Namaz kitabı

Namazın vəsfi, nə ilə başlanıb nə ilə bitməsi, rukunun vəsfi və qamətin düz tutulması, səcdə və qamətin düz tutulması, dördrükətli namazların ikinci rükətindən sonra təşəhhüd, iki səcdə arasında və ilk təşəhhüddə necə oturulacağının bir yerdə olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ نُمَيْرٍ حَدَّثَنَا أَبُو خَالِدٍ - يَعْنِى الأَحْمَرَ - عَنْ حُسَيْنٍ الْمُعَلِّمِ ح قَالَ وَحَدَّثَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ - وَاللَّفْظُ لَهُ - قَالَ أَخْبَرَنَا عِيسَى بْنُ يُونُسَ حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ عَنْ بُدَيْلِ بْنِ مَيْسَرَةَ عَنْ أَبِى الْجَوْزَاءِ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَفْتِحُ الصَّلاَةَ بِالتَّكْبِيرِ وَالْقِرَاءَةَ بِ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} وَكَانَ إِذَا رَكَعَ لَمْ يُشْخِصْ رَأْسَهُ وَلَمْ يُصَوِّبْهُ وَلِكَنْ بَيْنَ ذَلِكَ وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِىَ قَائِمًا وَكَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِىَ جَالِسًا وَكَانَ يَقُولُ فِى كُلِّ رَكْعَتَيْنِ التَّحِيَّةَ وَكَانَ يَفْرِشُ رِجْلَهُ الْيُسْرَى وَيَنْصِبُ رِجْلَهُ الْيُمْنَى وَكَانَ يَنْهَى عَنْ عُقْبَةِ الشَّيْطَانِ وَيَنْهَى أَنْ يَفْتَرِشَ الرَّجُلُ ذِرَاعَيْهِ افْتِرَاشَ السَّبُعِ وَكَانَ يَخْتِمُ الصَّلاَةَ بِالتَّسْلِيمِ. وَفِى رِوَايَةِ ابْنِ نُمَيْرٍ عَنْ أَبِى خَالِدٍ وَكَانَ يَنْهَى عَنْ عَقِبِ الشَّيْطَانِ.

“Rəvayət edirlər ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaza təkbirlə və “Əlhəmdu lillə:hi Rabbil-a:ləmi:n” (“əl-Fatihə” surəsini) oxumaqla başlayardı. Ruku etdikdə başını nə yuxarı qaldırar, nə də aşağı bükər, bu ikisinin arasında tutardı. Başını rukudan qaldırıb dikəldikdə qamətini düzəltmədən səcdəyə getməzdi. Başını səcdədən qaldırdıqda şax oturmadan ikinci səcdəyə getməzdi. Hər iki rükətin sonunda təhiyyəti oxuyardı. Sol ayağını yerə sərər, sağ ayağını isə dik tutardı. Şeytan oturuşunu və adamın vəhşi heyvanlar kimi əllərini yerə yayaraq oturmasını da qadağan edərdi. Namazı da salam verərək bitirərdi”. Ravi Əbu Xalid deyir: “Allah Elçisi ﷺ (arxasını yerə vuraraq) şeytan oturuşunu qadağan edərdi”.”

Aişə
Səhih

İstinad

Muslim, 1138 (Namaz, 276)

Səhih Muslim — Namaz kitabı