Namaz kitabı

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ وَعَبْدُ بْنُ حُمَيْدٍ - وَاللَّفْظُ لاِبْنِ رَافِعٍ - قَالاَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ أَخْبَرَنَا مَعْمَرٌ قَالَ قَالَ الزُّهْرِىُّ وَأَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ قَالَتْ أَوَّلُ مَا اشْتَكَى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِ مَيْمُونَةَ فَاسْ تَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِهَا وَأَذِنَّ لَهُ - قَالَتْ - فَخَرَجَ وَيَدٌ لَهُ عَلَى الْفَضْلِ بْنِ عَبَّاسٍ وَيَدٌ لَهُ عَلَى رَجُلٍ آخَرَ وَهُوَ يَخُطُّ بِرِجْلَيْهِ فِى الأَرْضِ. فَقَالَ عُبَيْدُ اللَّهِ فَحَدَّثْتُ بِهِ ابْنَ عَبَّاسٍ فَقَالَ أَتَدْرِى مَنِ الرَّجُلُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ هُوَ عَلِىٌّ.

“Ubeydullah ibn Abdullah ibn Utbə ﵀ rəvayət edir ki, Aişə mənə bunları xəbər verdi: “Allah Elçisi ﷺ ilk dəfə Məymunənin evində xəstələndi və mənim evimdə ona qulluq etməyim üçün zövcələrindən izin istədi. Onlar da Allah Elçisinə ﷺ izin verdilər. Allah Elçisi ﷺ bir qolu Fədl ibn Abbasın, bir qolu da digər bir kişinin çiynində ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah deyir: “Mən Aişənin söylədiklərini İbn Abbasa danışdım. İbn Abbas dedi: “Aişənin adını çəkmədiyi o kişinin kim olduğunu bilirsənmi? O, Əli idi”.”

Ubeydullah ibn Abdullah ibn Utbə
Səhih

İstinad

Muslim, 964 (Namaz, 102)

Səhih Muslim — Namaz kitabı