Namaz kitabı

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَاللَّفْظُ لاِبْنِ رَافِعٍ - قَالَ عَبْدٌ أَخْبَرَنَا وَقَالَ ابْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ - أَخْبَرَنَا مَعْمَرٌ قَالَ الزُّهْرِىُّ وَأَخْبَرَنِى حَمْزَةُ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْتِى قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ إِذَا قَرَأَ الْقُرْآنَ لاَ يَمْلِكُ دَمْعَهُ فَلَوْ أَمَرْتَ غَيْرَ أَبِى بَكْرٍ. قَالَتْ وَاللَّهِ مَا بِى إِلاَّ كَرَاهِيَةُ أَنْ يَتَشَاءَمَ النَّاسُ بِأَوَّلِ مَنْ يَقُومُ فِى مَقَامِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ فَرَاجَعْتُهُ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا فَقَالَ « لِيُصَلِّ بِالنَّاسِ أَبُو بَكْرٍ فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənim evimə girdiyi vaxt dedi: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Mən dedim: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, Quran oxuduqda göz yaşlarını saxlaya bilməyəcək. Bunu Əbu Bəkrdən başqasına əmr et”. Aişə deyir: “Allaha and olsun, içimdə Allah Elçisinin ﷺ yerinə keçəcək ilk adam haqda insanların pis şey fikirləşəcəklərindən başqa bir şey yox idi. Ona görə Allah Elçisinə ﷺ iki və ya üç dəfə müraciət etdim. Allah Elçisi ﷺ buyurdu: “Camaata Əbu Bəkr namaz qıldırsın! Siz Yusufa gözü düşən qadınlar kimisiniz”.”

Aişə
Səhih

İstinad

Muslim, 967 (Namaz, 105)

Səhih Muslim — Namaz kitabı