Namazda sakit olmağın əmr edilməsi, əl ilə salam verərkən əlləri qaldırmağın qadağan edilməsi və ilk cərgəni tamalamağın, cərgələrdə sıx durmağın və cəm olmağın əmr edilməsi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ وَأَبُو كُرَيْبٍ قَالاَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ خَرَجَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا لِى أَرَاكُمْ رَافِعِى أَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمْسٍ اسْكُنُوا فِى الصَّلاَةِ ». قَالَ ثُمَّ خَرَجَ عَلَيْنَا فَرَآنَا حَلَقًا فَقَالَ « مَا لِى أَرَاكُمْ عِزِينَ ». قَالَ ثُمَّ خَرَجَ عَلَيْنَا فَقَالَ « أَلاَ تَصُفُّونَ كَمَا تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا ». فَقُلْنَا يَا رَسُولَ اللَّهِ وَكَيْفَ تَصُفُّ الْمَلاَئِكَةُ عِنْدَ رَبِّهَا قَالَ « يُتِمُّونَ الصُّفُوفَ الأُوَلَ وَيَتَرَاصُّونَ فِى الصَّفِّ ».
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ yanımıza gələrək buyurdu: “Nəyə görə sizin namazda əllərinizi tərpənən at quyruğu kimi qaldırdığınızı görürəm? Namazda sakit olun!” Sonra başqa bir vaxt yanımıza gəldi və bizim halqalar şəklində oturduğumuzu görərək buyurdu: “Nəyə görə sizi dağınıq camaat şəklində görürəm?” Yenə başqa bir vaxt yanımıza gəlib buyurdu: “Siz mələklərin Rəbləri yanında cərgə tutduqları kimi cərgə tutun!” Biz dedik: “Ey Allahın Elçisi, mələklər Rəbləri yanında necə cərgə tuturlar?” O dedi: “İlk cərgəni tamamlayır və cərgədə sıx dururlar”.”
İstinad
Muslim, 996 (Namaz, 134)
Səhih Muslim — Namaz kitabı