Namaz kitabı

Hər rükətdə “əl-Fatihə” surəsini oxumağın vacibliyi, “əl-Fatihə” surəsini oxuya bilməyənin və öyrənə bilməyənin başqa bir surə oxuması

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ فَدَخَلَ رَجُلٌ فَصَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّلاَمَ قَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ». فَرَجَعَ الرَّجُلُ فَصَلَّى كَمَا كَانَ صَلَّى ثُمَّ جَاءَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمَ عَلَيْهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَعَلَيْكَ السَّلاَمُ ». ثُمَّ قَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ». حَتَّى فَعَلَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ فَقَالَ الرَّجُلُ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَ هَذَا عَلِّمْنِى. قَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ثُمَّ افْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə daxil oldu, onun ardınca bir kişi məscidə gələrək namaz qıldı, sonra gəlib Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ onun salamını alıb ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Kişi qayıdıb namazını eynilə əvvəl qıldığı kimi qıldı, sonra gəlib Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ ona: “Sənə də salam olsun” dedi, sonra isə: “Get namaz qıl, çünki sən namaz qılmadın” deyə buyurdu. Bunu üç dəfə təkrarladıqdan sonra kişi belə dedi: “Səni haqq din ilə göndərənə and olsun ki, bundan başqasını bacarmıram, mənə öyrət”. Allah Elçisi ﷺ buyurdu: “Namaza durduqda təkbir et, Qurandan bildiyini oxu və ruku et. Rukuda tam rahatlaşana kimi qal. Sonra tam düz dayanana kimi qalx, səcdə et və səcdədə tam rahatlaşana kimi qal. Sonra qalx və tam rahat otur. Bütün namazlarında belə et”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 911 (Namaz, 49)

Səhih Muslim — Namaz kitabı