Sübh namazında Quranın səsli oxunması və cinlərə Quran oxumaq
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا عَبْدُ الأَعْلَى عَنْ دَاوُدَ عَنْ عَامِرٍ قَالَ سَأَلْتُ عَلْقَمَةَ هَلْ كَانَ ابْنُ مَسْعُودٍ شَهِدَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ فَقَالَ عَلْقَمَةُ أَنَا سَأَلْتُ ابْنَ مَسْعُودٍ فَقُلْتُ هَلْ شَهِدَ أَحَدٌ مِنْكُمْ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْجِنِّ قَالَ لاَ وَلَكِنَّا كُنَّا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَفَقَدْنَاهُ فَالْتَمَسْنَاهُ فِى الأَوْدِيَةِ وَالشِّعَابِ فَقُلْنَا اسْتُطِيرَ أَوِ اغْتِيلَ - قَالَ - فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ فَلَمَّا أَصْبَحْنَا إِذَا هُوَ جَاءٍ مِنْ قِبَلِ حِرَاءٍ - قَالَ - فَقُلْنَا يَا رَسُولَ اللَّهِ فَقَدْنَاكَ فَطَلَبْنَاكَ فَلَمْ نَجِدْكَ فَبِتْنَا بِشَرِّ لَيْلَةٍ بَاتَ بِهَا قَوْمٌ. فَقَالَ « أَتَانِى دَاعِى الْجِنِّ فَذَهَبْتُ مَعَهُ فَقَرَأْتُ عَلَيْهِمُ الْقُرْآنَ ». قَالَ فَانْطَلَقَ بِنَا فَأَرَانَا آثَارَهُمْ وَآثَارَ نِيرَانِهِمْ وَسَأَلُوهُ الزَّادَ فَقَالَ « لَكُمْ كُلُّ عَظْمٍ ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ يَقَعُ فِى أَيْدِيكُمْ أَوْفَرَ مَا يَكُونُ لَحْمًا وَكُلُّ بَعَرَةٍ عَلَفٌ لِدَوَابِّكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَلاَ تَسْتَنْجُوا بِهِمَا فَإِنَّهُمَا طَعَامُ إِخْوَانِكُمْ ».
“Rəvayət edilir ki, Amir ﵀ demişdir: “Mən Alqamədən belə soruşdum: “İbn Məsud cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi? Alqamə dedi: “Mən İbn Məsuddan soruşdum: “Sizdən biriniz cin gecəsində Allah Elçisi ﷺ ilə birlikdə idimi?” İbn Məsud dedi: “Xeyr, lakin bir gecə biz Allah Elçisi ﷺ ilə birlikə idik və onu itirdik. Onu vadilərdə və dağ yollarında axtardıq, lakin tapa bilmədikdə dedik ki, cinlər onu götürüb uçublar, yaxud da gizlincə onu öldürüblər. Beləcə, camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik. Sabaha çıxdıqda birdən gördük ki, Allah Elçisi ﷺ Hira tərəfdən gəlir. Biz dedik: “Ey Allahın Elçisi, səni itirdik, axtardıq və tapmadıq. Biz camaatın gecələyə biləcəyi ən pis bir gecəni gecələdik”. Allah Elçisi ﷺ buyurdu: “Mənə cinlərin dəvətçisi gəldi. Onunla getdim və cinlərə Quran oxudum”. Bizi aparıb cinlərin izlərini və ocaqlarının izlərini göstərdi. Onlar Allah Elçisindən ﷺ özlərinin yeməklərini soruşdular. Allah Elçisi ﷺ buyurdu: “Əlinizə düşən, Allahın adı çəkilən hər bir sümük, ola bildiyi qədər bol ətli olaraq sizindir və hər bir (heyvanın) nəcasəti heyvanlarınızın yemidir”. Allah Elçisi ﷺ belə buyurdu: “Bu ikisi ilə təmizlənməyin! Çünki bunlar qardaşlarınızın yeməyidir”.”
İstinad
Muslim, 1035 (Namaz, 173)
Səhih Muslim — Namaz kitabı