Namaz kitabı

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ ح وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ إِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ. فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ فَلَوْ أَمَرْتَ عُمَرَ. فَقَالَتْ لَهُ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ. مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَأَمَرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ - قَالَتْ - فَلَمَّا دَخَلَ فِى الصَّلاَةِ وَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ وَرِجْلاَهُ تَخُطَّانِ فِى الأَرْضِ - قَالَتْ - فَلَمَّا دَخَلَ الْمَسْجِدَ سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ ذَهَبَ يَتَأَخَّرُ فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُمْ مَكَانَكَ. فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ - قَالَتْ - فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ جَالِسًا وَأَبُو بَكْرٍ قَائِمًا يَقْتَدِى أَبُو بَكْرٍ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَقْتَدِى النَّاسُ بِصَلاَةِ أَبِى بَكْرٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal namaza icazə almaq üçün gəldi. Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Mən dedim: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr səsi zəif adamdı. O sənin yerində durduqda insanlar onu eşidə bilməyəcəklər. Bəlkə əmr edəsən, namazı Ömər qıldırsın?” Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın?” Mən Həfsaya dedim: “Allah Elçisinə ﷺ de ki, “Əbu Bəkr səsi zəif adamdı. O sənin yerində durduqda insanlar onu eşidə bilməyəcəklər. Bəlkə əmr edəsən, namazı Ömər qıldırsın?” O da bunları Allah Elçisinə ﷺ dedi. Allah Elçisi ﷺ buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın?” Camaata namaz qıldırması üçün Əbu Bəkrə əmr etdilər, o da camaata namaz qıldırdı. O, namaza başladıqda Allah Elçisi ﷺ özündə yüngüllük hiss edib iki nəfərin arasında ayağa durdu. Ayaqları yerlə sürünürdü. Məscidə girdiyi vaxt Əbu Bəkr onun ayaq səsini eşitdi və geri çəkilməyə başladı, lakin Allah Elçisi ﷺ ona: “Yerində qal!” deyə işarə etdi. Allah Elçisi ﷺ irəliləyərək Əbu Bəkrin sol tərəfində oturdu. Allah Elçisi ﷺ camaata oturduğu yerdə namaz qıldırırdı. Əbu Bəkr Peyğəmbərin ﷺ namazına, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
Səhih

İstinad

Muslim, 968 (Namaz, 106)

Səhih Muslim — Namaz kitabı