Namaz qılan önündən keçənə mane olmalıdır
حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ حَدَّثَنَا ابْنُ هِلاَلٍ - يَعْنِى حُمَيْدًا - قَالَ بَيْنَمَا أَنَا وَصَاحِبٌ لِى نَتَذَاكَرُ حَدِيثًا إِذْ قَالَ أَبُو صَالِحٍ السَّمَّانُ أَنَا أُحَدِّثُكَ مَا سَمِعْتُ مِنْ أَبِى سَعِيدٍ وَرَأَيْتُ مِنْهُ قَالَ بَيْنَمَا أَنَا مَعَ أَبِى سَعِيدٍ يُصَلِّى يَوْمَ الْجُمُعَةِ إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ إِذْ جَاءَ رَجُلٌ شَابٌّ مِنْ بَنِى أَبِى مُعَيْطٍ أَرَادَ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَدَفَعَ فِى نَحْرِهِ فَنَظَرَ فَلَمْ يَجِدْ مَسَاغًا إِلاَّ بَيْنَ يَدَىْ أَبِى سَعِيدٍ فَعَادَ فَدَفَعَ فِى نَحْرِهِ أَشَدَّ مِنَ الدَّفْعَةِ الأُولَى فَمَثَلَ قَائِمًا فَنَالَ مِنْ أَبِى سَعِيدٍ ثُمَّ زَاحَمَ النَّاسَ فَخَرَجَ فَدَخَلَ عَلَى مَرْوَانَ فَشَكَا إِلَيْهِ مَا لَقِىَ - قَالَ - وَدَخَلَ أَبُو سَعِيدٍ عَلَى مَرْوَانَ فَقَالَ لَهُ مَرْوَانُ مَا لَكَ وَلاِبْنِ أَخِيكَ جَاءَ يَشْكُوكَ. فَقَالَ أَبُو سَعِيدٍ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا صَلَّى أَحَدُكُمْ إِلَى شَىْءٍ يَسْتُرُهُ مِنَ النَّاسِ فَأَرَادَ أَحَدٌ أَنْ يَجْتَازَ بَيْنَ يَدَيْهِ فَلْيَدْفَعْ فِى نَحْرِهِ فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ فَإِنَّمَا هُوَ شَيْطَانٌ ».
“Rəvayət edilir ki, Hilal ibn Humeyd ﵀ demişdir: “Bir dəfə mən bir yoldaşımla birlikdə bir hədisi müzakirə etdikdə Əbu Saleh əs-Səmmən: “Mən Əbu Səiddən eşitdiyimi və gördüyümü sənə danışım”- dedi və bunları danışdı: “Mən Əbu Səid ilə birlikdə olduqda Əbu Səid əl-Xudri cümə günü qarşısından heç kəs keçməsin deyə bir sütrəyə doğru namaz qılırdı. Bu vaxt Əbu Muayt tayfasından olan bir cavan oğlan onun önündən keçmək istədi. Əbu Səid onu sinəsindən itələdi. Cavan oğlan ətrafa nəzər saldı, lakin onun önündən başqa (keçməyə) bir yol tapmadı. Odur ki, yenidən onun qabağından keçməyə cəhd göstərdi. Bu dəfə Əbu Səid onu əvvəlkindən də qüvvətlə itələdi. Belə olduqda o, Əbu Səidi söydü, sonra da camaatı itələşdirərək çıxıb getdi və Mədinə valisi olan Mərvanın yanına gedib Əbu Səidin onunla kobud davranmasından şikayət etdi. Əbu Səid onun dalınca Mərvanın yanına gəldi. Mərvan ondan: “Səninlə qardaşın oğlu arasında nə baş verib? O mənə səndən şikayət edir”– deyə soruşdu. Əbu Səid dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sizdən biriniz (önündən) keçən olmasın deyə sütrəyə doğru namaz qıldığı zaman kimsə onun qabağından keçmək istəsə, qoy onu itələsin, əgər tərslik edərsə, qoy onunla vuruşsun, çünki o, şeytandır”.”
İstinad
Muslim, 1157 (Namaz, 295)
Səhih Muslim — Namaz kitabı