Namaz kitabı

Hər rükətdə “əl-Fatihə” surəsini oxumağın vacibliyi, “əl-Fatihə” surəsini oxuya bilməyənin və öyrənə bilməyənin başqa bir surə oxuması

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى أَخْبَرَنَا يَزِيدُ - يَعْنِى ابْنَ زُرَيْعٍ - عَنْ حَبِيبٍ الْمُعَلِّمِ عَنْ عَطَاءٍ قَالَ قَالَ أَبُو هُرَيْرَةَ فِى كُلِّ صَلاَةٍ قِرَاءَةٌ فَمَا أَسْمَعَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ وَمَا أَخْفَى مِنَّا أَخْفَيْنَاهُ مِنْكُمْ وَمَنْ قَرَأَ بِأُمِّ الْكِتَابِ فَقَدْ أَجْزَأَتْ عَنْهُ وَمَنْ زَادَ فَهُوَ أَفْضَلُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər namazda qiraət var. Allah Elçisi ﷺ bizə nəyi eşitdiribsə, biz də sizə onu eşitdiririk. Bizdən nəyi gizlədisə, biz də onu sizdən gizlədirik. Kim namazda “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) oxuyarsa, bu ona kifayət edər. Kim də əlavə edərsə, bu daha fəzilətli olar”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 910 (Namaz, 48)

Səhih Muslim — Namaz kitabı