Namazda sakit olmağın əmr edilməsi, əl ilə salam verərkən əlləri qaldırmağın qadağan edilməsi və ilk cərgəni tamalamağın, cərgələrdə sıx durmağın və cəm olmağın əmr edilməsi
وَحَدَّثَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّاءَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى عَنْ إِسْرَائِيلَ عَنْ فُرَاتٍ - يَعْنِى الْقَزَّازَ - عَنْ عُبَيْدِ اللَّهِ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ صَلَّيْتُ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكُنَّا إِذَا سَلَّمْنَا قُلْنَا بِأَيْدِينَا السَّلاَمُ عَلَيْكُمْ السَّلاَمُ عَلَيْكُمْ فَنَظَرَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا شَأْنُكُمْ تُشِيرُونَ بِأَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمُسٍ إِذَا سَلَّمَ أَحَدُكُمْ فَلْيَلْتَفِتْ إِلَى صَاحِبِهِ وَلاَ يُومِئْ بِيَدِهِ ».
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namaz qılaraq salam verəndə əlimizlə belə deyirdik: “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum” deyərdik. Allah Elçisi ﷺ bizə nəzər yetirib buyurdu: “Sizə nə olur ki, əllərinizlə tərpənən at quyruğu kimi işarə edirsiniz? Biriniz salam verdikdə yanında olan yoldaşına baxsın. Əli ilə işarə etməsin”.”
İstinad
Muslim, 999 (Namaz, 137)
Səhih Muslim — Namaz kitabı