Cərgələrin düz olması, ilk cərgənin və ondan sonra növbə ilə cərgələrin fəziləti, ilk cərgədə sıxlıq və önə keçmək üçün yarışmaq, fəzilətli adamları ilk cərgəyə keçirmək və imama yaxınlaşdırmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ إِدْرِيسَ وَأَبُو مُعَاوِيَةَ وَوَكِيعٌ عَنِ الأَعْمَشِ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ التَّيْمِىِّ عَنْ أَبِى مَعْمَرٍ عَنْ أَبِى مَسْعُودٍ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْسَحُ مَنَاكِبَنَا فِى الصَّلاَةِ وَيَقُولُ « اسْتَوُوا وَلاَ تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ لِيَلِنِى مِنْكُمْ أُولُو الأَحْلاَمِ وَالنُّهَى ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ». قَالَ أَبُو مَسْعُودٍ فَأَنْتُمُ الْيَوْمَ أَشَدُّ اخْتِلاَفًا.
“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durduqda əlini çiyinlərimizə sürtərək belə deyərdi: “Düz durun! Ayrı durmayın ki, qəlbləriniz də ayrılmasın. Mənim arxamda ağıl sahibləri dursun. Sonrakı cərgədə onların ardınca gələnlər və nəhayət, növbədə olanlar dursun”. Əbu Məsud deyir: “Bu gün isə siz daha dəhşətli bir ayrılıqdasınız”.”
İstinad
Muslim, 1000 (Namaz, 138)
Səhih Muslim — Namaz kitabı