Namaz kitabı

Ruku və səcdələrdə nə deyilir?

حَدَّثَنِى مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنِى عَبْدُ الأَعْلَى حَدَّثَنَا دَاوُدُ عَنْ عَامِرٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ مِنْ قَوْلِ « سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ ». قَالَتْ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ أَرَاكَ تُكْثِرُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَالَ « خَبَّرَنِى رَبِّى أَنِّى سَأَرَى عَلاَمَةً فِى أُمَّتِى فَإِذَا رَأَيْتُهَا أَكْثَرْتُ مِنْ قَوْلِ سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ أَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ. فَقَدْ رَأَيْتُهَا {إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ} فَتْحُ مَكَّةَ {وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِى دِينِ اللَّهِ أَفْوَاجًا فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا}».

“Rəvayət edilir ki, Aişə ﵄ demişdir: “Allah Elçisi ﷺ bu sözləri - “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!” - çox təkrarlayardı. Mən dedim: “Ey Allahın Elçisi, mən sənin bu sözləri “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!”- çox təkrarladığını görürəm”. Peyğəmbər ﷺ buyurdu: “Rəbbim mənə ümmətimdə olan bir əlamət haqda xəbər verdi. Mən də o əlaməti gördükdə bu sözləri çox təkrarlayacağam: “Allah pak və müqəddəsdir! Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!” Mən artıq onu görmüşəm: “Allahın köməyi və qələbə gəldiyi zaman” (ən-Nəsr, 1) və Məkkənin fəthi: “İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (ən-Nəsr, 2-3).”

Aişə
Səhih

İstinad

Muslim, 1116 (Namaz, 254)

Səhih Muslim — Namaz kitabı