Azanın fəziləti və şeytanın onu eşitdikdə qaçması
حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا الْمُغِيرَةُ - يَعْنِى الْحِزَامِىَّ - عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نُودِىَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ لَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ فَإِذَا قُضِىَ التَّأْذِينُ أَقْبَلَ حَتَّى إِذَا ثُوِّبَ بِالصَّلاَةِ أَدْبَرَ حَتَّى إِذَا قُضِىَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطِرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ يَقُولُ لَهُ اذْكُرْ كَذَا وَاذْكُرْ كَذَا لِمَا لَمْ يَكُنْ يَذْكُرُ مِنْ قَبْلُ حَتَّى يَظَلَّ الرَّجُلُ مَا يَدْرِى كَمْ صَلَّى ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Namaza azan verildiyi zaman şeytan azanı eşitməmək üçün çevrilib yel buraxaraq qaçar. Azan bitdikdə geri dönər. Namaza çağırıldıqda (iqamə verildikdə) yenə qaçar, namaza verilən iqamə bitdikdən sonra geri qayıdaraq insanın qəlbinə girər və ona vəsvəsə edib: “Bunu xatırla, bunu xatırla” deyərək öncə düşünmədiyi şeyləri xatırladar. Beləcə, insan neçə rükət qıldığını bilməz”.”
İstinad
Muslim, 885 (Namaz, 23)
Səhih Muslim — Namaz kitabı