Namaz kitabı

Quran oxunuşunu dinləmək

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ} قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَالِجُ مِنَ التَّنْزِيلِ شِدَّةً كَانَ يُحَرِّكُ شَفَتَيْهِ - فَقَالَ لِىَ ابْنُ عَبَّاسٍ أَنَا أُحَرِّكُهُمَا كَمَا كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُحَرِّكُهُمَا. فَقَالَ سَعِيدٌ أَنَا أُحَرِّكُهُمَا كَمَا كَانَ ابْنُ عَبَّاسٍ يُحَرِّكُهُمَا. فَحَرَّكَ شَفَتَيْهِ - فَأَنْزَلَ اللَّهُ تَعَالَى {لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ} قَالَ جَمْعَهُ فِى صَدْرِكَ ثُمَّ تَقْرَأُهُ {فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ} قَالَ فَاسْتَمِعْ وَأَنْصِتْ ثُمَّ إِنَّ عَلَيْنَا أَنْ تَقْرَأَهُ قَالَ فَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا أَتَاهُ جِبْرِيلُ اسْتَمَعَ فَإِذَا انْطَلَقَ جِبْرِيلُ قَرَأَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا أَقْرَأَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!” (əl-Qiyamə, 16) ayəsi barəsində demişdir: “Peyğəmbər ona nazil olan ayələri əzbərləmək üçün (və ya ayə nazil olduğu zaman üzərinə düşən məşəqqətdən tez qurtarmaq üçün bu ayələri) dodaqlarını tərpədərək tələm-tələsik oxuyardı. Mən də onun dodaqlarının necə tərpətməsini sizə göstərirəm”. Səid ibn Cubeyr də eyni şəkildə öz tələbələrinə: “Mən də İbn Abbasın dodaqlarının necə tərpəndiyini gördüyüm kimi dodaqlarımı tərpədəcəyəm!” deyib dodaqlarını tərpətdi. Uca Allah bu ayələri nazil etdi: “(Cəbrail sənə Quranı nazil etdikdə) onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir”. (əl-Qiyamə, 16-17). Yəni “Quranı sənin qəlbində cəm edəcəyik və sən də onu oxuyacaqsan. “Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə” (əl-Qiyamə, 18)”. Onu dinlə və sus! Həqiqətən, onu sənin dilində oxutmaq Bizə aiddir”. Bu hadisədən sonra Cəbrail hər dəfə Allah Elçisinə ﷺ ayələr nazil etdikdə o bu ayələri yalnız dinləyərdi. Cəbrail çıxıb getdikdən sonra isə Allah Elçisi ﷺ bu ayələri eşitdiyi kimi oxuyardı”.”

İbn Abbas
Səhih

İstinad

Muslim, 1033 (Namaz, 171)

Səhih Muslim — Namaz kitabı