Səsli namazda səslə oxumağa görə bir fəsadın çıxacağından qorxduğu vaxt qiraətdə səsli ilə səssiz arası orta bir yol tutmaq
حَدَّثَنَا أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ الصَّبَّاحِ وَعَمْرٌو النَّاقِدُ جَمِيعًا عَنْ هُشَيْمٍ - قَالَ ابْنُ الصَّبَّاحِ حَدَّثَنَا هُشَيْمٌ - أَخْبَرَنَا أَبُو بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ فِى قَوْلِهِ عَزَّ وَجَلَّ {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا} قَالَ نَزَلَتْ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُتَوَارٍ بِمَكَّةَ فَكَانَ إِذَا صَلَّى بِأَصْحَابِهِ رَفَعَ صَوْتَهُ بِالْقُرْآنِ فَإِذَا سَمِعَ ذَلِكَ الْمُشْرِكُونَ سَبُّوا الْقُرْآنَ وَمَنْ أَنْزَلَهُ وَمَنْ جَاءَ بِهِ فَقَالَ اللَّهُ تَعَالَى لِنَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ {وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ} فَيَسْمَعَ الْمُشْرِكُونَ قِرَاءَتَكَ {وَلاَ تُخَافِتْ بِهَا} عَنْ أَصْحَابِكَ أَسْمِعْهُمُ الْقُرْآنَ وَلاَ تَجْهَرْ ذَلِكَ الْجَهْرَ وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً يَقُولُ بَيْنَ الْجَهْرِ وَالْمُخَافَتَةِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ Allahın ﷿ “Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut!” (əl-İsra, 110) ayəsi haqda belə buyurdu: “Bu ayə nazil olanda Allah Elçisi ﷺ Məkkədə gizli dəvət edərdi. O, səhabələri ilə namaz qılarkən Quranı uca səslə oxuyardı. Müşriklər də bunu eşitdikdə həm Quranı, həm onu endirəni, həm də onunla gələni söyərdilər. Uca Allah Peyğəmbərinə ﷺ belə buyurdu: “Namazını nə uca səslə qıl” müşriklər onun oxuduğunu eşidib Quranı təhqir etməsinlər, ”nə də pıçıltı ilə qıl”, yəni səhabələlər nə oxuduğunu eşitsin! Səsi çox qaldırma, bu ikisinin arasında orta bir yol tut!”, yəni çox qaldırmaqla, alçatmaq arasında”.”
İstinad
Muslim, 1029 (Namaz, 167)
Səhih Muslim — Namaz kitabı