Namaz kitabı

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ يُونُسَ حَدَّثَنَا زَائِدَةُ حَدَّثَنَا مُوسَى بْنُ أَبِى عَائِشَةَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ لَهَا أَلاَ تُحَدِّثِينِى عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بَلَى ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». قُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ ». فَفَعَلْنَا فَاغْتَسَلَ ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ ». فَقُلْنَا لاَ وَهُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ. قَالَتْ وَالنَّاسُ عُكُوفٌ فِى الْمَسْجِدِ يَنْتَظِرُونَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِصَلاَةِ الْعِشَاءِ الآخِرَةِ - قَالَتْ - فَأَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِى بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَأَتَاهُ الرَّسُولُ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّىَ بِالنَّاسِ . فَقَالَ أَبُو بَكْرٍ وَكَانَ رَجُلاً رَقِيقًا يَا عُمَرُ صَلِّ بِالنَّاسِ. قَالَ فَقَالَ عُمَرُ أَنْتَ أَحَقُّ بِذَلِكَ. قَالَتْ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ثُمَّ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ وَأَبُو بَكْرٍ يُصَلِّى بِالنَّاسِ فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ لاَ يَتَأَخَّرَ وَقَالَ لَهُمَا « أَجْلِسَانِى إِلَى جَنْبِهِ ». فَأَجْلَسَاهُ إِلَى جَنْبِ أَبِى بَكْرٍ وَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى وَهُوَ قَائِمٌ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ. قَالَ عُبَيْدُ اللَّهِ فَدَخَلْتُ عَلَى عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ فَقُلْتُ لَهُ أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِى عَائِشَةُ عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ هَاتِ. فَعَرَضْتُ حَدِيثَهَا عَلَيْهِ فَمَا أَنْكَرَ مِنْهُ شِيْئًا غَيْرَ أَنَّهُ قَالَ أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِى كَانَ مَعَ الْعَبَّاسِ قُلْتُ لاَ. قَالَ هُوَ عَلِىٌّ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ demişdir: “Mən Aişənin yanına gəlib ondan soruşdum: “Mənə Allah Elçisinin ﷺ xəstəliyi haqda danışa bilərsən?” O dedi: “Bəli, Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı vaxt belə buyurdu: “İnsanlar namazı qıldılarmı?” Biz dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin huşunu itirdi. Ayıldıqda soruşdu: “İnsanlar namazı qıldılarmı?” Biz yenə dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin yenə huşunu itirdi. Sonra ayıldıqda, yenidən: “İnsanlar namazı qıldılarmı?” deyə soruşdu. Biz dedik: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün bir ləyəndə su qoyun”. Biz onun buyurduğu kimi etdik. O yuyundu, sonra qalxmaq istədi, lakin huşunu itirdi. Sonra o, yenə ayıldıqda: “İnsanlar namazı qıldılarmı?”- deyə soruşdu, biz yenə: “Xeyr, ey Allahın Elçisi, onlar səni gözləyirlər”- deyə cavab verdik”. Aişə belə buyurdu: “İnsanlar məsciddə oturub Allah Elçisini İşa namazını qılmaq üçün gözləyirdilər. Allah Elçisi ﷺ Əbu Bəkrin yanına insanlara namazı qıldırmasını söyləmək üçün adam göndərdi. O, Əbu Bəkrin yanına gələrək Allah Elçisinin ﷺ ona insanlara namaz qıldırmağı əmr etdiyini söylədi. Əbu Bəkr ürəyiyumşaq bir insan idi. O, Ömərə: “Ey Ömər, insanlara sən namaz qıldır”- dedikdə, Ömər dedi: “Xeyr, bu sənin haqqındır”. Aişə deyir: “O günlər insanlara namazları Əbu Bəkr qıldırdı. Sonra Allah Elçisi ﷺ canının bir az yaxşılaşdığını hiss etdi və biri Abbas olmaqla iki kişinin arasında Zöhr namazına çıxdı. Əbu Bəkr insanlara namazı qıldırırdı. Elə ki, Allah Elçisini ﷺ gördü, geri çəkilmək istədi. Allah Elçisi ona əli ilə geri çəkilməməsi üçün işarə etdi. O, iki kişiyə: “Məni onun yanında oturdun”- deyə buyurdu. Onu Əbu Bəkrin yanında oturtdular. Allah Elçisi ﷺ oturduğu halda, Əbu Bəkr ayaq üstə Allah Elçisinin ﷺ namazı ilə, insanlar da Əbu Bəkrin namazı ilə namaz qıldılar”. Ubeydullah deyir: “Mən Abdullah ibn Abbasın yanına getdim və ondan soruşdum: “Sənə Aişənin Allah Elçisinin ﷺ xəstəliyi haqda mənə rəvayət etdiyini danışımmı?” O dedi: “Danış”. Mən ona danışdıqda o heç bir şey inkar etmədi, sadəcə belə soruşdu: “O sənə Abbasla bərabər olan ikinci kişinin kim olduğunu söylədimi?” Mən: “Xeyr!”- deyə cavab verdim. İbn Abbas dedi: “O, Əli idi!””

Ubeydullah ibn Abdullah
Səhih

İstinad

Muslim, 963 (Namaz, 101)

Səhih Muslim — Namaz kitabı