Namaz kitabı

Zöhr və Əsr namazlarında olan qiraət

حَدَّثَنَا دَاوُدُ بْنُ رُشَيْدٍ حَدَّثَنَا الْوَلِيدُ - يَعْنِى ابْنَ مُسْلِمٍ - عَنْ سَعِيدٍ - وَهُوَ ابْنُ عَبْدِ الْعَزِيزِ - عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ عَنْ قَزْعَةَ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ لَقَدْ كَانَتْ صَلاَةُ الظُّهْرِ تُقَامُ فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْبَقِيعِ فَيَقْضِى حَاجَتَهُ ثُمَّ يَتَوَضَّأُ ثُمَّ يَأْتِى وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الرَّكْعَةِ الأُولَى مِمَّا يُطَوِّلُهَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Vallahi, Zöhr namazı qılındıqda bir nəfər Bəqi qəbiristanlığına gedər, ehtiyacını ödəyər, sonra dəstəmaz alıb gələr, Allah Elçisi ﷺ isə ilk rükəti uzatdığına görə hələ ilk rükətdə olardı”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Muslim, 1048 (Namaz, 186)

Səhih Muslim — Namaz kitabı