Qadınlar namaz qıldıqda kişilərin arxasında durmalarının və başlarını kişilər qalxmayana qədər səcdədən qaldırmamaları əmri
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ سُفْيَانَ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ لَقَدْ رَأَيْتُ الرِّجَالَ عَاقِدِى أُزُرِهِمْ فِى أَعْنَاقِهِمْ مِثْلَ الصِّبْيَانِ مِنْ ضِيقِ الأُزُرِ خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ قَائِلٌ يَا مَعْشَرَ النِّسَاءِ لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَرْفَعَ الرِّجَالُ.
“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Vallahi, mən paltarlarının darlığına görə bəzi kişilərin paltarlarını uşaqlar kimi boyunlarına asdıqlarını və Peyğəmbərin ﷺ arxasında namaz qıldıqlarını gördüm. Bir nəfər də belə dedi: “Ey qadınlar toplumu! Kişilər dikəlməmişdən qabaq başlarınızı (səcdədən) qaldırmayın”.”
İstinad
Muslim, 1015 (Namaz, 153)
Səhih Muslim — Namaz kitabı