Quran oxunuşunu dinləmək
وَحَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ كُلُّهُمْ عَنْ جَرِيرٍ - قَالَ أَبُو بَكْرٍ حَدَّثَنَا جَرِيرُ بْنُ عَبْدِ الْحَمِيدِ - عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ عَزَّ وَجَلَّ {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ} قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا نَزَلَ عَلَيْهِ جِبْرِيلُ بِالْوَحْىِ كَانَ مِمَّا يُحَرِّكُ بِهِ لِسَانَهُ وَشَفَتَيْهِ فَيَشْتَدُّ عَلَيْهِ فَكَانَ ذَلِكَ يُعْرَفُ مِنْهُ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ} أَخْذَهُ {إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} إِنَّ عَلَيْنَا أَنْ نَجْمَعَهُ فِى صَدْرِكَ. وَقُرْآنَهُ فَتَقْرَأُهُ {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ أَنْزَلْنَاهُ فَاسْتَمِعْ لَهُ {إِنَّ عَلَيْنَا بَيَانَهُ} أَنْ نُبَيِّنَهُ بِلِسَانِكَ فَكَانَ إِذَا أَتَاهُ جِبْرِيلُ أَطْرَقَ فَإِذَا ذَهَبَ قَرَأَهُ كَمَا وَعَدَهُ اللَّهُ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə!“ kəlamı haqda demişdir: “Cəbrail Peyğəmbərə ﷺ vəhyi nazil etdikdə ayələri əzbərləmək və ayə nazil olduğu zaman üzərinə düşən məşəqqətdən tez qurtarmaq üçün bu ayələri dodaqlarını tərpədərək tələm-tələsik oxuyardı. Uca Allah da bu ayələri nazil etdi: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). Yəni “Quranı sənin qəlbində cəm edəcəyik və sən də onu oxuyacaqsan. Quranı oxuduqda: “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə” (əl-Qiyamə, 18)”. İbn Abbas dedi: “Onu nazil etdik, “Sonra onu bəyan etmək də, sözsüz ki, Bizə aiddir” (əl-Qiyamə, 19)”. Yəni sənin dilinlə bəyan etmək Bizə aiddir. Bu hadisədən sonra hər dəfə Cəbrail Allah Elçisinin ﷺ yanına gəldikdə yalnız dinləyər, çıxıb getdikdən sonra isə bu ayələri Allahın ona vəd etdiyi kimi oxuyardı”.”
İstinad
Muslim, 1032 (Namaz, 170)
Səhih Muslim — Namaz kitabı