Sübh namazında olan qiraət
حَدَّثَنِى أَبُو كَامِلٍ الْجَحْدَرِىُّ فُضَيْلُ بْنُ حُسَيْنٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ زِيَادِ بْنِ عِلاَقَةَ عَنْ قُطْبَةَ بْنِ مَالِكٍ قَالَ صَلَّيْتُ وَصَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ {ق وَالْقُرْآنِ الْمَجِيدِ} حَتَّى قَرَأَ {وَالنَّخْلَ بَاسِقَاتٍ} قَالَ فَجَعَلْتُ أُرَدِّدُهَا وَلاَ أَدْرِى مَا قَالَ.
“Rəvayət edilir ki, Quteybə ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qıldırdıqda “Qaf. Şərəfli Qurana and olsun” (Qaf, 1) ayəsindən “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) ayəsinə qədər oxudu. Mən bunu təkrarlamağa başladım, amma nə dediyini bilmirəm”.”
İstinad
Muslim, 1052 (Namaz, 190)
Səhih Muslim — Namaz kitabı