Namaz kitabı

Namazda deyilən təşəhhüd

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ وَعُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنْ أَبِى وَائِلٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنَّا نَقُولُ فِى الصَّلاَةِ خَلْفَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ السَّلاَمُ عَلَى اللَّهِ السَّلاَمُ عَلَى فُلاَنٍ. فَقَالَ لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ فَإِذَا قَعَدَ أَحَدُكُمْ فِى الصَّلاَةِ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ فَإِذَا قَالَهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ثُمَّ يَتَخَيَّرُ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ ».

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə namaz qıldıqda deyirdik: “Allaha salam olsun! Filankəsə salam olsun!” Bir gün Allah Elçisi ﷺ bizə dedi: “Həqiqətən, Salam Allahın Özüdür. Sizdən biriniz namazda oturduqda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bunu desəniz, bu, Allahın səmada və yerdə olan bütün əməlisaleh bəndələrinə çatar. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Sonra da istədiyi duanı seçib desin”.”

Abdullah
Səhih

İstinad

Muslim, 924 (Namaz, 62)

Səhih Muslim — Namaz kitabı