Namaz kitabı

Xəstələnəndə, səfər etdikdə və başqa bir hal olduqda imamın camaata başqa birini imam təyin etməsi, həmçinin ayaq üstə namaz qıla bilməyib oturaraq namaz qılan imamın arxasındakı camaatın ayaq üstə dura bildiyi halda oturaraq namaz qılmağının nəsx olunması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى وَهَارُونُ بْنُ عَبْدِ اللَّهِ قَالاَ حَدَّثَنَا عَبْدُ الصَّمَدِ قَالَ سَمِعْتُ أَبِى يُحَدِّثُ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ لَمْ يَخْرُجْ إِلَيْنَا نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا فَأُقِيمَتِ الصَّلاَةُ فَذَهَبَ أَبُو بَكْرٍ يَتَقَدَّمُ فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحِجَابِ فَرَفَعَهُ فَلَمَّا وَضَحَ لَنَا وَجْهُ نَبِىِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَظَرْنَا مَنْظَرًا قَطُّ كَانَ أَعْجَبَ إِلَيْنَا مِنْ وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ وَضَحَ لَنَا - قَالَ - فَأَوْمَأَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى أَبِى بَكْرٍ أَنْ يَتَقَدَّمَ وَأَرْخَى نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْحِجَابَ فَلَمْ نَقْدِرْ عَلَيْهِ حَتَّى مَاتَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allahın Peyğəmbəri ﷺ üç gün otağından bizim yanımıza çıxmadı. Namaz üçün iqamə verildikdə Əbu Bəkr namazda imam durmağa hazırlaşdı, lakin bu vaxt Allahın Peyğəmbəri ﷺ otağının pərdəsini qaldırdı. Bizə Allahın Peyğəmbərinin ﷺ üzü görsəndikdə, elə bir gözəllik oldu ki, biz Peyğəmbərin ﷺ o anda olan gözəlliyi qədər xoşumuza gələn heç bir mənzərə seyr etməmişdik. Allahın Peyğəmbəri ﷺ əli ilə Əbu Bəkrin irəli keçməsinə işarə etdi və pərdəni aşağı saldı. Biz Peyğəmbər ﷺ vəfat edənə qədər bir daha onu görmədik”.”

Ənəs
Səhih

İstinad

Muslim, 974 (Namaz, 112)

Səhih Muslim — Namaz kitabı