Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması
حَدَّثَنِى عَبْدُ الْمَلِكِ بْنُ شُعَيْبِ بْنِ اللَّيْثِ حَدَّثَنِى أَبِى عَنْ جَدِّى قَالَ حَدَّثَنِى عُقَيْلُ بْنُ خَالِدٍ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ أَنَّ عَائِشَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ بِهِ وَجَعُهُ اسْتَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِى فَأَذِنَّ لَهُ فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ فِى الأَرْضِ بَيْنَ عَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ وَبَيْنَ رَجُلٍ آخَرَ. قَالَ عُبَيْدُ اللَّهِ فَأَخْبَرْتُ عَبْدَ اللَّهِ بِالَّذِى قَالَتْ عَائِشَةُ فَقَالَ لِى عَبْدُ اللَّهِ بْنُ عَبَّاسٍ هَلْ تَدْرِى مَنِ الرَّجُلُ الآخَرُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ قَالَ قُلْتُ لاَ. قَالَ ابْنُ عَبَّاسٍ هُوَ عَلِىٌّ.
“Ubeydullah ibn Abdullah ibn Utbə ibn Məsud ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşaraq şiddətləndikdə mənim evimdə qulluq olunmaq üçün zövcələrindən izin istədi. Onlar da izin verdilər. Sonra Allah Elçisi ﷺ iki kişinin – Abbas ibn Abdul-Muttalib və başqa birinin arasında, ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah deyir: “Mən Aişənin söylədiklərini Abdullaha danışdım. Abdullah ibn Abbas mənə dedi: “Aişənin adını çəkmədiyi o kişinin kim olduğunu bilirsənmi?” Mən dedim: “Xeyr”. İbn Abbas dedi: “O, Əli idi”.”
İstinad
Muslim, 965 (Namaz, 103)
Səhih Muslim — Namaz kitabı