Namaz kitabı

Namaza başladıqda sağ əli sol əlin üzərinə qoyub sinənin aıtında, göbəyin isə üstündə tutmaq, səcdələrdə isə əlləri yerə çiyinlər səviyyəsində qoymaq

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ حَدَّثَنَا عَفَّانُ حَدَّثَنَا هَمَّامٌ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ حَدَّثَنِى عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ عَنْ عَلْقَمَةَ بْنِ وَائِلٍ وَمَوْلًى لَهُمْ أَنَّهُمَا حَدَّثَاهُ عَنْ أَبِيهِ وَائِلِ بْنِ حُجْرٍ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَفَعَ يَدَيْهِ حِينَ دَخَلَ فِى الصَّلاَةِ كَبَّرَ - وَصَفَ هَمَّامٌ حِيَالَ أُذُنَيْهِ - ثُمَّ الْتَحَفَ بِثَوْبِهِ ثُمَّ وَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى الْيُسْرَى فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ أَخْرَجَ يَدَيْهِ مِنَ الثَّوْبِ ثُمَّ رَفَعَهُمَا ثُمَّ كَبَّرَ فَرَكَعَ فَلَمَّا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ». رَفَعَ يَدَيْهِ فَلَمَّا سَجَدَ سَجَدَ بَيْنَ كَفَّيْهِ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ Peyğəmbərin ﷺ belə etdiyini görmüşdür: “Namaza başlayarkən əllərini (ravi Həmmam qulaqları səviyyəsində olduğunu vəsf etmişdir) qaldıraraq təkbir etdi. Sonra paltarına bürünərək sağ əlini sol əlinin üzərinə qoydu. Rukuya getmək istədikdə əllərini paltardan çıxarıb qaldırdı və təkbir edərək rukuya getdi. Sonra “Səmi Alla:hu limən həmidəh” dedikdə əllərini qaldırdı. Səcdəyə getdikdə isə əllərini (yerə qoyub) onların arasına səcdə etdi”.”

Vail ibn Hucr
Səhih

İstinad

Muslim, 923 (Namaz, 61)

Səhih Muslim — Namaz kitabı