Namaz kitabı

Namazı gözəl, tam və xuşu ilə qılmağın əmr edilməsi

حَدَّثَنَا أَبُو كُرَيْبٍ مُحَمَّدُ بْنُ الْعَلاَءِ الْهَمْدَانِىُّ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنِ الْوَلِيدِ - يَعْنِى ابْنَ كَثِيرٍ - حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ الْمَقْبُرِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَيَوْمًا ثُمَّ انْصَرَفَ فَقَالَ « يَا فُلاَنُ أَلاَ تُحْسِنُ صَلاَتَكَ أَلاَ يَنْظُرُ الْمُصَلِّى إِذَا صَلَّى كَيْفَ يُصَلِّى فَإِنَّمَا يُصَلِّى لِنَفْسِهِ إِنِّى وَاللَّهِ لأُبْصِرُ مَنْ وَرَائِى كَمَا أُبْصِرُ مَنْ بَيْنَ يَدَىَّ ».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı, sonra da çevrilib belə buyurdu: “Ey filankəs, namazını nə üçün yaxşı qılmırsan? Namaz qılan necə namaz qıldığına baxmırmı? O, yalnız özü üçün namaz qılır. Allaha and olsun, mən arxamda olanı önümdə olanı gördüyüm kimi görürəm”.”

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 985 (Namaz, 123)

Səhih Muslim — Namaz kitabı