Namaz kitabı

Sübh namazında Quranın səsli oxunması və cinlərə Quran oxumaq

حَدَّثَنَا شَيْبَانُ بْنُ فَرُّوخَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ مَا قَرَأَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْجِنِّ وَمَا رَآهُمُ انْطَلَقَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَائِفَةٍ مِنْ أَصْحَابِهِ عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَقَدْ حِيلَ بَيْنَ الشَّيَاطِينِ وَبَيْنَ خَبَرِ السَّمَاءِ وَأُرْسِلَتْ عَلَيْهِمُ الشُّهُبُ فَرَجَعَتِ الشَّيَاطِينُ إِلَى قَوْمِهِمْ فَقَالُوا مَا لَكُمْ قَالُوا حِيلَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ وَأُرْسِلَتْ عَلَيْنَا الشُّهُبُ. قَالُوا مَا ذَاكَ إِلاَّ مِنْ شَىْءٍ حَدَثَ فَاضْرِبُوا مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا فَانْظُرُوا مَا هَذَا الَّذِى حَالَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ. فَانْطَلَقُوا يَضْرِبُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا فَمَرَّ النَّفَرُ الَّذِينَ أَخَذُوا نَحْوَ تِهَامَةَ - وَهُوَ بِنَخْلٍ - عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَهُوَ يُصَلِّى بِأَصْحَابِهِ صَلاَةَ الْفَجْرِ فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ وَقَالُوا هَذَا الَّذِى حَالَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ. فَرَجَعُوا إِلَى قَوْمِهِمْ فَقَالُوا يَا قَوْمَنَا {إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا يَهْدِى إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا} فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ cinlərə oxumadı və onları görmədi. Allah Elçisi ﷺ bir dəstə səhabə ilə Ukaz bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə verdiyi xəbəri) oğrun-oğrun öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdilər. Onlar öz tayfalarına qayıtdılar. Onlara dedilər: “Sizə nə olub?” Onlar da “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” dedilər. Digərləri dedilər: “Sizə mane olan, baş vermiş yeni hadisədir! Gedin, yer üzünü məşriqdən məğribə kimi gəzin və bu hadisənin nə olduğunu öyrənin!” Onlar səmavi xəbəri öyrənməyə mane olan əsas səbəbi öyrənmək üçün yer üzünü məşriqdən məğribə kimi gəzib dolaşdılar. Onlardan bir dəstə Tihaməyə tərəf getdi. O, Nəxl adlanan yerdə idi. Onlar Ukaz bazarını tərk etdikdə Allah Elçisinin ﷺ səhabələri ilə birlikdə Sübh namazını qıldığını gördülər və onun oxuduğu Qurana qulaq asıb dedilər: “Budur bizi səmavi xəbərdən məhrum edən”. Sonra onlar öz tayfasının yanına qayıdıb dedilər: “Ey tayfamız! “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona iman gətirdik və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq” (əl-Cinn, 1-2). Uca Allah da Peyğəmbəri Muhəmmədə ﷺ bu ayələri nazil etdi: “De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!” (əl-Cinn, 1).”

İbn Abbas
Səhih

İstinad

Muslim, 1034 (Namaz, 172)

Səhih Muslim — Namaz kitabı