Namaz kitabı

Səcdələrin fəziləti və ona təşviq

حَدَّثَنِى زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ قَالَ سَمِعْتُ الأَوْزَاعِىَّ قَالَ حَدَّثَنِى الْوَلِيدُ بْنُ هِشَامٍ الْمُعَيْطِىُّ حَدَّثَنِى مَعْدَانُ بْنُ أَبِى طَلْحَةَ الْيَعْمَرِىُّ قَالَ لَقِيتُ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ أَخْبِرْنِى بِعَمَلٍ أَعْمَلُهُ يُدْخِلُنِى اللَّهُ بِهِ الْجَنَّةَ. أَوْ قَالَ قُلْتُ بِأَحَبِّ الأَعْمَالِ إِلَى اللَّهِ. فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ فَسَكَتَ ثُمَّ سَأَلْتُهُ الثَّالِثَةَ فَقَالَ سَأَلْتُ عَنْ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « عَلَيْكَ بِكَثْرَةِ السُّجُودِ لِلَّهِ فَإِنَّكَ لاَ تَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلاَّ رَفَعَكَ اللَّهُ بِهَا دَرَجَةً وَحَطَّ عَنْكَ بِهَا خَطِيئَةً ». قَالَ مَعْدَانُ ثُمَّ لَقِيتُ أَبَا الدَّرْدَاءِ فَسَأَلْتُهُ فَقَالَ لِى مِثْلَ مَا قَالَ لِى ثَوْبَانُ.

“Rəvayət edilir ki, Mədən ibn Əbu Təlhə əl-Yə'muri ﵀ demişdir: “Mən Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ilə qarşılaşdım və ona dedim: “Mənə elə bir əməl haqda xəbər ver ki, onu etdikdə Allah məni Cənnətə salsın” və ya “Allaha sevimli bir əməl de”. O susdu. Ondan yenə soruşdum, yenə susdu. Sonra üçüncü dəfə ondan soruşduqda dedi: “Mən bu haqda Allah Elçisindən ﷺ soruşmuşdum. Allah Elçisi ﷺ də belə buyurmuşdu: “Allaha çoxlu səcdə etməyə çalış! Çünki sən Allah üçün bir dəfə səcdə etdikdə, Allah səni bir dərəcə yüksəldir və bir günahını silir”. Ravi Mədən deyir: “Daha sonra mən Əbu Dərdə ilə rastlaşdım. Bunu ondan da soruşdum. Mənə Səvbanın dediyini söylədi”.”

Mədən ibn Əbu Təlhə əl-Yə'muri
Səhih

İstinad

Muslim, 1121 (Namaz, 259)

Səhih Muslim — Namaz kitabı