“Səmi Allahu limən həmidəh”, “Rabbənə və ləkəl-həmd” və “Amin” demək
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ الْقَعْنَبِىُّ حَدَّثَنَا الْمُغِيرَةُ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا قَالَ أَحَدُكُمْ آمِينَ. وَالْمَلاَئِكَةُ فِى السَّمَاءِ آمِينَ. فَوَافَقَتْ إِحْدَاهُمَا الأُخْرَى غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz “Amin” dedikdə səmada olan mələklər də “Amin” deyirlər. Kimin sözü mələklərin (bu sözü) ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”
Əbu Hureyra
Səhihİstinad
Muslim, 945 (Namaz, 83)
Səhih Muslim — Namaz kitabı