Namazda hər dəfə əyilib-qalxdıqda təkbir etməyin isbatı, rukudan dikəldikdə isə “Səmi Alla:hu limən həmidəh” demək
وَحَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُصَلِّى لَهُمْ فَيُكَبِّرُ كُلَّمَا خَفَضَ وَرَفَعَ فَلَمَّا انْصَرَفَ قَالَ وَاللَّهِ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edir ki, Əbu Hureyra namaz qılarkən namazda bütün əyilib durmalarda təkbir etdi və namazdan sonra dedi: “Allaha and olsun ki, aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”
İstinad
Muslim, 893 (Namaz, 31)
Səhih Muslim — Namaz kitabı