Namaz kitabı

Namaz qılanın önündə olmaq

حَدَّثَنَا يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى النَّضْرِ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ قَالَتْ كُنْتُ أَنَامُ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرِجْلاَىَ فِى قِبْلَتِهِ فَإِذَا سَجَدَ غَمَزَنِى فَقَبَضْتُ رِجْلَىَّ وَإِذَا قَامَ بَسَطْتُهُمَا - قَالَتْ - وَالْبُيُوتُ يَوْمَئِذٍ لَيْسَ فِيهَا مَصَابِيحُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qabağında ayaqlarım onun qibləsinə doğru uzanaraq yatardım. Səcdə etdikdə mənə toxunar, mən də ayaqlarımı çəkərdim. O, səcdədən dikəldikdə ayaqlarımı yenə uzadardım. O vaxt evlərdə hələ qəndillər (asma lampalar) yox idi”.”

Aişə
Səhih

İstinad

Muslim, 1173 (Namaz, 311)

Səhih Muslim — Namaz kitabı