Namaz kitabı

Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى وَخَلَفُ بْنُ هِشَامٍ جَمِيعًا عَنْ حَمَّادٍ - قَالَ يَحْيَى أَخْبَرَنَا حَمَّادُ بْنُ زَيْدٍ - عَنْ غَيْلاَنَ عَنْ مُطَرِّفٍ قَالَ صَلَّيْتُ أَنَا وَعِمْرَانُ بْنُ حُصَيْنٍ خَلْفَ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ فَكَانَ إِذَا سَجَدَ كَبَّرَ وَإِذَا رَفَعَ رَأْسَهُ كَبَّرَ وَإِذَا نَهَضَ مِنَ الرَّكْعَتَيْنِ كَبَّرَ فَلَمَّا انْصَرَفْنَا مِنَ الصَّلاَةِ - قَالَ - أَخَذَ عِمْرَانُ بِيَدِى ثُمَّ قَالَ لَقَدْ صَلَّى بِنَا هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. أَوْ قَالَ قَدْ ذَكَّرَنِى هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Mutarrif ﵁ demişdir: “Mən və İmran ibn Husayn Əli ibn Əbu Talibin arxasında namaz qıldıq. O, səcdə etdikdə, səcdədən dikəldikdə, iki rükət qıldıqdan sonra qalxanda da təkbir edirdi. Namazı bitirdikdən sonra İmran əlimdən tutub: “And içirəm ki, o bizə namazı Muhəmmədin ﷺ namazı kimi qıldırdı” və ya “o, mənə Muhəmmədin ﷺ namazını xatırlatdı” dedi”.”

Mutarrif
Səhih

İstinad

Muslim, 899 (Namaz, 37)

Səhih Muslim — Namaz kitabı