Namazda deyilən təşəhhüd
حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ وَقُتَيْبَةُ بْنُ سَعِيدٍ وَأَبُو كَامِلٍ الْجَحْدَرِىُّ وَمُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ الأُمَوِىُّ - وَاللَّفْظُ لأَبِى كَامِلٍ - قَالُوا حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ قَتَادَةَ عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللَّهِ الرَّقَاشِىِّ قَالَ صَلَّيْتُ مَعَ أَبِى مُوسَى الأَشْعَرِىِّ صَلاَةً فَلَمَّا كَانَ عِنْدَ الْقَعْدَةِ قَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أُقِرَّتِ الصَّلاَةُ بِالْبِرِّ وَالزَّكَاةِ - قَالَ - فَلَمَّا قَضَى أَبُو مُوسَى الصَّلاَةَ وَسَلَّمَ انْصَرَفَ فَقَالَ أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا قَالَ فَأَرَمَّ الْقَوْمُ ثُمَّ قَالَ أَيُّكُمُ الْقَائِلُ كَلِمَةَ كَذَا وَكَذَا فَأَرَمَّ الْقَوْمُ فَقَالَ لَعَلَّكَ يَا حِطَّانُ قُلْتَهَا قَالَ مَا قُلْتُهَا وَلَقَدْ رَهِبْتُ أَنْ تَبْكَعَنِى بِهَا. فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ أَنَا قُلْتُهَا وَلَمْ أُرِدْ بِهَا إِلاَّ الْخَيْرَ. فَقَالَ أَبُو مُوسَى أَمَا تَعْلَمُونَ كَيْفَ تَقُولُونَ فِى صَلاَتِكُمْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَنَا فَبَيَّنَ لَنَا سُنَّتَنَا وَعَلَّمَنَا صَلاَتَنَا فَقَالَ « إِذَا صَلَّيْتُمْ فَأَقِيمُوا صُفُوفَكُمْ ثُمَّ لْيَؤُمَّكُمْ أَحَدُكُمْ فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا قَالَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا آمِينَ. يُجِبْكُمُ اللَّهُ فَإِذَا كَبَّرَ وَرَكَعَ فَكَبِّرُوا وَارْكَعُوا فَإِنَّ الإِمَامَ يَرْكَعُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَتِلْكَ بِتِلْكَ وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ. يَسْمَعُ اللَّهُ لَكُمْ فَإِنَّ اللَّهَ تَبَارَكَ وَتَعَالَى قَالَ عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ. وَإِذَا كَبَّرَ وَسَجَدَ فَكَبِّرُوا وَاسْجُدُوا فَإِنَّ الإِمَامَ يَسْجُدُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « فَتِلْكَ بِتِلْكَ. وَإِذَا كَانَ عِنْدَ الْقَعْدَةِ فَلْيَكُنْ مِنْ أَوَّلِ قَوْلِ أَحَدِكُمُ التَّحِيَّاتُ الطَّيِّبَاتُ الصَّلَوَاتُ لِلَّهِ السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ».
“Rəvayət edilir ki, Hittan ibn Abdullah ər-Raqaşi ﵀ demişdir: “Mən Əbu Musa ilə birlikdə bir namaz qılırdım. Elə ki təşəhhüdə oturduq, camaatdan bir kişi belə dedi: “Namaz, sədəqə və zəkatla birlikdə təqdir edildi”. Əbu Musa namazı bitirdikdən sonra çevrilib soruşdu: “Bu və bu kəlmələri deyən kim idi?” Camaat susdu. O yenidən təkrarən soruşdu. Camaatın yenə susduğunu gördükdə: “Ey Hittan, yəqin sən demisən?”- deyə məndən soruşdu. Mən dedim: “Bunu mən demədim, məni buna görə danlamağından qorxdum”. Camaatdan bir kişi dedi: “Mən dedim və xeyirdən başqa bir şey qəsd etmədim”. Əbu Musa dedi: “Namazda nə deyəcəyinizi bilmirsiniz? Allah Elçisi ﷺ bizə xitab edərək sünnəsini bəyan etdi, bizə namazımızı öyrətdi və belə buyurdu: “Namaza durduqda cərgələrinizi düzəldin, sonra biriniz sizə imamlıq etsin. O, təkbir etdikdə siz də təkbir edin, o “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!”- dedikdə, siz “Amin” deyin ki, Uca Allah sizdən qəbul etsin. O, təkbir edib rukuya getdikdə siz də təkbir edib rukuya gedin, çünki imam sizdən öncə rukuya gedir. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bu an bununla bitir. O, “Səmi Alla:hu limən həmidəh” dedikdə siz: “Alla:hummə, Rabbənə ləkəl-həmd”- deyin ki, Uca Allah sizi eşidər, çünki Uca Allah Peyğəmbərinin ﷺ dili ilə “Səmi Alla:hu limən həmidəh” demişdir. O, təkbir edib səcdə etdikdə, siz də təkbir edib səcdə edin, çünki imam sizdən qabaq səcdə edər və sizdən qabaq səcdədən qalxar”. Sonra Allah Elçisi ﷺ buyurdu: “Bu an bununla bitir. Oturduqda isə sizin deyəcəyiniz ilk söz bu olsun: “Salamlar, gözəl şeylər və dualar Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””
İstinad
Muslim, 931 (Namaz, 69)
Səhih Muslim — Namaz kitabı