Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِى شَيْبَةَ حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِىٍّ عَنْ زَائِدَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَدَّ مَرَضُهُ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ». فَقَالَتْ عَائِشَةُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فَقَالَ « مُرِى أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ». قَالَ فَصَلَّى بِهِمْ أَبُو بَكْرٍ حَيَاةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın”. Aişə dedi: “Ey Allahın Elçisi! Həqiqətən, Əbu Bəkr ürəyiyumşaq adamdır. O, sənin yerində keçdikdə camaata namaz qıldıra bilməyəcək”. Allah Elçisi ﷺ buyurdu: “Əbu Bəkrə əmr edin ki, camaata namaz qıldırsın. Siz Yusufa gözü düşən qadınlar kimisiniz”. Əbu Bəkr də Allah Elçisi ﷺ hələ sağ ikən onlara namaz qıldırdı”.”
İstinad
Muslim, 975 (Namaz, 113)
Səhih Muslim — Namaz kitabı