Namaz kitabı

Cərgələrin düz olması, ilk cərgənin və ondan sonra növbə ilə cərgələrin fəziləti, ilk cərgədə sıxlıq və önə keçmək üçün yarışmaq, fəzilətli adamları ilk cərgəyə keçirmək və imama yaxınlaşdırmaq

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ السَّمَّانِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ يَعْلَمُ النَّاسُ مَا فِى النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا وَلَوْ يَعْلَمُونَ مَا فِى التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ وَلَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azan və birinci cərgədə nə olduğunu bilsəydilər, ona nail olmaq üçün püşk atmaq lazım gəlsə belə, onlar bunu edərdilər. Namaza tez gəlməyin nə olduğunu bilsəydilər, ona nail olmaq üçün bir-biri ilə yarışardılar. İşa və sabah namazlarında nə olduğunu bilsəydilər, ona üzüqoylu sürünə-sürünə gələrdilər”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 1009 (Namaz, 147)

Səhih Muslim — Namaz kitabı