Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması
حَدَّثَنِى عَمْرٌو النَّاقِدُ وَحَسَنٌ الْحُلْوَانِىُّ وَعَبْدُ بْنُ حُمَيْدٍ - قَالَ عَبْدٌ أَخْبَرَنِى وَقَالَ الآخَرَانِ حَدَّثَنَا يَعْقُوبُ - وَهُوَ ابْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ - وَحَدَّثَنِى أَبِى عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ أَبَا بَكْرٍ كَانَ يُصَلِّى لَهُمْ فِى وَجَعِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى تُوُفِّىَ فِيهِ حَتَّى إِذَا كَانَ يَوْمُ الاِثْنَيْنِ - وَهُمْ صُفُوفٌ فِى الصَّلاَةِ - كَشَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِتْرَ الْحُجْرَةِ فَنَظَرَ إِلَيْنَا وَهُوَ قَائِمٌ كَأَنَّ وَجْهَهُ وَرَقَةُ مُصْحَفٍ. ثُمَّ تَبَسَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ضَاحِكًا - قَالَ - فَبُهِتْنَا وَنَحْنُ فِى الصَّلاَةِ مِنْ فَرَحٍ بِخُرُوجِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَكَصَ أَبُو بَكْرٍ عَلَى عَقِبَيْهِ لِيَصِلَ الصَّفَّ وَظَنَّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجٌ لِلصَّلاَةِ فَأَشَارَ إِلَيْهِمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ أَنْ أَتِمُّوا صَلاَتَكُمْ - قَالَ - ثُمَّ دَخَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَرْخَى السِّتْرَ - قَالَ - فَتُوُفِّىَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ يَوْمِهِ ذَلِكَ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulanda Əbu Bəkr onlara namaz qıldırırdı. Bazar ertəsi onlar namazda cərgədə olarkən Allah Elçisi ﷺ otağın pərdəsini açaraq ayaq üstə bizə baxdı. Onun üzü yarpaq səhifəsinin vərəqi kimi idi. Sonra Allah Elçisi ﷺ gülümsəyərək təbəssüm etdi. Ənəs deyir: “Biz namazda ikən Allah Elçisinin ﷺ otağından çıxmasının gətirdiyi sevinc səbəbi ilə heyrətə düşdük. Əbu Bəkr geri çəkilərək cərgəyə qoşulmaq istədi. O, Allah Elçisinin ﷺ namaz üçün çıxdığını zənn etmişdi. Allah Elçisi ﷺ: “Namazınızı tamamlayın!”- deyə işarə etdi, sonra otağına girdi və pərdəni örtdü. Allah Elçisi ﷺ elə həmin gün vəfat etdi”.”
İstinad
Muslim, 971 (Namaz, 109)
Səhih Muslim — Namaz kitabı