Namaz kitabı

Azanın fəziləti və şeytanın onu eşitdikdə qaçması

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ وَعُثْمَانُ بْنُ أَبِى شَيْبَةَ وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ إِسْحَاقُ أَخْبَرَنَا وَقَالَ الآخَرَانِ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ أَبِى سُفْيَانَ عَنْ جَابِرٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّ الشَّيْطَانَ إِذَا سَمِعَ النِّدَاءَ بِالصَّلاَةِ ذَهَبَ حَتَّى يَكُونَ مَكَانَ الرَّوْحَاءِ ». قَالَ سُلَيْمَانُ فَسَأَلْتُهُ عَنِ الرَّوْحَاءِ. فَقَالَ هِىَ مِنَ الْمَدِينَةِ سِتَّةٌ وَثَلاَثُونَ مِيلاً.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Həqiqətən, şeytan namaz üçün verilən azanı eşitdikdə, “ər-Ravha” deyilən yerə çatana qədər gedər”. Ravi Süleyman “ər-Ravha” haqda sual verdikdə, Əbu Süfyan dedi: “Bu, Mədinədən otuz altı mil uzaqlıqdadır”.”

Cabir
Səhih

İstinad

Muslim, 880 (Namaz, 18)

Səhih Muslim — Namaz kitabı