Namaz qılanın sütrəyə yaxın durması
حَدَّثَنَاهُ مُحَمَّدُ بْنُ الْمُثَنَّى حَدَّثَنَا مَكِّىٌّ قَالَ يَزِيدُ أَخْبَرَنَا قَالَ كَانَ سَلَمَةُ يَتَحَرَّى الصَّلاَةَ عِنْدَ الأُسْطُوَانَةِ الَّتِى عِنْدَ الْمُصْحَفِ فَقُلْتُ لَهُ يَا أَبَا مُسْلِمٍ أَرَاكَ تَتَحَرَّى الصَّلاَةَ عِنْدَ هَذِهِ الأُسْطُوَانَةِ. قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَحَرَّى الصَّلاَةَ عِنْدَهَا.
“Rəvayət edilir ki, Yəzid ﵀ demişdir: “Sələmə (çox vaxt) Quran olan sütunun yanında namaz qılardı. Mən dedim: “Ey Əbu Muslim, mən sənin həmişə bu sütunun yanında namaz qıldığını görürəm”. O dedi: “Mən də Peyğəmbərin ﷺ çox vaxt onun yanında namaz qıldığını görmüşəm”.”
Yəzid
Səhihİstinad
Muslim, 1164 (Namaz, 302)
Səhih Muslim — Namaz kitabı