Namaz kitabı

Namaz qılan önündən keçənə mane olmalıdır

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى سَعِيدٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا كَانَ أَحَدُكُمْ يُصَلِّى فَلاَ يَدَعْ أَحَدًا يَمُرُّ بَيْنَ يَدَيْهِ وَلْيَدْرَأْهُ مَا اسْتَطَاعَ فَإِنْ أَبَى فَلْيُقَاتِلْهُ فَإِنَّمَا هُوَ شَيْطَانٌ ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri namaz qılanda heç kimi önündən keçməyə qoymasın və mümkün olduğu qədər ona mane olsun. Əgər önündən keçən dayanmazsa, onunla dalaşsın, çünki o, şeytandır”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Muslim, 1156 (Namaz, 294)

Səhih Muslim — Namaz kitabı