Namaz kitabı

Ruku və səcdələrdə nə deyilir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنِى عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ فَقَدْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفِرَاشِ فَالْتَمَسْتُهُ فَوَقَعَتْ يَدِى عَلَى بَطْنِ قَدَمَيْهِ وَهُوَ فِى الْمَسْجِدِ وَهُمَا مَنْصُوبَتَانِ وَهُوَ يَقُولُ « اللَّهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ وَأَعُوذُ بِكَ مِنْكَ لاَ أُحْصِى ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ ».

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə mən Allah Elçisini ﷺ gecə yatağında tapa bilmədim. Əlimlə onu axtardıqda əlim onun ayaqlarına dəydi. O, səcdə vəziyyətində ayaqları (səcdə etdikdə dabanları) dik vəziyyətdə belə deyirdi: “Allahım! Sənin qəzəbindən razılığına, cəzandan əfvinə sığınıram. Səndən Sənə pənah aparıram. Mən Səni (layiqincə) tərif edə bilmərəm. Sən Özün Özünü tərif etdiyin kimisən!””

Aişə
Səhih

İstinad

Muslim, 1118 (Namaz, 256)

Səhih Muslim — Namaz kitabı