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنْذُ نَزَلَ عَلَيْهِ {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} يُصَلِّى صَلاَةً إِلاَّ دَعَا أَوْ قَالَ فِيهَا « سُبْحَانَكَ رَبِّى وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِى ».

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Mən Peyğəmbərə ﷺ “Allahın köməyi və qələbə gəldiyi zaman” (“ən-Nəsr” surəsi) endikdən sonra onun namaz qılıb dua etmədiyini və ya namazda belə “Ya Rəbb! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Allahım, məni bağışla!” demədiyini görmədim”.”

Aişə
SəhihMuslim, 1115 (Namaz, 253)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنِى عَبْدُ الأَعْلَى حَدَّثَنَا دَاوُدُ عَنْ عَامِرٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ مِنْ قَوْلِ « سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَاكَ تُكْثِرُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَالَ « خَبَّرَنِى رَبِّى أَنِّى سَأَرَى عَلاَمَةً فِى أُمَّتِى فَإِذَا رَأَيْتُهَا أَكْثَرْتُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَدْ رَأَيْتُهَا {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} فَتْحُ مَكَّةَ {وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِى دِينِ اللَّهِ أَفْوَاجًا فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا}».

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ bu sözləri - “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!” - çox təkrarlayardı. Mən dedim: “Ey Allahın Elçisi, mən sənin bu sözləri “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!”- çox təkrarladığını görürəm”. Peyğəmbər ﷺ buyurdu: “Rəbbim mənə ümmətimdə olan bir əlamət haqda xəbər verdi. Mən də o əlaməti gördükdə bu sözləri çox təkrarlayacağam: “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!” Mən artıq onu görmüşəm: “Allahın köməyi və qələbə gəldiyi zaman” (ən-Nəsr, 1) və Məkkənin fəthi: “İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (ən-Nəsr, 2-3).”

Aişə
SəhihMuslim, 1116 (Namaz, 254)

وَحَدَّثَنِى حَسَنُ بْنُ عَلِىٍّ الْحُلْوَانِىُّ وَمُحَمَّدُ بْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ قُلْتُ لِعَطَاءٍ كَيْفَ تَقُولُ أَنْتَ فِى الرُّكُوعِ قَالَ أَمَّا سُبْحَانَكَ وَبِحَمْدِكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ فَأَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ عَائِشَةَ قَالَتِ افْتَقَدْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَظَنَنْتُ أَنَّهُ ذَهَبَ إِلَى بَعْضِ نِسَائِهِ فَتَحَسَّسْتُ ثُمَّ رَجَعْتُ فَإِذَا هُوَ رَاكِعٌ أَوْ سَاجِدٌ يَقُولُ « سُبْحَانَكَ وَبِحَمْدِكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ». فَقُلْتُ بِأَبِى أَنْتَ وَأُمِّى إِنِّى لَفِى شَأْنٍ وَإِنَّكَ لَفِى آخَرَ.

“Rəvayət edilir ki, İbn Cureyc ﵀ demişdir: “Mən Ətadan soruşdum: “Sən rukuda olduqda nə deyirsən?” O dedi: “Sən pak və müqəddəssən! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Həmçinin rəvayət edilir ki, Aişə demişdir: “Bir dəfə gecə vaxtı Peyğəmbəri ﷺ yerində tapmadım. Zövcələrindən birinin yanına getdiyini zənn edərək onu axtarmağa başladım. Bir də gördüm ki, o, rukuya və ya səcdəyə gedib və belə deyir: “Sən pak və müqəddəssən! Səndən başqa ibadətə layiq məbud yoxdur!” Mən də dedim: “Atam-anam sənə fəda olsun! Mən nə haldayam, sən nə halda...!””

İbn Cureyc
SəhihMuslim, 1117 (Namaz, 255)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ فَقَدْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفِرَاشِ فَالْتَمَسْتُهُ فَوَقَعَتْ يَدِى عَلَى بَطْنِ قَدَمَيْهِ وَهُوَ فِى الْمَسْجِدِ وَهُمَا مَنْصُوبَتَانِ وَهُوَ يَقُولُ « اللَّهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِى ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən Allah Elçisini ﷺ gecə yatağında tapa bilmədim. Əlimlə onu axtardıqda əlim onun ayaqlarına dəydi. O, səcdə vəziyyətində ayaqları (səcdə etdikdə dabanları) dik vəziyyətdə belə deyirdi: “Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””

Aişə
SəhihMuslim, 1118 (Namaz, 256)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ الْعَبْدِىُّ حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى عَرُوبَةَ عَنْ قَتَادَةَ عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الشِّخِّيرِ أَنَّ عَائِشَةَ نَبَّأَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ ».

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ rukusunda və səcdəsində belə deyirdi: “Pakdır, müqəddəsdir, mələklərin və Ruhun Rəbbidir!””

Aişə
SəhihMuslim, 1119 (Namaz, 257)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا أَبُو دَاوُدَ حَدَّثَنَا شُعْبَةُ أَخْبَرَنِى قَتَادَةُ قَالَ سَمِعْتُ مُطَرِّفَ بْنَ عَبْدِ اللَّهِ بْنِ الشِّخِّيرِ قَالَ أَبُو دَاوُدَ وَحَدَّثَنِى هِشَامٌ عَنْ قَتَادَةَ عَنْ مُطَرِّفٍ عَنْ عَائِشَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِهَذَا الْحَدِيثِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə
SəhihMuslim, 1120 (Namaz, 258)

Fəsil 43

Səcdələrin fəziləti və ona təşviq

باب فَضْلِ السُّجُودِ وَالْحَثِّ عَلَيْهِ

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ قَالَ سَمِعْتُ الأَوْزَاعِىَّ قَالَ حَدَّثَنِى الْوَلِيدُ بْنُ هِشَامٍ الْمُعَيْطِىُّ حَدَّثَنِى مَعْدَانُ بْنُ أَبِى طَلْحَةَ الْيَعْمَرِىُّ قَالَ لَقِيتُ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ أَخْبِرْنِى بِعَمَلٍ أَعْمَلُهُ يُدْخِلُنِى اللَّهُ بِهِ الْجَنَّةَ. أَوْ قَالَ قُلْتُ بِأَحَبِّ الأَعْمَالِ إِلَى اللَّهِ. فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ الثَّالِثَةَ فَقَالَ سَأَلْتُ عَنْ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « عَلَيْكَ بِكَثْرَةِ السُّجُودِ لِلَّهِ فَإِنَّكَ لاَ تَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلاَّ رَفَعَكَ اللَّهُ بِهَا دَرَجَةً وَحَطَّ عَنْكَ بِهَا خَطِيئَةً ». قَالَ مَعْدَانُ ثُمَّ لَقِيتُ أَبَا الدَّرْدَاءِ فَسَأَلْتُهُ فَقَالَ لِى مِثْلَ مَا قَالَ لِى ثَوْبَانُ.

“Rəvayət edilir ki, Mədən ibn Əbu Təlhə əl-Yə'muri ﵀ demişdir: “Mən Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ilə qarşılaşdım və ona dedim: “Mənə elə bir əməl haqda xəbər ver ki, onu etdikdə Allah məni Cənnətə salsın” və ya “Allaha sevimli bir əməl de”. O susdu. Ondan yenə soruşdum, yenə susdu. Sonra üçüncü dəfə ondan soruşduqda dedi: “Mən bu haqda Allah Elçisindən ﷺ soruşmuşdum. Allah Elçisi ﷺ də belə buyurmuşdu: “Allaha çoxlu səcdə etməyə çalış! Çünki sən Allah üçün bir dəfə səcdə etdikdə, Allah səni bir dərəcə yüksəldir və bir günahını silir”. Ravi Mədən deyir: “Daha sonra mən Əbu Dərdə ilə rastlaşdım. Bunu ondan da soruşdum. Mənə Səvbanın dediyini söylədi”.”

Mədən ibn Əbu Təlhə əl-Yə'muri
SəhihMuslim, 1121 (Namaz, 259)

حَدَّثَنَا الْحَكَمُ بْنُ مُوسَى أَبُو صَالِحٍ حَدَّثَنَا هِقْلُ بْنُ زِيَادٍ قَالَ سَمِعْتُ الأَوْزَاعِىَّ قَالَ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ حَدَّثَنِى أَبُو سَلَمَةَ حَدَّثَنِى رَبِيعَةُ بْنُ كَعْبٍ الأَسْلَمِىُّ قَالَ كُنْتُ أَبِيتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَيْتُهُ بِوَضُوئِهِ وَحَاجَتِهِ فَقَالَ لِى « سَلْ ». فَقُلْتُ أَسْأَلُكَ مُرَافَقَتَكَ فِى الْجَنَّةِ. قَالَ « أَوَغَيْرَ ذَلِكَ ». قُلْتُ هُوَ ذَاكَ. قَالَ « فَأَعِنِّى عَلَى نَفْسِكَ بِكَثْرَةِ السُّجُودِ ».

“Rəvayət edilir ki, Rabi ibn Kəb əl-Əsləmi ﵀ demişdir: “Mən bir dəfə Allah Elçisinin ﷺ yanında gecələdim. Ona dəstəmaz almaq üçün su və ehtiyacı olan digər şeyləri gətirdim. O mənə dedi: “İstə!” Mən dedim: “Mən Cənnətdə sənin dostun olmaq istəyirəm” və ya “başqa bir şey”. Mən istəyimin bu olduğunu dedim. Allah Elçisi ﷺ də buyurdu: “Elə isə çoxlu səcdə etməklə mənə kömək et”.”

Rabi ibn Kəb əl-Əsləmi
SəhihMuslim, 1122 (Namaz, 260)

Fəsil 44

Səcdələri yerinə yetirmək, namazda saçı, paltarı və saçı başın üstündə topa yığmağın qadağası

باب أَعْضَاءِ السُّجُودِ وَالنَّهْىِ عَنْ كَفِّ الشَّعْرِ وَالثَّوْبِ وَعَقْصِ الرَّأْسِ فِى الصَّلاَةِ

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَأَبُو الرَّبِيعِ الزَّهْرَانِىُّ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ أَبُو الرَّبِيعِ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ أُمِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَسْجُدَ عَلَى سَبْعَةٍ وَنُهِىَ أَنْ يَكُفَّ شَعْرَهُ وَثِيَابَهُ. هَذَا حَدِيثُ يَحْيَى. وَقَالَ أَبُو الرَّبِيعِ عَلَى سَبْعَةِ أَعْظُمٍ وَنُهِىَ أَنْ يَكُفَّ شَعْرَهُ وَثِيَابَهُ الْكَفَّيْنِ وَالرُّكْبَتَيْنِ وَالْقَدَمَيْنِ وَالْجَبْهَةِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərə ﷺ paltarın (ətəyini) və saçı yığmadan yeddi əza üzərində səcdə etmək əmr edildi”. Ravi Əbu Rabi dedi: “Paltarın (ətəyini) və saçı yığmadan yeddi əza – əllər, dizlər, ayaqlar və alındır”.”

İbn Abbas
SəhihMuslim, 1123 (Namaz, 261)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا مُحَمَّدٌ - وَهُوَ ابْنُ جَعْفَرٍ - حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ وَلاَ أَكُفَّ ثَوْبًا وَلاَ شَعْرًا ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən paltarın (ətəyini) və saçı yığmadan yeddi əza üzərində səcdə etmək əmr edildi”.”

İbn Abbas
SəhihMuslim, 1124 (Namaz, 262)

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ ابْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ أُمِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَسْجُدَ عَلَى سَبْعٍ وَنُهِىَ أَنْ يَكْفِتَ الشَّعْرَ وَالثِّيَابَ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərə ﷺ paltarın (ətəyini) və saçı yığmadan yeddi əza üzərinə səcdə etmək əmr edildi”.”

İbn Abbas
SəhihMuslim, 1125 (Namaz, 263)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا وُهَيْبٌ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ طَاوُسٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ الْجَبْهَةِ - وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ - وَالْيَدَيْنِ وَالرِّجْلَيْنِ وَأَطْرَافِ الْقَدَمَيْنِ وَلاَ نَكْفِتَ الثِّيَابَ وَلاَ الشَّعْرَ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mənə paltarın (ətəyini) və saçı yığmadan yeddi əza” – əli ilə burnuna işarə edərək alın, əllər, dizlər, ayaqların ucları üzərində səcdə etmək əmr edildi”.”

İbn Abbas
SəhihMuslim, 1126 (Namaz, 264)

حَدَّثَنَا أَبُو الطَّاهِرِ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ حَدَّثَنِى ابْنُ جُرَيْجٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعٍ وَلاَ أَكْفِتَ الشَّعْرَ وَلاَ الثِّيَابَ الْجَبْهَةِ وَالأَنْفِ وَالْيَدَيْنِ وَالرُّكْبَتَيْنِ وَالْقَدَمَيْنِ ».

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən paltarın (ətəyini) və saçı yığmadan yeddi əza - alın, burun, əllər, dizlər və ayaqlar üzərində səcdə etməklə əmr edildim”.”

İbn Abbas
SəhihMuslim, 1127 (Namaz, 265)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا بَكْرٌ - وَهُوَ ابْنُ مُضَرَ - عَنِ ابْنِ الْهَادِ عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَامِرِ بْنِ سَعْدٍ عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا سَجَدَ الْعَبْدُ سَجَدَ مَعَهُ سَبْعَةُ أَطْرَافٍ وَجْهُهُ وَكَفَّاهُ وَرُكْبَتَاهُ وَقَدَمَاهُ ».

“Rəvayət edilir ki, Abbas ibn Abdul-Muttalib ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bəndə səcdə etdikdə onunla birlikdə yeddi əzası səcdə edir; üzü, ovucları, dizləri və ayaqları”.”

Abbas ibn Abdul-Muttalib
SəhihMuslim, 1128 (Namaz, 266)

حَدَّثَنَا عَمْرُو بْنُ سَوَّادٍ الْعَامِرِىُّ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ أَخْبَرَنَا عَمْرُو بْنُ الْحَارِثِ أَنَّ بُكَيْرًا حَدَّثَهُ أَنَّ كُرَيْبًا مَوْلَى ابْنِ عَبَّاسٍ حَدَّثَهُ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ أَنَّهُ رَأَى عَبْدَ اللَّهِ بْنَ الْحَارِثِ يُصَلِّى وَرَأْسُهُ مَعْقُوصٌ مِنْ وَرَائِهِ فَقَامَ فَجَعَلَ يَحُلُّهُ فَلَمَّا انْصَرَفَ أَقْبَلَ إِلَى ابْنِ عَبَّاسٍ فَقَالَ مَا لَكَ وَرَأْسِى فَقَالَ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا مَثَلُ هَذَا مَثَلُ الَّذِى يُصَلِّى وَهُوَ مَكْتُوفٌ ».

“Rəvayət edilir ki, Abbas ibn Abbas ﵄ Abdullah ibn əl-Harisi başının üstündə saçı yığılmış halda namaz qıldığını gördü və onun saçını açmaq istədi. Abdullah ibn əl-Haris namazı bitirdikdən sonra İbn Abbasa yönələrək dedi: “Mənim başımla nə işin var?” İbn Abbas dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bunun məsəli əli-qolu bağlı olan adamın namaz qılması kimidir”.”

Abdullah ibn Abbas
SəhihMuslim, 1129 (Namaz, 267)

Fəsil 45

Səcdələrdə qaməti düz tutmaq, ovucları yerə qoymaq, qolları yandan aralı tutmaq, səcdələrdə budları qarından aralı tutmaq

باب الاِعْتِدَالِ فِى السُّجُودِ وَوَضْعِ الْكَفَّيْنِ عَلَى الأَرْضِ وَرَفْعِ الْمِرْفَقَيْنِ عَنِ الْجَنْبَيْنِ وَرَفْعِ الْبَطْنِ عَنِ الْفَخِذَيْنِ فِى السُّجُودِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ شُعْبَةَ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « اعْتَدِلُوا فِى السُّجُودِ وَلاَ يَبْسُطْ أَحَدُكُمْ ذِرَاعَيْهِ انْبِسَاطَ الْكَلْبِ ».

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səcdələrinizi düzgün şəkildə yerinə yetirin və sizdən heç kim (səcdə etdikdə) dirsəklərini it kimi yerə qoymasın”.”

Ənəs
SəhihMuslim, 1130 (Namaz, 268)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ح قَالَ وَحَدَّثَنِيهِ يَحْيَى بْنُ حَبِيبٍ حَدَّثَنَا خَالِدٌ - يَعْنِى ابْنَ الْحَارِثِ - قَالاَ حَدَّثَنَا شُعْبَةُ بِهَذَا الإِسْنَادِ وَفِى حَدِيثِ ابْنِ جَعْفَرٍ « وَلاَ يَتَبَسَّطْ أَحَدُكُمْ ذِرَاعَيْهِ انْبِسَاطَ الْكَلْبِ ».

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “...heç biriniz dirsəklərini it kimi yerə yaymasın”.”

Ənəs
SəhihMuslim, 1131 (Namaz, 269)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ أَخْبَرَنَا عُبَيْدُ اللَّهِ بْنُ إِيَادٍ عَنْ إِيَادٍ عَنِ الْبَرَاءِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا سَجَدْتَ فَضَعْ كَفَّيْكَ وَارْفَعْ مِرْفَقَيْكَ ».

“Rəvayət edilir ki, Bəra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səcdə etdiyin zaman ovuclarını yerə qoy, dirsəklərini isə qaldır”.”

Bəra
SəhihMuslim, 1132 (Namaz, 270)

Fəsil 46

Namazın vəsfi, nə ilə başlanıb nə ilə bitməsi, rukunun vəsfi və qamətin düz tutulması, səcdə və qamətin düz tutulması, dördrükətli namazların ikinci rükətindən sonra təşəhhüd, iki səcdə arasında və ilk təşəhhüddə necə oturulacağının bir yerdə olması

باب مَا يَجْمَعُ صِفَةَ الصَّلاَةِ وَمَا يُفْتَتَحُ بِهِ وَيُخْتَمُ بِهِ وَصِفَةَ الرُّكُوعِ وَالاِعْتِدَالِ مِنْهُ وَالسُّجُودِ وَالاِعْتِدَالِ مِنْهُ وَالتَّشَهُّدِ بَعْدَ كُلِّ رَكْعَتَيْنِ مِنَ الرُّبَاعِيَّةِ وَصِفَةَ الْجُلُوسِ بَيْنَ السَّجْدَتَيْنِ وَفِى التَّشَهُّدِ الأَوَّلِ

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا بَكْرٌ - وَهُوَ ابْنُ مُضَرَ - عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ.

“Abdullah ibn Malik ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaz qılarkən səcdədə qollarını qoltuqlarının ağlığı görünəcək dərəcədə açardı.”

Abdullah ibn Malik ibn Buheynə
SəhihMuslim, 1133 (Namaz, 271)

حَدَّثَنَا عَمْرُو بْنُ سَوَّادٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ أَخْبَرَنَا عَمْرُو بْنُ الْحَارِثِ وَاللَّيْثُ بْنُ سَعْدٍ كِلاَهُمَا عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ بِهَذَا الإِسْنَادِ. وَفِى رِوَايَةِ عَمْرِو بْنِ الْحَارِثِ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَجَدَ يُجَنِّحُ فِى سُجُودِهِ حَتَّى يُرَى وَضَحُ إِبْطَيْهِ. وَفِى رِوَايَةِ اللَّيْثِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا سَجَدَ فَرَّجَ يَدَيْهِ عَنْ إِبْطَيْهِ حَتَّى إِنِّى لأَرَى بَيَاضَ إِبْطَيْهِ.

“Rəvayət edilir ki, Amr ibn əl-Haris ﵁ demişdir: “Allah Elçisi ﷺ səcdə etdikdə qollarını o qədər açardı ki, qoltuqlarının ağlığı görünərdi”. Digər rəvayətdə isə deyilir: “Allah Elçisi səcdə etdikdə qollarını qoltuqlarından aralı tutar, hətta mən onun qoltuqlarının ağlığını görərdim”.”

Amr ibn əl-Haris
SəhihMuslim, 1134 (Namaz, 272)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنْ سُفْيَانَ - قَالَ يَحْيَى أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الأَصَمِّ عَنْ عَمِّهِ يَزِيدَ بْنِ الأَصَمِّ عَنْ مَيْمُونَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَجَدَ لَوْ شَاءَتْ بَهْمَةٌ أَنْ تَمُرَّ بَيْنَ يَدَيْهِ لَمَرَّتْ.

“Rəvayət edilir ki, Məymunə ﵁ demişdir: “Peyğəmbər ﷺ səcdə etdikdə bir quzu qollarının arasından keçmək istədikdə keçə bilərdi”.”

Məymunə
SəhihMuslim, 1135 (Namaz, 273)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا مَرْوَانُ بْنُ مُعَاوِيَةَ الْفَزَارِىُّ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ الأَصَمِّ عَنْ يَزِيدَ بْنِ الأَصَمِّ أَنَّهُ أَخْبَرَهُ عَنْ مَيْمُونَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَجَدَ خَوَّى بِيَدَيْهِ - يَعْنِى جَنَّحَ - حَتَّى يُرَى وَضَحُ إِبْطَيْهِ مِنْ وَرَائِهِ وَإِذَا قَعَدَ اطْمَأَنَّ عَلَى فَخِذِهِ الْيُسْرَى.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Məymunə ﵁ demişdir: “Peyğəmbər ﷺ səcdə etdikdə qollarını (qoltuqlarından aralı tutaraq) o qədər açardı ki, arxa tərəfdən qoltuqlarının ağlığı görünərdi. Oturduqda isə sol budunun üzərində oturardı”.”

Məymunə
SəhihMuslim, 1136 (Namaz, 274)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لِعَمْرٍو - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرُونَ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا جَعْفَرُ بْنُ بُرْقَانَ عَنْ يَزِيدَ بْنِ الأَصَمِّ عَنْ مَيْمُونَةَ بِنْتِ الْحَارِثِ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَجَدَ جَافَى حَتَّى يَرَى مَنْ خَلْفَهُ وَضَحَ إِبْطَيْهِ. قَالَ وَكِيعٌ يَعْنِى بَيَاضَهُمَا.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Məymunə ﵁ demişdir: “Allah Elçisi ﷺ səcdə etdikdə dirsəklərini (qoltuqlarından aralı tutaraq) o qədər açardı ki, arxa tərəfdə olan adam onun qoltuqlarının açıqlığını görürdü”. Ravi Vaki dedi: “Açıqlığı”, yəni onların ağlığı”.”

Məymunə
SəhihMuslim, 1137 (Namaz, 275)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبُو خَالِدٍ - يَعْنِى الأَحْمَرَ - عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنْ بُدَيْلِ بْنِ مَيْسَرَةَ عَنْ أَبِى الْجَوْزَاءِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَفْتِحُ الصَّلاَةَ بِالتَّكْبِيرِ وَالْقِرَاءَةَ بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} وَكَانَ إِذَا رَكَعَ لَمْ يُشْخِصْ رَأْسَهُ وَلَمْ يُصَوِّبْهُ وَلِكَنْ بَيْنَ ذَلِكَ وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِىَ قَائِمًا وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِىَ جَالِسًا وَكَانَ يَقُولُ فِى كُلِّ رَكْعَتَيْنِ التَّحِيَّةَ وَكَانَ يَفْرِشُ رِجْلَهُ الْيُسْرَى وَيَنْصِبُ رِجْلَهُ الْيُمْنَى وَكَانَ يَنْهَى عَنْ عُقْبَةِ الشَّيْطَانِ وَيَنْهَى أَنْ يَفْتَرِشَ الرَّجُلُ ذِرَاعَيْهِ افْتِرَاشَ السَّبُعِ وَكَانَ يَخْتِمُ الصَّلاَةَ بِالتَّسْلِيمِ. وَفِى رِوَايَةِ ابْنِ نُمَيْرٍ عَنْ أَبِى خَالِدٍ وَكَانَ يَنْهَى عَنْ عَقِبِ الشَّيْطَانِ.

“Rəvayət edirlər ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaza təkbirlə və “Əlhəmdu lillə:hi Rabbil-a:ləmi:n” (“əl-Fatihə” surəsini) oxumaqla başlayardı. Ruku etdikdə başını nə yuxarı qaldırar, nə də aşağı bükər, bu ikisinin arasında tutardı. Başını rukudan qaldırıb dikəldikdə qamətini düzəltmədən səcdəyə getməzdi. Başını səcdədən qaldırdıqda şax oturmadan ikinci səcdəyə getməzdi. Hər iki rükətin sonunda təhiyyəti oxuyardı. Sol ayağını yerə sərər, sağ ayağını isə dik tutardı. Şeytan oturuşunu və adamın vəhşi heyvanlar kimi əllərini yerə yayaraq oturmasını da qadağan edərdi. Namazı da salam verərək bitirərdi”. Ravi Əbu Xalid deyir: “Allah Elçisi ﷺ (arxasını yerə vuraraq) şeytan oturuşunu qadağan edərdi”.”

Aişə
SəhihMuslim, 1138 (Namaz, 276)

Fəsil 47

Namaz qılanın sütrəsi

باب سُتْرَةِ الْمُصَلِّى

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ قَالَ يَحْيَى أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا أَبُو الأَحْوَصِ عَنْ سِمَاكٍ عَنْ مُوسَى بْنِ طَلْحَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا وَضَعَ أَحَدُكُمْ بَيْنَ يَدَيْهِ مِثْلَ مُؤْخِرَةِ الرَّحْلِ فَلْيُصَلِّ وَلاَ يُبَالِ مَنْ مَرَّ وَرَاءَ ذَلِكَ ».

“Musa ibn Təlhə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri yəhərin arxası kimi bir şey qoyub ona doğru namaz qılsın və yəhərin digər tərəfindən keçənlərə fikir verməsin”.”

Musa ibn Təlhə atasından
SəhihMuslim, 1139 (Namaz, 277)

وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ ابْنُ نُمَيْرٍ حَدَّثَنَا عُمَرُ بْنُ عُبَيْدٍ الطَّنَافِسِىُّ عَنْ سِمَاكِ بْنِ حَرْبٍ عَنْ مُوسَى بْنِ طَلْحَةَ عَنْ أَبِيهِ قَالَ كُنَّا نُصَلِّى وَالدَّوَابُّ تَمُرُّ بَيْنَ أَيْدِينَا فَذَكَرْنَا ذَلِكَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ تَكُونُ بَيْنَ يَدَىْ أَحَدِكُمْ ثُمَّ لاَ يَضُرُّهُ مَا مَرَّ بَيْنَ يَدَيْهِ ». وَقَالَ ابْنُ نُمَيْرٍ « فَلاَ يَضُرُّهُ مَنْ مَرَّ بَيْنَ يَدَيْهِ ».

“Musa ibn Təlhə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Vaxtilə biz namaz qılar, heyvanlar da önümüzdən keçərdilər. Biz bunu Allah Elçisinə ﷺ dedikdə belə buyurdu: “Sizdən biri qarşısına yəhərin arxası kimi bir şey qoyarsa, artıq önündən keçən şey ona zərər verməz”. Ravi İbn Numeyr dedi: “Artıq önündən keçən kəs ona zərər verməz”.”

Musa ibn Təlhə atasından
SəhihMuslim, 1140 (Namaz, 278)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ أَخْبَرَنَا سَعِيدُ بْنُ أَبِى أَيُّوبَ عَنْ أَبِى الأَسْوَدِ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ سُتْرَةِ الْمُصَلِّى فَقَالَ « مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisindən ﷺ namaz qıldıqda sütrə qoymaq haqda soruşulduqda o: “Yəhərin arxası kimi bir şey”- deyə buyurdu”.”

Aişə
SəhihMuslim, 1141 (Namaz, 279)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ أَخْبَرَنَا حَيْوَةُ عَنْ أَبِى الأَسْوَدِ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ فِى غَزْوَةِ تَبُوكَ عَنْ سُتْرَةِ الْمُصَلِّى فَقَالَ « كَمُؤْخِرَةِ الرَّحْلِ ».

“Aişə ﵂ rəvayət edir ki, Təbuk döyüşündə Allah Elçisinə ﷺ namaz qıldıqda sütrə qoymaq haqda sual verildi. O: “Yəhərin arxası kimi bir şey”- deyə buyurdu.”

Aişə
SəhihMuslim, 1142 (Namaz, 280)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ نُمَيْرٍ ح وَحَدَّثَنَا ابْنُ نُمَيْرٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا أَبِى حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ يَوْمَ الْعِيدِ أَمَرَ بِالْحَرْبَةِ فَتُوضَعُ بَيْنَ يَدَيْهِ فَيُصَلِّى إِلَيْهَا وَالنَّاسُ وَرَاءَهُ وَكَانَ يَفْعَلُ ذَلِكَ فِى السَّفَرِ فَمِنْ ثَمَّ اتَّخَذَهَا الأُمَرَاءُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bayram günü namaza çıxdıqda nizənin gətirilməsini əmr edərdi. Bu nizə onun qarşısında yerə batırılar, o da ona doğru namaz qılardı. Camaat da onun arxasında durardı. Allah Elçisi ﷺ bunu səfərdə də edərdi. Əmirlərin nizə gəzdirmələri də buradan qalıb”.”

İbn Ömər
SəhihMuslim, 1143 (Namaz, 281)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَابْنُ نُمَيْرٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْكُزُ - وَقَالَ أَبُو بَكْرٍ يَغْرِزُ - الْعَنَزَةَ وَيُصَلِّى إِلَيْهَا. زَادَ ابْنُ أَبِى شَيْبَةَ قَالَ عُبَيْدُ اللَّهِ وَهْىَ الْحَرْبَةُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ nizəni yerə batırar və ona doğru namaz qılardı.”

İbn Ömər
SəhihMuslim, 1144 (Namaz, 282)

حَدَّثَنَا أَحْمَدُ بْنُ حَنْبَلٍ حَدَّثَنَا مُعْتَمِرُ بْنُ سُلَيْمَانَ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَعْرِضُ رَاحِلَتَهُ وَهُوَ يُصَلِّى إِلَيْهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ minik heyvanını qarşısına çəkib ona doğru namaz qılardı.”

İbn Ömər
SəhihMuslim, 1145 (Namaz, 283)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَابْنُ نُمَيْرٍ قَالاَ حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى إِلَى رَاحِلَتِهِ. وَقَالَ ابْنُ نُمَيْرٍ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى إِلَى بَعِيرٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ minik heyvanına doğru namaz qılardı. Ravi İbn Numeyr dedi: “Peyğəmbər ﷺ dəvəyə doğru namaz qılardı”.”

İbn Ömər
SəhihMuslim, 1146 (Namaz, 284)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنْ وَكِيعٍ - قَالَ زُهَيْرٌ حَدَّثَنَا وَكِيعٌ - حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنَا عَوْنُ بْنُ أَبِى جُحَيْفَةَ عَنْ أَبِيهِ قَالَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمَكَّةَ وَهُوَ بِالأَبْطَحِ فِى قُبَّةٍ لَهُ حَمْرَاءَ مِنْ أَدَمٍ - قَالَ - فَخَرَجَ بِلاَلٌ بِوَضُوئِهِ فَمِنْ نَائِلٍ وَنَاضِحٍ - قَالَ - فَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ حُلَّةٌ حَمْرَاءُ كَأَنِّى أَنْظُرُ إِلَى بَيَاضِ سَاقَيْهِ - قَالَ - فَتَوَضَّأَ وَأَذَّنَ بِلاَلٌ - قَالَ - فَجَعَلْتُ أَتَتَبَّعُ فَاهُ هَا هُنَا وَهَا هُنَا - يَقُولُ يَمِينًا وَشِمَالاً - يَقُولُ حَىَّ عَلَى الصَّلاَةِ حَىَّ عَلَى الْفَلاَحِ - قَالَ - ثُمَّ رُكِزَتْ لَهُ عَنَزَةٌ فَتَقَدَّمَ فَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ يَمُرُّ بَيْنْ يَدَيْهِ الْحِمَارُ وَالْكَلْبُ لاَ يُمْنَعُ ثُمَّ صَلَّى الْعَصْرَ رَكْعَتَيْنِ ثُمَّ لَمْ يَزَلْ يُصَلِّى رَكْعَتَيْنِ حَتَّى رَجَعَ إِلَى الْمَدِينَةِ.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Məkkədə əl-Əbtah deyilən yerdə qızıl suyu ilə düzəldilmiş qübbənin içində ikən onun yanına gəldim. Bu vaxt Bilal Peyğəmbərin ﷺ dəstəmaz suyunu bayıra çıxardı. Camaat da bu sudan əldə etmək üçün kimisi bir miqdar, kimisi də götürülən suyun səpilmiş hissənini götürdü. Peyğəmbər ﷺ də qırmızı libasda çıxdı. Ayaqlarının ağlığını sanki indi də görürəm. O, dəstəmaz aldı, Bilal da azan verdi. Mən onun ağzını bura və bura (sağa və sola) dönərkən izlədim. O, “Namaza tələsin! Xilas olmağa tələsin!”- deyərdi. Sonra Allah Elçisi ﷺ üçün yerə bir nizə batırıldı. O da irəliyə keçib Zöhr namazını iki rükət olaraq qıldırdı. Onun önündən uzunqulaq və it keçir, lakin onların qarşısı alınmırdı. Sonra Əsr namazını da iki rükət olaraq qıldırdı. Mədinəyə qayıdana qədər bütün namazları iki rükət qıldırmağa davam etdi”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihMuslim, 1147 (Namaz, 285)

حَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا بَهْزٌ حَدَّثَنَا عُمَرُ بْنُ أَبِى زَائِدَةَ حَدَّثَنَا عَوْنُ بْنُ أَبِى جُحَيْفَةَ أَنَّ أَبَاهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى قُبَّةٍ حَمْرَاءَ مِنْ أَدَمٍ وَرَأَيْتُ بِلاَلاً أَخْرَجَ وَضُوءًا فَرَأَيْتُ النَّاسَ يَبْتَدِرُونَ ذَلِكَ الْوَضُوءَ فَمَنْ أَصَابَ مِنْهُ شَيْئًا تَمَسَّحَ بِهِ وَمَنْ لَمْ يُصِبْ مِنْهُ أَخَذَ مِنْ بَلَلِ يَدِ صَاحِبِهِ ثُمَّ رَأَيْتُ بِلاَلاً أَخْرَجَ عَنَزَةً فَرَكَزَهَا وَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى حُلَّةٍ حَمْرَاءَ مُشَمِّرًا فَصَلَّى إِلَى الْعَنَزَةِ بِالنَّاسِ رَكْعَتَيْنِ وَرَأَيْتُ النَّاسَ وَالدَّوَابَّ يَمُرُّونَ بَيْنَ يَدَىِ الْعَنَزَةِ.

“Aun ibn Əbu Cuheyfə ﵀ rəvayət edir ki, atası Allah Elçisini ﷺ Məkkədə qızıl suyu ilə düzəldilmiş qübbənin içində görmüşdür. Əbu Cuheyfə deyir: “Bu vaxt Bilal dəstəmaz suyu çıxararkən onu gördüm. Gördüm ki, camaat bu sudan əldə etmək üçün cəhd edirdi. Kim bu sudan əldə edirdisə, onu üz-gözünə sürtür, sudan əldə edə bilməyən isə dostlarının əllərinin islaqlığından bir şey almağa çalışırdı. Sonra Bilalın bir nizə çıxarıb yerə batırdığını gördüm. Allah Elçisi ﷺ qırmızı libasda qollarını çırmalamış halda çıxdı. Sonra Allah Elçisi ﷺ camaata iki rükət namaz qıldırdı. Nizənin önündən insanların və heyvanların keçdiyini də gördüm”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihMuslim, 1148 (Namaz, 286)

حَدَّثَنِى إِسْحَاقُ بْنُ مَنْصُورٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ أَخْبَرَنَا جَعْفَرُ بْنُ عَوْنٍ أَخْبَرَنَا أَبُو عُمَيْسٍ ح قَالَ وَحَدَّثَنِى الْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ قَالَ حَدَّثَنَا مَالِكُ بْنُ مِغْوَلٍ كِلاَهُمَا عَنْ عَوْنِ بْنِ أَبِى جُحَيْفَةَ عَنْ أَبِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِنَحْوِ حَدِيثِ سُفْيَانَ وَعُمَرَ بْنِ أَبِى زَائِدَةَ يَزِيدُ بَعْضُهُمْ عَلَى بَعْضٍ وَفِى حَدِيثِ مَالِكِ بْنِ مِغْوَلٍ فَلَمَّا كَانَ بِالْهَاجِرَةِ خَرَجَ بِلاَلٌ فَنَادَى بِالصَّلاَةِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, həmçinin bu hədisdə deyilir: “Zöhr namazı olduqda Bilal çıxıb namaz üçün azan verdi”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihMuslim, 1149 (Namaz, 287)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَمُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ أَبَا جُحَيْفَةَ قَالَ خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْهَاجِرَةِ إِلَى الْبَطْحَاءِ فَتَوَضَّأَ فَصَلَّى الظُّهْرَ رَكْعَتَيْنِ وَالْعَصْرَ رَكْعَتَيْنِ وَبَيْنَ يَدَيْهِ عَنَزَةٌ. قَالَ شُعْبَةُ وَزَادَ فِيهِ عَوْنٌ عَنْ أَبِيهِ أَبِى جُحَيْفَةَ وَكَانَ يَمُرُّ مِنْ وَرَائِهَا الْمَرْأَةُ وَالْحِمَارُ.

“Rəvayət edilir ki, Əbu Cuheyfə ﵁ demişdir: “Allah Elçisi ﷺ əl-Bəthada günorta vaxtı çıxıb dəstəmaz aldı, Zöhr və Əsr namazlarını qıldırdı. Önündə də yerə batırılmış nizə vardı”. Əbu Cuheyfə nizənin arxa tərəfindən qadın və uzunqulaq keçdiyini rəvayət etdi.”

Əbu Cuheyfə
SəhihMuslim, 1150 (Namaz, 288)

وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ وَمُحَمَّدُ بْنُ حَاتِمٍ قَالاَ حَدَّثَنَا ابْنُ مَهْدِىٍّ حَدَّثَنَا شُعْبَةُ بِالإِسْنَادَيْنِ جَمِيعًا مِثْلَهُ. وَزَادَ فِى حَدِيثِ الْحَكَمِ فَجَعَلَ النَّاسُ يَأْخُذُونَ مِنْ فَضْلِ وَضُوئِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, həmçinin bu hədisdə deyilir: “Camaat Peyğəmbərin ﷺ dəstəmaz suyunun artıq qalan hissəsindən götürməyə başladı”.”

Əbu Cuheyfə
SəhihMuslim, 1151 (Namaz, 289)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ أَقْبَلْتُ رَاكِبًا عَلَى أَتَانٍ وَأَنَا يَوْمَئِذٍ قَدْ نَاهَزْتُ الاِحْتِلاَمَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ بِمِنًى فَمَرَرْتُ بَيْنَ يَدَىِ الصَّفِّ فَنَزَلْتُ فَأَرْسَلْتُ الأَتَانَ تَرْتَعُ وَدَخَلْتُ فِى الصَّفِّ فَلَمْ يُنْكِرْ ذَلِكَ عَلَىَّ أَحَدٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən uzunqulağa minərək gəldim. O vaxt həddi-büluğa çatmışdım. Allah Elçisi ﷺ Minada camaata namaz qıldırırdı. Cərgənin önündən keçdim və uzunqulaqdan düşərək onu otlamağa buraxdım. Özüm isə cərgəyə qoşuldum. Buna görə mənə heç kim heç nə demədi”.”

İbn Abbas
SəhihMuslim, 1152 (Namaz, 290)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّهُ أَقْبَلَ يَسِيرُ عَلَى حِمَارٍ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَائِمٌ يُصَلِّى بِمِنًى فِى حَجَّةِ الْوَدَاعِ يُصَلِّى بِالنَّاسِ - قَالَ - فَسَارَ الْحِمَارُ بَيْنَ يَدَىْ بَعْضِ الصَّفِّ ثُمَّ نَزَلَ عَنْهُ فَصَفَّ مَعَ النَّاسِ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ bir uzunqulağa minərək gəldi, Allah Elçisi ﷺ də Vida həccində Minada camaata namaz qıldırırdı. Uzunqulaq cərgələrdən birinin arası ilə keçdi, sonra İbn Abbas ondan düşərək camaatla birlikdə cərgədə durdu.”

Abdullah ibn Abbas
SəhihMuslim, 1153 (Namaz, 291)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَعَمْرٌو النَّاقِدُ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنِ ابْنِ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ قَالَ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِعَرَفَةَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, həmçinin bu hədisdə deyilir: “Peyğəmbər ﷺ Arafada namaz qıldırdı”.”

Abdullah ibn Abbas
SəhihMuslim, 1154 (Namaz, 292)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَعَبْدُ بْنُ حُمَيْدٍ قَالاَ أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ بِهَذَا الإِسْنَادِ. وَلَمْ يَذْكُرْ فِيهِ مِنًى وَلاَ عَرَفَةَ وَقَالَ فِى حَجَّةِ الْوَدَاعِ أَوْ يَوْمَ الْفَتْحِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin “Mina” və “Arafa” sözü qeyd olunmur, “Vida həcci” və ya “Fəth” günü qeyd olunur.”

Abdullah ibn Abbas
SəhihMuslim, 1155 (Namaz, 293)

Fəsil 48

Namaz qılan önündən keçənə mane olmalıdır

باب مَنْعِ الْمَارِّ بَيْنَ يَدَىِ الْمُصَلِّى

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى سَعِيدٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّى فَلاَ يَدَعْ أَحَدًا يَمُرُّ بَيْنَ يَدَيْهِ وَلْيَدْرَأْهُ مَا اسْتَطَاعَ فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ فَإِنَّمَا هُوَ شَيْطَانٌ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namaz qılanda heç kimi önündən keçməyə qoymasın və mümkün olduğu qədər ona mane olsun. Əgər önündən keçən dayanmazsa, onunla dalaşsın, çünki o, şeytandır”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1156 (Namaz, 294)

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ حَدَّثَنَا ابْنُ هِلاَلٍ - يَعْنِى حُمَيْدًا - قَالَ بَيْنَمَا أَنَا وَصَاحِبٌ لِى نَتَذَاكَرُ حَدِيثًا إِذْ قَالَ أَبُو صَالِحٍ السَّمَّانُ أَنَا أُحَدِّثُكَ مَا سَمِعْتُ مِنْ أَبِى سَعِيدٍ وَرَأَيْتُ مِنْهُ قَالَ بَيْنَمَا أَنَا مَعَ أَبِى سَعِيدٍ يُصَلِّى يَوْمَ الْجُمُعَةِ إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ إِذْ جَاءَ رَجُلٌ شَابٌّ مِنْ بَنِى أَبِى مُعَيْطٍ أَرَادَ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَدَفَعَ فِى نَحْرِهِ فَنَظَرَ فَلَمْ يَجِدْ مَسَاغًا إِلاَّ بَيْنَ يَدَىْ أَبِى سَعِيدٍ فَعَادَ فَدَفَعَ فِى نَحْرِهِ أَشَدَّ مِنَ الدَّفْعَةِ الأُولَى فَمَثَلَ قَائِمًا فَنَالَ مِنْ أَبِى سَعِيدٍ ثُمَّ زَاحَمَ النَّاسَ فَخَرَجَ فَدَخَلَ عَلَى مَرْوَانَ فَشَكَا إِلَيْهِ مَا لَقِىَ - قَالَ - وَدَخَلَ أَبُو سَعِيدٍ عَلَى مَرْوَانَ فَقَالَ لَهُ مَرْوَانُ مَا لَكَ وَلاِبْنِ أَخِيكَ جَاءَ يَشْكُوكَ. فَقَالَ أَبُو سَعِيدٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا صَلَّى أَحَدُكُمْ إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ فَأَرَادَ أَحَدٌ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَلْيَدْفَعْ فِى نَحْرِهِ فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ فَإِنَّمَا هُوَ شَيْطَانٌ ».

“Rəvayət edilir ki, Hilal ibn Humeyd ﵀ demişdir: “Bir dəfə mən bir yoldaşımla birlikdə bir hədisi müzakirə etdikdə Əbu Saleh əs-Səmmən: “Mən Əbu Səiddən eşitdiyimi və gördüyümü sənə danışım”- dedi və bunları danışdı: “Mən Əbu Səid ilə birlikdə olduqda Əbu Səid əl-Xudri cümə günü qarşısından heç kəs keçməsin deyə bir sütrəyə doğru namaz qılırdı. Bu vaxt Əbu Muayt tayfasından olan bir cavan oğlan onun önündən keçmək istədi. Əbu Səid onu sinəsindən itələdi. Cavan oğlan ətrafa nəzər saldı, lakin onun önündən başqa (keçməyə) bir yol tapmadı. Odur ki, yenidən onun qabağından keçməyə cəhd göstərdi. Bu dəfə Əbu Səid onu əvvəlkindən də qüvvətlə itələdi. Belə olduqda o, Əbu Səidi söydü, sonra da camaatı itələşdirərək çıxıb getdi və Mədinə valisi olan Mərvanın yanına gedib Əbu Səidin onunla kobud davranmasından şikayət etdi. Əbu Səid onun dalınca Mərvanın yanına gəldi. Mərvan ondan: “Səninlə qardaşın oğlu arasında nə baş verib? O mənə səndən şikayət edir”– deyə soruşdu. Əbu Səid dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sizdən biriniz (önündən) keçən olmasın deyə sütrəyə doğru namaz qıldığı zaman kimsə onun qabağından keçmək istəsə, qoy onu itələsin, əgər tərslik edərsə, qoy onunla vuruşsun, çünki o, şeytandır”.”

Humeyd ibn Hilal
SəhihMuslim, 1157 (Namaz, 295)

حَدَّثَنِى هَارُونُ بْنُ عَبْدِ اللَّهِ وَمُحَمَّدُ بْنُ رَافِعٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ أَبِى فُدَيْكٍ عَنِ الضَّحَّاكِ بْنِ عُثْمَانَ عَنْ صَدَقَةَ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّى فَلاَ يَدَعْ أَحَدًا يَمُرُّ بَيْنَ يَدَيْهِ فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ فَإِنَّ مَعَهُ الْقَرِينَ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namaz qılanda heç kimi önündən keçməyə qoymasın. Əgər önündən keçən dayanmazsa, onunla dalaşsın, çünki onunla birlikdə yoldaşı şeytan var”.”

Abdullah ibn Ömər
SəhihMuslim, 1158 (Namaz, 296)

حَدَّثَنِى إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا أَبُو بَكْرٍ الْحَنَفِىُّ حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ حَدَّثَنَا صَدَقَةُ بْنُ يَسَارٍ قَالَ سَمِعْتُ ابْنَ عُمَرَ يَقُولُ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ. بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Abdullah ibn Ömər
SəhihMuslim, 1159 (Namaz, 297)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى النَّضْرِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَرْسَلَهُ إِلَى أَبِى جُهَيْمٍ يَسْأَلُهُ مَاذَا سَمِعَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَارِّ بَيْنَ يَدَىِ الْمُصَلِّى قَالَ أَبُو جُهَيْمٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَىِ الْمُصَلِّى مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ ». قَالَ أَبُو النَّضْرِ لاَ أَدْرِى قَالَ أَرْبَعِينَ يَوْمًا أَوْ شَهْرًا أَوْ سَنَةً

“Busr ibn Səid ﵀ rəvayət edir ki, Zeyd ibn Xalid onu Əbu Cuheymin yanına namaz qılanın önündən keçən haqda Allah Elçisindən ﷺ nə eşitdiyini bildirməsi üçün göndərdi. Əbu Cuheym dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Namaz qılanın önündən keçən kimsə nə (qədər günah) qazandığını bilsəydi, (yəqin edərdi ki,) qırx (il, yaxud qırx ay və ya qırx gün yerində) dayanmaq onun üçün namaz qılanın önündən keçməkdən daha yaxşıdır”. Ravi Əbu ən-Nədr demişdir: “Mən onun qırx gün, yaxud qırx ay və ya qırx il dediyini bilmirəm”.”

Busr ibn Səid
SəhihMuslim, 1160 (Namaz, 298)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ هَاشِمِ بْنِ حَيَّانَ الْعَبْدِىُّ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ سَالِمٍ أَبِى النَّضْرِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَرْسَلَ إِلَى أَبِى جُهَيْمٍ الأَنْصَارِىِّ مَا سَمِعْتَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فَذَكَرَ بِمَعْنَى حَدِيثِ مَالِكٍ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Busr ibn Səid
SəhihMuslim, 1161 (Namaz, 299)

Fəsil 49

Namaz qılanın sütrəyə yaxın durması

باب دُنُوِّ الْمُصَلِّى مِنَ السُّتْرَةِ

حَدَّثَنِى يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِىُّ حَدَّثَنَا ابْنُ أَبِى حَازِمٍ حَدَّثَنِى أَبِى عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ قَالَ كَانَ بَيْنَ مُصَلَّى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبَيْنَ الْجِدَارِ مَمَرُّ الشَّاةِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd əs-Səidi ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldığı yerlə qiblə istiqamətindəki divar arasında bir qoyun keçə biləcək qədər məsafə olardı”.”

Səhl ibn Səd əs-Səidi
SəhihMuslim, 1162 (Namaz, 300)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى - وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى - قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ ابْنُ الْمُثَنَّى حَدَّثَنَا حَمَّادُ بْنُ مَسْعَدَةَ - عَنْ يَزِيدَ - يَعْنِى ابْنَ أَبِى عُبَيْدٍ - عَنْ سَلَمَةَ - وَهُوَ ابْنُ الأَكْوَعِ أَنَّهُ كَانَ يَتَحَرَّى مَوْضِعَ مَكَانِ الْمُصْحَفِ يُسَبِّحُ فِيهِ. وَذَكَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَتَحَرَّى ذَلِكَ الْمَكَانَ وَكَانَ بَيْنَ الْمِنْبَرِ وَالْقِبْلَةِ قَدْرُ مَمَرِّ الشَّاةِ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ Quran olan sütunun yanında namaz qılardı. O, deyərdi ki, Allah Elçisi ﷺ də bu yerdə namaz qılarmış. Həmin yer bir qoyun keçəcək qədər bir yer idi.”

Sələmə ibn əl-Əkva
SəhihMuslim, 1163 (Namaz, 301)

حَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مَكِّىٌّ قَالَ يَزِيدُ أَخْبَرَنَا قَالَ كَانَ سَلَمَةُ يَتَحَرَّى الصَّلاَةَ عِنْدَ الأُسْطُوَانَةِ الَّتِى عِنْدَ الْمُصْحَفِ فَقُلْتُ لَهُ يَا أَبَا مُسْلِمٍ أَرَاكَ تَتَحَرَّى الصَّلاَةَ عِنْدَ هَذِهِ الأُسْطُوَانَةِ. قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَحَرَّى الصَّلاَةَ عِنْدَهَا.

“Rəvayət edilir ki, Yəzid ﵀ demişdir: “Sələmə (çox vaxt) Quran olan sütunun yanında namaz qılardı. Mən dedim: “Ey Əbu Muslim, mən sənin həmişə bu sütunun yanında namaz qıldığını görürəm”. O dedi: “Mən də Peyğəmbərin ﷺ çox vaxt onun yanında namaz qıldığını görmüşəm”.”

Yəzid
SəhihMuslim, 1164 (Namaz, 302)

Fəsil 50

Namaz qılanın sütrəsinin miqdarı

باب قَدْرِ مَا يَسْتُرُ الْمُصَلِّىَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ح قَالَ وَحَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ يُونُسَ عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الصَّامِتِ عَنْ أَبِى ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَامَ أَحَدُكُمْ يُصَلِّى فَإِنَّهُ يَسْتُرُهُ إِذَا كَانَ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ فَإِذَا لَمْ يَكُنْ بَيْنَ يَدَيْهِ مِثْلُ آخِرَةِ الرَّحْلِ فَإِنَّهُ يَقْطَعُ صَلاَتَهُ الْحِمَارُ وَالْمَرْأَةُ وَالْكَلْبُ الأَسْوَدُ ». قُلْتُ يَا أَبَا ذَرٍّ مَا بَالُ الْكَلْبِ الأَسْوَدِ مِنَ الْكَلْبِ الأَحْمَرِ مِنَ الْكَلْبِ الأَصْفَرِ قَالَ يَا ابْنَ أَخِى سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا سَأَلْتَنِى فَقَالَ « الْكَلْبُ الأَسْوَدُ شَيْطَانٌ ».

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namaz qıldıqda önündə yəhərin arxası hissəsi qədər bir şey olarsa, ona sütrə sayılar. Əgər önündə yəhərin arxa hissəsi qədər bir şey olmazsa, onun (qarşısından) uzunqulaq, qadın və qara it keçsə, namazını pozar”. Ravi Abdullah ibn əs-Samit dedi: “Mən dedim: “Ey Əbu Zərr, qara itin qırmızı və ya sarı itdən fərqi nədir ki?” Əbu Zərr dedi: “Ey qardaşım oğlu, sənin soruşduğun kimi mən də bunu Allah Elçisindən ﷺ soruşmuşdum. O da buyurmuşdu: “Qara it şeytandır”.”

Əbu Zərr
SəhihMuslim, 1165 (Namaz, 303)

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ ح قَالَ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَابْنُ بَشَّارٍ قَالاَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا وَهْبُ بْنُ جَرِيرٍ حَدَّثَنَا أَبِى ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ أَيْضًا أَخْبَرَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ قَالَ سَمِعْتُ سَلْمَ بْنَ أَبِى الذَّيَّالِ ح قَالَ وَحَدَّثَنِى يُوسُفُ بْنُ حَمَّادٍ الْمَعْنِىُّ حَدَّثَنَا زِيَادٌ الْبَكَّائِىُّ عَنْ عَاصِمٍ الأَحْوَلِ كُلُّ هَؤُلاَءِ عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ بِإِسْنَادِ يُونُسَ كَنَحْوِ حَدِيثِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Zərr
SəhihMuslim, 1166 (Namaz, 304)

وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا الْمَخْزُومِىُّ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ - وَهُوَ ابْنُ زِيَادٍ - حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ الأَصَمِّ حَدَّثَنَا يَزِيدُ بْنُ الأَصَمِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَقْطَعُ الصَّلاَةَ الْمَرْأَةُ وَالْحِمَارُ وَالْكَلْبُ وَيَقِى ذَلِكَ مِثْلُ مُؤْخِرَةِ الرَّحْلِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namazı qadın, uzunqulaq və it (namaz qılanın qarşısından keçdikdə) pozur. Bundan yəhərin arxa hissəsi qədər bir şey qoyduqda qorunmaq olar”.”

Əbu Hureyra
SəhihMuslim, 1167 (Namaz, 305)

Fəsil 51

Namaz qılanın önündə olmaq

باب الاِعْتِرَاضِ بَيْنَ يَدَىِ الْمُصَلِّى

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالُوا حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى مِنَ اللَّيْلِ وَأَنَا مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ كَاعْتِرَاضِ الْجِنَازَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ gecə vaxtı namaz qıldıqda mən onunla qiblə arasında cənazə kimi uzanardım”.”

Aişə
SəhihMuslim, 1168 (Namaz, 306)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى صَلاَتَهُ مِنَ اللَّيْلِ كُلَّهَا وَأَنَا مُعْتَرِضَةٌ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ فَإِذَا أَرَادَ أَنْ يُوتِرَ أَيْقَظَنِى فَأَوْتَرْتُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ bütün gecəni namazlarını qılar, mən onunla qiblə arasında cənazə kimi uzanardım. Vitr namazını qılmaq istədikdə məni oyadar, mən də Vitr namazını qılardım”.”

Aişə
SəhihMuslim, 1169 (Namaz, 307)

وَحَدَّثَنِى عَمْرُو بْنُ عَلِىٍّ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ حَفْصٍ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ قَالَ قَالَتْ عَائِشَةُ مَا يَقْطَعُ الصَّلاَةَ قَالَ فَقُلْنَا الْمَرْأَةُ وَالْحِمَارُ. فَقَالَتْ إِنَّ الْمَرْأَةَ لَدَابَّةُ سَوْءٍ لَقَدْ رَأَيْتُنِى بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُعْتَرِضَةً كَاعْتِرَاضِ الْجِنَازَةِ وَهُوَ يُصَلِّى.

“Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr ﵁ demişdir: “Aişə dedi: “Namazı nə batil edir?” Biz dedik: “Qadın və uzunqulaq”. O dedi: “Qadın heyvandırmı? Mən Allah Elçisi ﷺ namaz qılanda onunla qiblə arasında cənazə kimi uzanardım”.”

Urva ibn əz-Zubeyr
SəhihMuslim, 1170 (Namaz, 308)

حَدَّثَنَا عَمْرٌو النَّاقِدُ وَأَبُو سَعِيدٍ الأَشَجُّ قَالاَ حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ح قَالَ وَحَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ - وَاللَّفْظُ لَهُ - حَدَّثَنَا أَبِى حَدَّثَنَا الأَعْمَشُ حَدَّثَنِى إِبْرَاهِيمُ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ. قَالَ الأَعْمَشُ وَحَدَّثَنِى مُسْلِمٌ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ وَذُكِرَ عِنْدَهَا مَا يَقْطَعُ الصَّلاَةَ الْكَلْبُ وَالْحِمَارُ وَالْمَرْأَةُ. فَقَالَتْ عَائِشَةُ قَدْ شَبَّهْتُمُونَا بِالْحَمِيرِ وَالْكِلاَبِ. وَاللَّهِ لَقَدْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَإِنِّى عَلَى السَّرِيرِ بَيْنَهُ وَبَيْنَ الْقِبْلَةِ مُضْطَجِعَةً فَتَبْدُو لِى الْحَاجَةُ فَأَكْرَهُ أَنْ أَجْلِسَ فَأُوذِىَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَنْسَلُّ مِنْ عِنْدِ رِجْلَيْهِ.

“Rəvayət edilir ki, Aişənin ﵂ yanında it, uzunqulaq və qadının namazı batil etməsi haqda danışıldı. Aişə dedi: “Siz bizi uzunqulaq və itə bənzədirsiz. Allaha and olsun ki, mən Allah Elçisini ﷺ namaz qılarkən görmüşəm. Mən çarpayımda onunla qiblə arasında uzanmış vəziyyətdə olardım. Bir ehtiyacım olduqda isə Allah Elçisini ﷺ narahat etməmək üçün çarpayının ayaqları tərəfdən sürüşüb çıxardım”.”

Aişə
SəhihMuslim, 1171 (Namaz, 309)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ عَدَلْتُمُونَا بِالْكِلاَبِ وَالْحُمُرِ لَقَدْ رَأَيْتُنِى مُضْطَجِعَةً عَلَى السَّرِيرِ فَيَجِىءُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَتَوَسَّطُ السَّرِيرَ فَيُصَلِّى فَأَكْرَهُ أَنْ أَسْنَحَهُ فَأَنْسَلُّ مِنْ قِبَلِ رِجْلَىِ السَّرِيرِ حَتَّى أَنْسَلَّ مِنْ لِحَافِى.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Siz bizi uzunqulaq və itə bənzədirsiz. Allaha and olsun ki, mən çarpayımda yatardım. Allah Elçisi ﷺ gəlib çarpayının orta tərəfinə doğru namaz qılardı. Mən onun qarşısına gəlməkdən çəkinir və çarpayının ayaqları tərəfdən yorğanımdam sıyrılıb çıxardım”.”

Aişə
SəhihMuslim, 1172 (Namaz, 310)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَنَامُ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرِجْلاَىَ فِى قِبْلَتِهِ فَإِذَا سَجَدَ غَمَزَنِى فَقَبَضْتُ رِجْلَىَّ وَإِذَا قَامَ بَسَطْتُهُمَا - قَالَتْ - وَالْبُيُوتُ يَوْمَئِذٍ لَيْسَ فِيهَا مَصَابِيحُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qabağında ayaqlarım onun qibləsinə doğru uzanaraq yatardım. Səcdə etdikdə mənə toxunar, mən də ayaqlarımı çəkərdim. O, səcdədən dikəldikdə ayaqlarımı yenə uzadardım. O vaxt evlərdə hələ qəndillər (asma lampalar) yox idi”.”

Aişə
SəhihMuslim, 1173 (Namaz, 311)

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ ح قَالَ وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ جَمِيعًا عَنِ الشَّيْبَانِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ شَدَّادِ بْنِ الْهَادِ قَالَ حَدَّثَتْنِى مَيْمُونَةُ زَوْجُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَنَا حِذَاءَهُ وَأَنَا حَائِضٌ وَرُبَّمَا أَصَابَنِى ثَوْبُهُ إِذَا سَجَدَ.

“Rəvayət edilir ki, Peyğəmbərin zövcəsi Məymunə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə namaz qılar, mən də heyzli olduğum halda onun yanında olardım. Bəzən o səcdə etdikdə paltarının bir hissəsi mənə dəyərdi”.”

Məymunə
SəhihMuslim, 1174 (Namaz, 312)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالَ زُهَيْرٌ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا طَلْحَةُ بْنُ يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُهُ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ وَأَنَا إِلَى جَنْبِهِ وَأَنَا حَائِضٌ وَعَلَىَّ مِرْطٌ وَعَلَيْهِ بَعْضُهُ إِلَى جَنْبِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ gecə namaz qılar, mən də heyzli olduğum halda fitədə onun yanında olardım. (O, səcdə etdikdə) fitənin bir qismi onun üzərinə düşərdi”.”

Aişə
SəhihMuslim, 1175 (Namaz, 313)

Fəsil 52

Bir paltarda namaz qılmaq və paltarın vəsfi

باب الصَّلاَةِ فِى ثَوْبٍ وَاحِدٍ وَصِفَةِ لُبْسِهِ

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ سَائِلاً سَأَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلاَةِ فِى الثَّوْبِ الْوَاحِدِ فَقَالَ « أَوَلِكُلِّكُمْ ثَوْبَانِ ».

“Əbu Huryera ﵁ rəvayət edir ki, bir nəfər Allah Elçisindən ﷺ bir paltarda namaz qılmaq haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Məgər sizin hamınızın iki paltarı var?!””

Əbu Hureyra
SəhihMuslim, 1176 (Namaz, 314)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى يُونُسُ ح قَالَ وَحَدَّثَنِى عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ وَحَدَّثَنِى أَبِى عَنْ جَدِّى قَالَ حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ كِلاَهُمَا عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ وَأَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِثْلِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Əbu Hureyra
SəhihMuslim, 1177 (Namaz, 315)

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ قَالَ عَمْرٌو حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ نَادَى رَجُلٌ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أَيُصَلِّى أَحَدُنَا فِى ثَوْبٍ وَاحِدٍ فَقَالَ « أَوَكُلُّكُمْ يَجِدُ ثَوْبَيْنِ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Peyğəmbərə ﷺ müraciət edərək dedi: “Bizdən biri bir paltarda namaz qıla bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Məgər sizin hamınızın iki paltarı var?!””

Əbu Hureyra
SəhihMuslim, 1178 (Namaz, 316)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَعَمْرٌو النَّاقِدُ وَزُهَيْرُ بْنُ حَرْبٍ جَمِيعًا عَنِ ابْنِ عُيَيْنَةَ قَالَ زُهَيْرٌ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يُصَلِّى أَحَدُكُمْ فِى الثَّوْبِ الْوَاحِدِ لَيْسَ عَلَى عَاتِقَيْهِ مِنْهُ شَىْءٌ ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən heç kim bir paltarda - çiyinlərində o paltardan bir şey olmayan vəziyyətdə namaz qılmasın”.”

Əbu Hureyra
SəhihMuslim, 1179 (Namaz, 317)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ أَنَّ عُمَرَ بْنَ أَبِى سَلَمَةَ أَخْبَرَهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ مُشْتَمِلاً بِهِ فِى بَيْتِ أُمِّ سَلَمَةَ وَاضِعًا طَرَفَيْهِ عَلَى عَاتِقَيْهِ.

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ Ummu Sələmənin evində bir paltara bürünmüş və iki tərəfini çiyinlərinə atmış halda namaz qılarkən gördüm”.”

Ömər ibn Əbu Sələmə
SəhihMuslim, 1180 (Namaz, 318)

حَدَّثَنَاهُ أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ عَنْ وَكِيعٍ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ بِهَذَا الإِسْنَادِ غَيْرَ أَنَّهُ قَالَ مُتَوَشِّحًا. وَلَمْ يَقُلْ مُشْتَمِلاً.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə “bürünmüş” deyil, “üzərinə atmış” sözü qeyd edilir.”

Ömər ibn Əbu Sələmə
SəhihMuslim, 1181 (Namaz, 319)

وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عُمَرَ بْنِ أَبِى سَلَمَةَ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى بَيْتِ أُمِّ سَلَمَةَ فِى ثَوْبٍ قَدْ خَالَفَ بَيْنَ طَرَفَيْهِ.

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ Ummu Sələmənin evində bir paltarda, bu paltarın iki tərəfini çarpaz bağlamış halda namaz qılarkən gördüm”.”

Ömər ibn Əbu Sələmə
SəhihMuslim, 1182 (Namaz, 320)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعِيسَى بْنُ حَمَّادٍ قَالاَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ أَبِى أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ عَنْ عُمَرَ بْنِ أَبِى سَلَمَةَ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ مُلْتَحِفًا مُخَالِفًا بَيْنَ طَرَفَيْهِ. زَادَ عِيسَى بْنُ حَمَّادٍ فِى رِوَايَتِهِ قَالَ عَلَى مَنْكِبَيْهِ.

“Rəvayət edilir ki, Ömər ibn Əbu Sələmə ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ Ummu Sələmənin evində bir paltara bürünmüş və bu paltarın iki tərəfini çarpaz bağlamış halda namaz qılarkən gördüm”. Ravi Həmməd dedi: “Çiyinləri üzərində”.”

Ömər ibn Əbu Sələmə
SəhihMuslim, 1183 (Namaz, 321)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ حَدَّثَنَا سُفْيَانُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ مُتَوَشِّحًا بِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ bir paltarı çiyinlərinə bürümüş halda namaz qılarkən gördüm”.”

Cabir
SəhihMuslim, 1184 (Namaz, 322)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبِى حَدَّثَنَا سُفْيَانُ ح قَالَ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ عَنْ سُفْيَانَ جَمِيعًا بِهَذَا الإِسْنَادِ وَفِى حَدِيثِ ابْنِ نُمَيْرٍ قَالَ دَخَلْتُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə deyilir: “Mən Allah Elçisinin yanına gəldim...”.”

Cabir
SəhihMuslim, 1185 (Namaz, 323)

حَدَّثَنِى حَرْمَلَةُ بْنُ يَحْيَى حَدَّثَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِى عَمْرٌو أَنَّ أَبَا الزُّبَيْرِ الْمَكِّىَّ حَدَّثَهُ أَنَّهُ رَأَى جَابِرَ بْنَ عَبْدِ اللَّهِ يُصَلِّى فِى ثَوْبٍ مُتَوَشِّحًا بِهِ وَعِنْدَهُ ثِيَابُهُ. وَقَالَ جَابِرٌ إِنَّهُ رَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ذَلِكَ.

“Rəvayət edilir ki, Əbu əz-Zubeyr əl-Məkki ﵀ Cabir ibn Abdullahı ﵄ bir paltarı boynuna doladığı halda namaz qılarkən görmüşdür. Halbuki, Cabirin digər paltarı yanında idi. Cabir Allah Elçisinin ﷺ belə etdiyini gördüyünü demişdir.”

Əbu əz-Zubeyr əl-Məkki
SəhihMuslim, 1186 (Namaz, 324)

حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لِعَمْرٍو - قَالَ حَدَّثَنِى عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ حَدَّثَنِى أَبُو سَعِيدٍ الْخُدْرِىُّ أَنَّهُ دَخَلَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فَرَأَيْتُهُ يُصَلِّى عَلَى حَصِيرٍ يَسْجُدُ عَلَيْهِ - قَالَ - وَرَأَيْتُهُ يُصَلِّى فِى ثَوْبٍ وَاحِدٍ مُتَوَشِّحًا بِهِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ yanına gəlmişdi. Əbu Səid deyir: “Onu bir həsir üzərində namaz qılarkən səcdə vəziyyətində olanda gördüm. Həmçinin onun bir paltarda, o paltarı boynuna dolamış halda namaz qıldığını gördüm”.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1187 (Namaz, 325)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ح قَالَ وَحَدَّثَنِيهِ سُوَيْدُ بْنُ سَعِيدٍ حَدَّثَنَا عَلِىُّ بْنُ مُسْهِرٍ كِلاَهُمَا عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ. وَفِى رِوَايَةِ أَبِى كُرَيْبٍ وَاضِعًا طَرَفَيْهِ عَلَى عَاتِقَيْهِ. وَرِوَايَةُ أَبِى بَكْرٍ وَسُوَيْدٍ مُتَوَشِّحًا بِهِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin Ravi Əbu Kureybin hədisində: “Paltarın iki tərəfini çiyinlərinə qoyaraq...”, ravilər Əbu Bəkr və Suveydin hədisində isə: “Paltarı boynuna dolamış vəziyyətdə...” deyilir.”

Əbu Səid əl-Xudri
SəhihMuslim, 1188 (Namaz, 326)