Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması
حَدَّثَنَا مِنْجَابُ بْنُ الْحَارِثِ التَّمِيمِىُّ أَخْبَرَنَا ابْنُ مُسْهِرٍ ح وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ كِلاَهُمَا عَنِ الأَعْمَشِ بِهَذَا الإِسْنَادِ نَحْوَهُ وَفِى حَدِيثِهِمَا لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى تُوُفِّىَ فِيهِ. وَفِى حَدِيثِ ابْنِ مُسْهِرٍ فَأُتِىَ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى أُجْلِسَ إِلَى جَنْبِهِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ وَأَبُو بَكْرٍ يُسْمِعُهُمُ التَّكْبِيرَ. وَفِى حَدِيثِ عِيسَى فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ إِلَى جَنْبِهِ وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ.
“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin bu hədisdə aşağıdakı əlavələr var: “Allah Elçisi ﷺ vəfat edəcəyi xəstəliyə tutulduqda...”, “Allah Elçisini ﷺ gətirdilər və Əbu Bəkrin yanında oturtdular. Peyğəmbər ﷺ camaata namaz qıldırır, Əbu Bəkr də onlara təkbiri eşitdirirdi...”, “Allah Elçisi ﷺ oturaraq namaz qıldırır, Əbu Bəkr də onun yanında təkbirləri camaata eşitdirirdi”.”
İstinad
Muslim, 969 (Namaz, 107)
Səhih Muslim — Namaz kitabı