Namaz kitabı

Hər rükətdə “əl-Fatihə” surəsini oxumağın vacibliyi, “əl-Fatihə” surəsini oxuya bilməyənin və öyrənə bilməyənin başqa bir surə oxuması

وَحَدَّثَنَاهُ إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ الْحَنْظَلِىُّ أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ عَنِ الْعَلاَءِ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ صَلَّى صَلاَةً لَمْ يَقْرَأْ فِيهَا بِأُمِّ الْقُرْآنِ فَهْىَ خِدَاجٌ - ثَلاَثًا - غَيْرُ تَمَامٍ ». فَقِيلَ لأَبِى هُرَيْرَةَ إِنَّا نَكُونُ وَرَاءَ الإِمَامِ. فَقَالَ اقْرَأْ بِهَا فِى نَفْسِكَ فَإِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « قَالَ اللَّهُ تَعَالَى قَسَمْتُ الصَّلاَةَ بَيْنِى وَبَيْنَ عَبْدِى نِصْفَيْنِ وَلِعَبْدِى مَا سَأَلَ فَإِذَا قَالَ الْعَبْدُ {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ}. قَالَ اللَّهُ تَعَالَى حَمِدَنِى عَبْدِى وَإِذَا قَالَ {الرَّحْمَنِ الرَّحِيمِ}. قَالَ اللَّهُ تَعَالَى أَثْنَى عَلَىَّ عَبْدِى. وَإِذَا قَالَ {مَالِكِ يَوْمِ الدِّينِ}. قَالَ مَجَّدَنِى عَبْدِى - وَقَالَ مَرَّةً فَوَّضَ إِلَىَّ عَبْدِى - فَإِذَا قَالَ {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}. قَالَ هَذَا بَيْنِى وَبَيْنَ عَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ. فَإِذَا قَالَ {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ}. قَالَ هَذَا لِعَبْدِى وَلِعَبْدِى مَا سَأَلَ ». قَالَ سُفْيَانُ حَدَّثَنِى بِهِ الْعَلاَءُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْقُوبَ دَخَلْتُ عَلَيْهِ وَهُوَ مَرِيضٌ فِى بَيْتِهِ فَسَأَلْتُهُ أَنَا عَنْهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Kim namaz qıldıqda “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumazsa, namazı naqisdir, namazı naqisdir, namazı naqisdir! Tamam deyil”. Əbu Hureyraya belə dedilər: “Biz namazda imamın arxasında oluruq, onda necə olsun?” Əbu Hureyra dedi: “Onu (“əl-Fatihə” surəsini) özündə oxu, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Uca Allah buyurur: “Mən namazı Özümlə qulum arasında tən yarıya böldüm və ona istədiyi veriləcək”. Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə, Uca Allah: “Qulum Mənə həmd-səna etdi, quluma dilədiyi veriləcək”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə, Uca Allah: “Qulum Məni təriflədi, quluma dilədiyi veriləcək”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə, Allah: “Qulum Mənim şənimə təriflər söylədi. Bu Mənim, bu ayə isə Mənimlə qulum arasında yarıya bölünüb”- deyir. O: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə, Allah buyurur: “Bu Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək. Surənin axırı qulumundur”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulum üçündür, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
Səhih

İstinad

Muslim, 904 (Namaz, 42)

Səhih Muslim — Namaz kitabı