Sübh namazında olan qiraət
وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا أَبُو دَاوُدَ الطَّيَالِسِىُّ عَنْ شُعْبَةَ عَنْ سِمَاكٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الظُّهْرِ بِ {سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} وَفِى الصُّبْحِ بِأَطْوَلَ مِنْ ذَلِكَ.
“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazında “Ən uca olan Rəbbinin adına təriflər de!” (əl-Əalə, 1) surəsini oxuyardı. Sübh namazında isə bundan uzun surə oxuyardı”.”
Cabir ibn Səmura
Səhihİstinad
Muslim, 1058 (Namaz, 196)
Səhih Muslim — Namaz kitabı