İmam gecikəndə fəsadın baş verməyəcəyi təqdirdə öz yerinə bir nəfəri imam təyin etməsi
حَدَّثَنِى يَحْيَى بْنُ يَحْيَى قَالَ قَرَأْتُ عَلَى مَالِكٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ لِيُصْلِحَ بَيْنَهُمْ فَحَانَتِ الصَّلاَةُ فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِى بَكْرٍ فَقَالَ أَتُصَلِّى بِالنَّاسِ فَأُقِيمُ قَالَ نَعَمْ. قَالَ فَصَلَّى أَبُو بَكْرٍ فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ فِى الصَّلاَةِ فَتَخَلَّصَ حَتَّى وَقَفَ فِى الصَّفِّ فَصَفَّقَ النَّاسُ - وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِى الصَّلاَةِ - فَلَمَّا أَكْثَرَ النَّاسُ التَّصْفِيقَ الْتَفَتَ فَرَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِ امْكُثْ مَكَانَكَ فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ عَزَّ وَجَلَّ عَلَى مَا أَمَرَهُ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ ثُمَّ اسْتَأْخَرَ أَبُو بَكْرٍ حَتَّى اسْتَوَى فِى الصَّفِّ وَتَقَدَّمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ثُمَّ انْصَرَفَ فَقَالَ « يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تَثْبُتَ إِذْ أَمَرْتُكَ ». قَالَ أَبُو بَكْرٍ مَا كَانَ لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لِى رَأَيْتُكُمْ أَكْثَرْتُمُ التَّصْفِيقَ مَنْ نَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيُسَبِّحْ فَإِنَّهُ إِذَا سَبَّحَ الْتُفِتَ إِلَيْهِ وَإِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ».
“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ onların arasını düzətmək üçün Bəni Amr ibn Auf tayfasına getdi. Namazın vaxtı yetişdikdə müəzzin Əbu Bəkrin yanına gəldi və dedi: “Camaata namaz qıldıra bilərsən? Mən də iqamə verim”. Əbu Bəkr: “Bəli”- dedi və namaz qıldırmağa başladı. Camaat namazda olduqda Allah Elçisi ﷺ gəldi və cərgələri yara-yara birinci cərgədə durdu. Camaat da Əbu Bəkrə bildirmək üçün əl çırpmağa başladılar. Əbu Bəkr namazda bunu eşitmədi. Camaat çoxlu əl çaldıqda Əbu Bəkr Allah Elçisini ﷺ gördü və geriyə çəkilmək istədi, lakin Allah Elçisi ﷺ ona: “Yerində qal!”- deyə işarə etdi. Əbu Bəkr də Allah Elçisinin ﷺ bu əmrinə görə Allaha ﷿ həmd etdikdən sonra geri çəkilərək cərgədə durdu. Peyğəmbər ﷺ irəli gedərək namazı qıldırdı. Namazı bitirdikdən sonra Peyğəmbər ﷺ belə buyurdu: “Ey Əbu Bəkr, mən yerində qalmağını əmr etdiyim halda sənə bunu etməyə nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Kuhafənin oğluna Allah Elçisinin ﷺ qarşısında durub namaz qıldırmaq yaraşmaz”. Allah Elçisi ﷺ camaata buyurdu: “Sizin bu qədər çox əl çırpmağınız nəyə görə idi? Kim namazında bir əngəl hiss edərsə, Allahı təsbih etsin (“Subhən-Allah” desin). O, təsbih etdiyi vaxt ona diqqət yönəlir. Əl çırpmaq isə yalnız qadınlara aiddir”.”
İstinad
Muslim, 976 (Namaz, 114)
Səhih Muslim — Namaz kitabı