Namaz kitabı

Namazda camaatın imama tabe olması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا لَيْثٌ ح وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ أَخْبَرَنَا اللَّيْثُ عَنْ أَبِى الزُّبَيْرِ عَنْ جَابِرٍ قَالَ اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّيْنَا وَرَاءَهُ وَهُوَ قَاعِدٌ وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ تَكْبِيرَهُ فَالْتَفَتَ إِلَيْنَا فَرَآنَا قِيَامًا فَأَشَارَ إِلَيْنَا فَقَعَدْنَا فَصَلَّيْنَا بِصَلاَتِهِ قُعُودًا فَلَمَّا سَلَّمَ قَالَ « إِنْ كِدْتُمْ آنِفًِا لَتَفْعَلُونَ فِعْلَ فَارِسَ وَالرُّومِ يَقُومُونَ عَلَى مُلُوكِهِمْ وَهُمْ قُعُودٌ فَلاَ تَفْعَلُوا ائْتَمُّوا بِأَئِمَّتِكُمْ إِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا وَإِنْ صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا ».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi, biz də o oturduğu vəziyyətdə onun arxasında namaz qılırdıq. Əbu Bəkr Allah Elçisinin ﷺ təkbirlərini camaatın eşitməsi üçün təkrar edirdi. Allah Elçisi ﷺ bizə nəzər yetirdikdə ayaqüstə namaz qıldığımızı gördü və oturmamız üçün işarə etdi, biz də oturub namazımıza oturduğumuz halda davam etdik. Allah Elçisi ﷺ namazda salam verdikdən sonra belə buyurdu: “Siz bir az əvvəl təqribən farslarla romalıların etdiyinə yaxın bir şey etdiniz. Onların padşahları oturduğu halda özləri ayaq üstə dayanarlar. Belə etməyin, imamlarınıza tabe olun. Əgər imam ayaq üstə namaz qılarsa, siz də ayaq üstə namaz qılın. Oturaraq qılarsa, siz də oturaraq qılın”.”

Cabir
Səhih

İstinad

Muslim, 955 (Namaz, 93)

Səhih Muslim — Namaz kitabı