Namazda camaatın imama tabe olması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتِ اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَدَخَلَ عَلَيْهِ نَاسٌ مِنْ أَصْحَابِهِ يَعُودُونَهُ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا فَصَلَّوْا بِصَلاَتِهِ قِيَامًا فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا . فَجَلَسُوا فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا رَفَعَ فَارْفَعُوا وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا ».
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi, ona görə səhabələrindən bəziləri onu ziyarət etmək üçün yanına gəldilər. Allah Elçisi ﷺ oturaraq namaz qılır, onlar isə ayaqüstə Allah Elçisinə ﷺ tabe olaraq namaz qılırdılar. Allah Elçisi ﷺ onlara oturmalarını işarə etdi, onlar da oturdular. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, imam ona itaət olunması üçün təyin olunub. O, ruku etdikdə siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O, oturaraq namaz qıldıqda siz də oturaraq namaz qılın”.”
İstinad
Muslim, 953 (Namaz, 91)
Səhih Muslim — Namaz kitabı