Namaz qılan önündən keçənə mane olmalıdır
حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى النَّضْرِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ أَنَّ زَيْدَ بْنَ خَالِدٍ الْجُهَنِىَّ أَرْسَلَهُ إِلَى أَبِى جُهَيْمٍ يَسْأَلُهُ مَاذَا سَمِعَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْمَارِّ بَيْنَ يَدَىِ الْمُصَلِّى قَالَ أَبُو جُهَيْمٍ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَوْ يَعْلَمُ الْمَارُّ بَيْنَ يَدَىِ الْمُصَلِّى مَاذَا عَلَيْهِ لَكَانَ أَنْ يَقِفَ أَرْبَعِينَ خَيْرًا لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ ». قَالَ أَبُو النَّضْرِ لاَ أَدْرِى قَالَ أَرْبَعِينَ يَوْمًا أَوْ شَهْرًا أَوْ سَنَةً
“Busr ibn Səid ﵀ rəvayət edir ki, Zeyd ibn Xalid onu Əbu Cuheymin yanına namaz qılanın önündən keçən haqda Allah Elçisindən ﷺ nə eşitdiyini bildirməsi üçün göndərdi. Əbu Cuheym dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Namaz qılanın önündən keçən kimsə nə (qədər günah) qazandığını bilsəydi, (yəqin edərdi ki,) qırx (il, yaxud qırx ay və ya qırx gün yerində) dayanmaq onun üçün namaz qılanın önündən keçməkdən daha yaxşıdır”. Ravi Əbu ən-Nədr demişdir: “Mən onun qırx gün, yaxud qırx ay və ya qırx il dediyini bilmirəm”.”
İstinad
Muslim, 1160 (Namaz, 298)
Səhih Muslim — Namaz kitabı