Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək
حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى ابْنُ شِهَابٍ عَنْ أَبِى بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ثُمَّ يَقُولُ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». حِينَ يَرْفَعُ صُلْبَهُ مِنَ الرُّكُوعِ ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ « رَبَّنَا وَلَكَ الْحَمْدُ ». ثُمَّ يُكَبِّرُ حِينَ يَهْوِى سَاجِدًا ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ثُمَّ يَفْعَلُ مِثْلَ ذَلِكَ فِى الصَّلاَةِ كُلِّهَا حَتَّى يَقْضِيَهَا وَيُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الْمَثْنَى بَعْدَ الْجُلُوسِ ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda qiyamda təkbir edərdi. Sonra rukuya gedərkən təkbir edərdi. Rukudan belini qaldırarkən “Səmi Alla:hu limən həmidəh”, tam dikəlib durduqda isə “Rabbənə və ləkəl həmd” deyərdi. Sonra təkbir edib səcdəyə gedərdi. Sonra səcdədən dikələrək təkbir edərdi. Sonra yenə təkbir edib səcdəyə gedərdi. Sonra yenə də səcdədən dikələrək təkbir edərdi. Sonra namazı bitirənə kimi belə edərdi. İkinci rükətdə oturduqdan sonra qalxdıqda da təkbir edərdi”. Sonra Əbu Hureyra belə buyurdu: “Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”
İstinad
Muslim, 894 (Namaz, 32)
Səhih Muslim — Namaz kitabı