Zöhr və Əsr namazlarında olan qiraət
وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ حَاتِمٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِىٍّ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ عَنْ رَبِيعَةَ قَالَ حَدَّثَنِى قَزْعَةُ قَالَ أَتَيْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ وَهُوَ مَكْثُورٌ عَلَيْهِ فَلَمَّا تَفَرَّقَ النَّاسُ عَنْهُ قُلْتُ إِنِّى لاَ أَسْأَلُكَ عَمَّا يَسْأَلُكَ هَؤُلاَءِ عَنْهُ - قُلْتُ - أَسْأَلُكَ عَنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ مَا لَكَ فِى ذَاكَ مِنْ خَيْرٍ. فَأَعَادَهَا عَلَيْهِ فَقَالَ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ فَيَنْطَلِقُ أَحَدُنَا إِلَى الْبَقِيعِ فَيَقْضِى حَاجَتَهُ ثُمَّ يَأْتِى أَهْلَهُ فَيَتَوَضَّأُ ثُمَّ يَرْجِعُ إِلَى الْمَسْجِدِ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الرَّكْعَةِ الأُولَى.
“Rəvayət edilir ki, Qaz'a ﷺ demişdir: “Mən Əbu Səid əl-Xudrinin yanına gəldikdə onun yanında çoxlu adam var idi. Camaat dağılışdıqda mən dedim: “Mən səndən onların soruşduqlarını soruşmayacağam. Səndən Allah Elçisinin ﷺ namazı haqda soruşuram”. Əbu Səid dedi: “Bunda sənə bir fayda yoxdur”. Əbu Səid bunu bir dəfə də təkrarladıqdan sonra dedi: “Zöhr namazı qılındıqda bizdən bir nəfər Bəqi qəbiristanlığına gedər, ehtiyacını ödəyər, sonra evinə gəlib dəstəmaz alar və məscidə qayıdardı, Allah Elçisi ﷺ isə hələ ilk rükətdə olardı”.”
İstinad
Muslim, 1049 (Namaz, 187)
Səhih Muslim — Namaz kitabı