Namazın vəsfi, nə ilə başlanıb nə ilə bitməsi, rukunun vəsfi və qamətin düz tutulması, səcdə və qamətin düz tutulması, dördrükətli namazların ikinci rükətindən sonra təşəhhüd, iki səcdə arasında və ilk təşəhhüddə necə oturulacağının bir yerdə olması
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَابْنُ أَبِى عُمَرَ جَمِيعًا عَنْ سُفْيَانَ - قَالَ يَحْيَى أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ - عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ الأَصَمِّ عَنْ عَمِّهِ يَزِيدَ بْنِ الأَصَمِّ عَنْ مَيْمُونَةَ قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَجَدَ لَوْ شَاءَتْ بَهْمَةٌ أَنْ تَمُرَّ بَيْنَ يَدَيْهِ لَمَرَّتْ.
“Rəvayət edilir ki, Məymunə ﵁ demişdir: “Peyğəmbər ﷺ səcdə etdikdə bir quzu qollarının arasından keçmək istədikdə keçə bilərdi”.”
İstinad
Muslim, 1135 (Namaz, 273)
Səhih Muslim — Namaz kitabı